Media mənsublarının nəzərinə!

10:41 / 11.12.2019

Elman Nəsirov,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda keçirilən konfransda səsləndirdiyim bir fikir bəzi populist və qərəzli mövqeli informasiya resursları tərəfindən qəsdən təhrif edilmişdir. Bu yerdə möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illk yubileyi mərasimində gənclərə xitabən səsləndirdiyi fikirlərin nə qədər dürüst, aktual və ibrətamiz olduğunu bir daha xatırlatmaq yerinə düşər: “ Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik.”
Əvvəla, dövlətimizə və dövlətçiliyimizə qarşı radikal mövqedə dayanan siyasi qruplaşmaların sifarişi ilə məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırmaq istəyrəm ki, sizdən fərqli olaraq bu konfransda müzakirə olunan məsələlərlə bağlı mənim kifayət qədər elmi-nəzəri və praktiki biliklərim vardır. Həmin məsələlərlə bağlı 3 monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifiyəm. ((“ABŞ və dünya 11 sentyabrdan sonra”. Bakı, Adiloğlu, 2003, 262 s;
Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri. Bakı, Elm və Təhsil, 2010, s.392;
“ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər)”, Bakı, TEAS Press Nəşriyyat evi, 2018, 344 s)
Məqalələrim, ABŞ-da, İsraildə, Almaniyada, Xorvatiyada, Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda və digər ölkələrdə çap olunmuşdur. Bu sahədə doktorluq dissertasiyası müdafiə etmişəm.
Konfransda çıxışımın təhrif olunmuş hissəsi ilə bağlı onu qeyd edim ki, mövqeyim “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər” mövzusunda tədqiqat əsərimin 51 və 53-cü səhifələrində əks olunmuş elmi yanaşmalardan qaynaqlanır. Həmin mülahizələrin müəllifi isə ABŞ-ın nцfuzlu Harvard Unиversиtetиnиn professoru Alberto Abadиdir.
Kitabın müvafiq yerindən sitat gətirirəm:
“Beləliklə, terrorizm fenomeninin «anatomiyası» ilə bağlı yuxarıda apardığımız təhlil və analizləri ümumiləşdirib, onun yaranması və genişlənməsi motivləri ilə bağlı yoxsulluğu, savadsızlığı, psixoloji patologiyaları, ölkədə demokratiyanın səviyyəsini, coğrafi arealı, dinin rolunu və s. kimi amilləri irəli sürmək mümkündür. Terrorizm problemi ilə məşğul olan əksər mütəxəssislər məhz belə mülahizələrə üstünlük verirlər. Obyektivlik naminə onu da qeyd edək ki, bu amillərin terrorizmin yaranmasında rolu məsələlərinə münasibətdə elmi-akademik dairələrdə heç də birmənalı mövqe mövcud deyildir. Başqa sözlə, bir çox nüfuzlu ABŞ terroloqları terrorçuluğa münasibətdə belə yanaşmaların ziddiyyətli və paradoksal məzmun kəsb etdiyini qeyd edirlər....”
“Məsələn, ABŞ-ın nцfuzlu Harvard Universitetinin professoru Alberto Abadinin fikrincə, mütəşəkkil terrorçuluğun yaranmasına əhalinin siyasi azadlıqlarının səviyyəsi xeyli dərəcədə təsir göstərir. Onun qənaətinə görə, terrorizmə heç də «əlaçılar» və «qeyri kafi alanlar» yox, «kafi» və «yaxşı» alanlar meylli olurlar [158]. Əhalinin yüksək azadlıq səviyyəsi və ya totalitar rejimlərin mövcud olduğu ölkələrdə terrorçuluğun yaranması imkanları siyasi azadlıqların orta səviyyəsinin qeydə alındığı cəmiyyətlərlə müqayisədə daha məhduddur. Eyni zamanda tarix göstərir ki, avtoritar cəmiyyətlərdən demokratiyaya keçid dövrü və liberallaşma prosesləri terrorçuluğun artması üçün münbit şərait yaradır [158].

İstifadə etdiyim 158-ci mənbə isə budur: Парадоксы возникновения терроризма. http: //www.washprofile.org
Beləliklə, ABŞ ekspertinin gəldiyi nəticəyə görə, demokratik və totalitar cəmiyyətlərdə terrorizm üşün münbüt şərait olmur, keçid dövrünü yaşayan dövlətlərdə isə bunun əksi baş verir. Bu nüfuzlu bir elm mərkəzinin ekspertinin gəldiyi nəticədir və mən də elm adamı olaraq onun fikrini də səsləndirmişəm. Gəlin elmi polemikaya ilə məşğul olağın. Bu, inkişafa aparır. Şər və böhtan isə bizə yaraşmaz. Həm də bu yalanlar əqidəli adamlara yapışmaz.


Etiket:

Strategiya.az

Xəbərlər
04.08.2020

BMT-nin Baş katibi pandemiya şəraitində qlobal təhsilin xilas edilməsi planını açıqladı

04.08.2020

Azərbaycanda koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb

04.08.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04.08.2020

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir

04.08.2020

Neftin qiyməti ucuzlaşıb

04.08.2020

Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04.08.2020

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri