"Azərbaycan hakimiyyəti o günə qalmayıb o cür səviyyəsiz “dialoqu” təşkil etsin"

18:42 / 21.11.2019

Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin.

Strategiya.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib:

“Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:

“Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Təsadüfi deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışlarını xatırlamaq kifayətdir. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib:

“Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.


Etiket:

Strategiya.az

Xəbərlər
03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

03.07.2020

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03.07.2020

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03.07.2020

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

03.07.2020

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

03.07.2020

AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan dünyasını dəyişib

03.07.2020

Şəxslərin  yaşayış yerini və olduğu yeri tərk etmələri qaydaları

02.07.2020

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

02.07.2020

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

02.07.2020

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

02.07.2020

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

02.07.2020

PREZİDENT İLHAM ƏLİYEV PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ BEYNƏLXALQ SƏYLƏRİ BİRLƏŞDİRİR

02.07.2020

Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 

02.07.2020

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu 

02.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)

02.07.2020

Dolların bu günə olan MƏZƏNNƏSİ

02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

01.07.2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

01.07.2020

Sabahdan Bakıdakı polis postları ləğv edilir

01.07.2020

Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib

01.07.2020

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşını təltif edib

01.07.2020

Buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb

01.07.2020

Azərbaycan XİN: Ermənistana çox yaxşı bəllidir ki, “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

01.07.2020

Azərbaycan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə 300 min ABŞ dolları məbləğində vəsait ayrıb

01.07.2020

Pandemiya və multikultural dəyərlər

01.07.2020

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

01.07.2020

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

01.07.2020

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb

01.07.2020

Azərbaycanda siqaret bahalaşıb

30.06.2020

Prezident İlham Əliyev: Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik

30.06.2020

Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər - Operativ Qərargah

30.06.2020

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

30.06.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin video konfrans formatında görüşü baş tutub

30.06.2020

Azərbaycan Prezidenti: İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk

30.06.2020

İyul ayında hərbi xidmətə yola düşəcək çağırışçılara məlumat SMS-ləri göndərilib

30.06.2020

Birjalarda neftin qiyməti

30.06.2020

Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu ölüb

30.06.2020

Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların,Misirdə isə vəfat edənlərin sayı çoxalır

29.06.2020

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, 343 nəfər sağaldı, 8 nəfər öldü

29.06.2020

AQTA  aydınlıq gətirdi

29.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29.06.2020

QAŞ QARALANDA HÜRƏN KÜÇƏ İTLƏRİ...

29.06.2020

Pandemiya Almaniyada erməni bandit klanları arasında çəkişmələrə mane ola bilmir

29.06.2020

Bakıdan şimal rayonlarına gizli yollarla sərnişin daşıyan şəxs saxlanılıb

29.06.2020

Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR

28.06.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 307 nəfər sağaldı, 5 nəfər öldü

28.06.2020

İcazələrin bir hissəsi ləğv edilib