Yüz ilin tarixi (FOTO, VİDEO)

12:55 / 21.11.2019

"Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti 100 il” kitabı təqdim olundu

 Bakı Dövlət Universitetində Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan  "Bir əsrin xəzinəsi-Bakı Dövlət Universiteti 100 il” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözləri ilə açan Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru  İzzət Rüstəmov kitabı universitet haqda gözəl bir müntəxəbat kimi qiymətləndirdiyini bildirdi: "Bu gün Bakı Dövlət Universiteti üçün əlamətdar bir gündür. 1919-cu ilin noyabrın 8-də  Azərbaycan Dövlət Universitetinin yaradılmasına dair qərar verildi. 1919-cu ilin noyabrın 15-də universitetdə dərslər başladı. İndi biz universitetimizin 100 illiyini qeyd edirik. Doğma universitetimizin  rektoru Elçin Babayev bu gün elmi şuranın iclasında hər birimizi təbrik etdi. Həyəcanımız və sevincimiz çox yüksəkdir. UNESCO xətti ilə bütün dünyada universitetin 100 illik yubileyinə dair tədbirlər keçirilir. Təqdimatına yığışdığımız kitabda doğma təhsil ocağımızın tarixi haqda ətraflı məlumat verilib. Kitabın tərtibatı və dizaynı çox xoşuma gəldi. Kitab o qədər gözəl hazırlanıb ki, adam dönə-dönə oxumaq istəyir. Hər şeydən əvvəl onu deyim ki, kitabı vərəqləyərkən 1919-cu ildə indiki İstiqlaliyyət küçəsində olan binası yada düşür. Mən ilk müəllimlik fəaliyyətim də 1955-ci ildə bu universitetdə başlamışam. Kitab həm də ona görə dəyərlidir ki, müəllif, imkanları daxilində bütün əməyini sərf edib. Auditoriyada tələbələrimə sual verərkən görürəm ki, onlar universitet haqqında tam məlumatlı deyillər. Bu kitab universitetimiz haqda gözəl bir müntəxəbatdır. İstədiyin dövrə aid istədiyin məlumatı əldə edə bilərsən. Universitetin rektorları haqda da burada ətraflı qeydlər var. Onların hər biri bu elm məbədinin tarixində əvəzsiz rol oynayıb. Müəllifə təşəkkür edir və ona uğur arzulayıram”.
Millət vəkili Hadi Rəcəbli bildirdi ki, bu kitab fədakarlıq məhsuludur: "Hər dəfə bu universitetə gələndə elmə olan məhəbbətimiz bir qədər də artır. Hər dəfə bu təhsil ocağının ölkəmiz üçün nə qədər vacib olduğunu daha yaxşı başa düşürük. Bakı Dövlət Universiteti böyük bir elm mərkəzidir. Bu kitabın təqdimatını çox yüksək qiymətləndirir və hesab edirəm ki, bu,  fədakarlıq məhsuludur. Günel xanım sözün əsl mənasında böyük arxiv materialları toplayaraq çap etdirib. Bu da, böyük zəhmət tələb edir. Onun elmi rəhbəri olduğum üçün çox sevinirəm. Hər dəfə mən də öz məsləhətlərimi verir, rəy bildirirəm. Mənim üçün ən önəmli məsələ gənclərin elmə, təhsilə, seçdiyi peşəyə  fədakar yanaşmasıdır. Bu, ən yüksək göstəricidir. Bu kitabı çap etmək və ərsəyə gətirmək böyük məsuliyyət tələb edir. Şanslıyam ki, mənim də bu universitetdə dərs demək imkanım olub. Günel xanıma bu kitaba və əziyyətinə  görə təşəkkür edir, ən xoş arzularımı çatdırıram. Bakı Dövlət Universiteti hər zaman yüksək keyfiyyətli kadrlar hazırlayaraq, digərlərinə də örnək olub”.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə də çıxış edənlər arasında idi: "Günel Məlikli təhsil aldığı müddətdə fəal tələbələrdən olub. Tez-tez məqalə və mühazirələrlə çıxış edirdi. Bu gün biz onun üçüncü kitabının təqdimatına yığışmışıq. Onun bu uğuruna sevinir, əziyyətini yüksək qiymətləndiririk. Təqdimatına yığışdığımız bu kitabı böyük bir zəhmətin bəhrəsi kimi qiymətləndirmək olar. Günel xanıma yeni-yeni uğurlar arzu edirəm”.
Kitabın müəllifi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli qeyd etdi ki, Bakı Dövlət Universitetinin fəaliyyəti Azərbaycan elminin inkişafında böyük rol oynayıb: "Mən də universitetin minlərlə məzunundan biriyəm və bununla hər zaman fəxr edirəm. BDU hər zaman elm mərkəzi olub. Əksər elm ocaqları öz başlanğıcını bu universitetdən götürüb. Ulu öndər Heydər Əliyev də BDU-nu yüksək qiymətləndirir, onun yarandığı günün əlamətdar bir hadisə olduğunu söyləyirdi. Universitetimiz Prezident İlham Əliyevin dövründə isə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Biz gənclər də doğma universitetin adını uca tutmalıyıq”.


 
 
Şəbnəm Mehdizadə

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
09.12.2019

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların məhv edilməsi üçün “sianid bombası”ndan istifadə olunması təklifini bəyənib

09.12.2019

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı

09.12.2019

Koiçiro Matsuura: Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi beynəlxalq əhəmiyyətli hadisədir

09.12.2019

“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

09.12.2019

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

09.12.2019

Payız imtahan sessiyasının təşkili barədə ƏMR

09.12.2019

Yağıntılı hava şəraiti sabah da davam edəcək

09.12.2019

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09.12.2019

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019

Bəzi ərazilərdə elektrik kəsiləcək

09.12.2019

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

09.12.2019

NATO Baş katibi: Rusiya düşmənimiz deyil

09.12.2019

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

09.12.2019

Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

09.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.12.2019

HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

09.12.2019

Faktiki hava şəraiti açıqlandı - İntensiv yağış olan ƏRAZİLƏR

09.12.2019

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

09.12.2019

Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

09.12.2019

İran ABŞ hərbi bazasını raket atəşinə tutub

09.12.2019

Bolqarıstanlı qapıçı Azərbaycanda oynaya bilər

09.12.2019

“WhatsApp” yeni funksiyasını işə saldı

09.12.2019

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

09.12.2019

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq... - VİDEO

09.12.2019

Ağ Adada yerləşən vulkan püskürüb

09.12.2019

Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə

09.12.2019

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

09.12.2019

Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri

09.12.2019

Neft yenidən ucuzlaşıb

09.12.2019

ABŞ ərəb hərbçinin Floridadakı hərbi bazaya hücumunu terror aktı kimi dəyərləndirib

09.12.2019

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi

09.12.2019

Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi

09.12.2019

Mourinyonun transfer hədəfi

09.12.2019

Yollarda sürət həddi azaldıldı

09.12.2019

Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi

09.12.2019

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

09.12.2019

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır

09.12.2019

Türkiyədən Yunanıstana qanunsuz yolla keçmək istəyən 87 nəfər saxlanılıb

09.12.2019

Gəncədə faciə

09.12.2019

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

09.12.2019

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

09.12.2019

Lənkəranda zəlzələ olub

09.12.2019

Kimlər deputatlığa namizəd ola bilər?

08.12.2019

"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab

08.12.2019

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi

08.12.2019

Sabah intensiv yağış gözlənilir

08.12.2019

Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb

08.12.2019

Cəbhədə atəşkəs 23 dəfə pozuldu

08.12.2019

İsrail ordusu "Həmas" obyektlərinə hücum etdiyini deyib

08.12.2019

Şimali Koreya “olduqca vacib” sınaq keçirib