Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

10:35 / 12.12.2019

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndər Heydər Əliyevin də ömür yolu əslində Azərbaycanın bir qərinəlik tarixidir. O tarix ki, uzun illər boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq heç də hər kəsə nəsib olmur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir fikirdir. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də “Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan” deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.

Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin mənafeyini praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi. Odur ki, Azərbaycan müstəqil siyasət yürütmə prinsiplərinin bərqərar olduğu güc mərkəzinə çevrilib. Dünya birliyində hörmət və ehtiram ünvanına çevrilən ölkəmiz beynəlxalq aləmdə dostluq, tərəfdaşlıq və qardaşlığın mühüm nümunəsi kimi tanınır və sözün əsl mənasında tam müstəqil ölkəyə çevrilib. Dahilik intellektin fövqəladə böyüklüyüdür. Heydər Əliyev isə özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr etdi. Ona görə də müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.


Etiket:

Strategiya.az

Xəbərlər
18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...

09.01.2020

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gulalıyev yenidən əməliyyat olunacaq

09.01.2020

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

09.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı