Son 10 ilin ən maraqlı kəşfləri

09:34 / 14.12.2019

Son on il ərzində alimlər bir sıra mühüm kəşflər  edib və təcrübələr apararaq maraqlı nəticələr əldə ediblər.

Onlar yenidən istifadə edilən raketləri icad edib, Marsa iki aparat göndərib və günəş sistemimizdən kənarda planetləri tapıblar. Eyni zamanda onlar bizim planetin, onun tarixinin və inkişafının öyrənilməsində  müəyyən uğur əldə ediblər.

Beləliklə, alimlərin son 10 il ərzində əldə etdikləri ən böyük 39 nailiyyəti təqdim edirik:

 
1. 2010-cu ilin martında antropoloqlar Sibirdə Denisov mağarasında əl barmağının kiçik bir sümüyünü tapdılar. Onlar müəyyən etdilər ki, tapıntı insan əcdadlarının əvvəllər bilinməyən  növünə məxsusdur.

2. Alimlər Denisov mağarasında barmaq sümüyünü aşkar etdikdən sonra, genetiklər neandertalın genomunun şifrəsini açıb qurtara bidilər.

3. 2010-cu il antropologiya üçün uğurlu idi, lakin 2011-ci il kosmos nailiyyətləri ili oldu. Belə ki, NASA Marsa yeni “Curiosity” özüyeriyən aparatı göndərdi.

4. 2011-ci ilin noyabrında NASA digər planetlərin axtarışı ilə məşğul olan Kepler teleskopunun ilk potensial sakinli “Kepler 22-b” planetini  aşkar etdiyini bəyan etdi.

5. Kosmosun mənimsənilməsində böyük nailiyyətlər 2012-ci ildə də əldə edilir. Həmin ilin  noyabr ayında NASA-nın “Voyager 1” zondu Günəş sistemini tərk edərək ulduzlarası məkana yollandı.

6. 2012-ci ilin may ayında İlon Maskın aerokosmik şirkəti “SpaceX”  BKS-ya ilk kommersiya kosmik aparatını göndərdi.

7. 2012-ci ildə digər sahələr də inkişaf edirdilər.  Fiziklər Boson Higgza adlandırılan yeni  hissəcik növünü aşkar etdiklərini bildirdilər.

8. Həmçinin 2012-ci ildə “CRİSPR-Cas9” geninin redaktə texnologiyasının istifadəsi üçün patent təsdiq edildi.

9. 2013-cü ildə NASA astronomları Yupiterin peyki Avropanın səthində buxar  aşkar etdilər.

10. 2013-cü ildə NASA-nın “Curiosity” özüyeriyəni sübut etdi ki,  Qırmızı planet nəinki səthində maye su olan yeganə planetdir, həm də orada yaşayış ola bilər.

11. O vaxtdan bəri Marsda ən azı bir yeraltı göldə maye su olduğunu sübut edən digər dəlillər də tapılıb.

12. Noyabr ayında fiziklər Antarktika buzları altında naytrino adlanan 28 hissəcik tapdılar. Alimlərin fikrincə, bu neytrinolar mənşəcə günəş sistemimizə aid deyillər.

13. 2013-cü ildə laboratoriya şəraitində ilk hamburger yetişdirildi.

14. Avropa Kosmik Agentliyi 2014-cü ilin noyabr ayında “Rosetta” zondının kometaya enməsi ilə diqqət mərkəzində oldu.

15. 2015-ci ildə antropoloq Li Berger Cənubi Afrikadakı komandasının insanın əcdadının yeni növünü aşkar etdiyini elan etdi. Bu növə “Homo Naledi” adı verildi.

16. 2015-ci ildə alimlər ilk dəfə olaraq epigenom xəritəsini tərtib etdilər.

17. 2015-ci ildə insanlar ilk dəfə olaraq  Plutonu yaxından görürlər. Belə ki, bu il NASA-nın “New Horizons” zondu cırtdan planetə yaxınlaşır.

18. NASA-nın daha bir kosmik aparatı - “Cassini”-  2015-ci ildə  yeni nailiyyətlər əldə etdi. Sentyabr ayında astronomlar Saturnun peyki Entseladenun buz qatının altında maye okeanların mövcudluğunu təsdiqlədiklərini elan etdilər.

19. 2015 - ci ildə “Space X” şirkəti ilk dəfə olaraq təkrar istifadə edilən “Falcon 9” raketini işə saldı və bərpa etdi.

20. 2016-cı ildə “Google”un “DeepMind” bölməsi tərəfindən hazırlanmış “AlphaGo” adlı süni intellekt proqramı “Go” oyununda dünya çempionunu beş matçdan dördündə udub.

 21. 2016-cı ildə fiziklər milyardlarla işıq ili məsafəsində iki qara dəliyin toqquşmasını aşkar ediblər.

22. 2016-cı ildə astronomlar yerin orbitindən 10 dəfə böyük ölçüdə müəmmalı planet və ya kosmik obyektin xarici Günəş sistemində olduğunu sübut etdilər. Obyektə “Planet 9” adı verildi.

23. 2017-ci ildə geoloqlar Sakit okeanda Zilandiya adlanan yeni qitə aşkar etdiklərini bəyan etdilər.

24. 2017-ci ildə genetika sahəsində sıçrayış oldu: alimlər sintetik DNT yaratdılar.

25. Bu il, həmçinin pilotsuz avtomobillərin inkişafında uğurlu il oldu.

26. 2017-ci ildə astronomlar, eləcə də iki neytron ulduzun toqquşmasını müşahidə etdilər.

27. Elə həmin ildə Havay astronomiya Rəsədxanasında tədqiqatçılar günəş sistemimizdə ilk ulduzlararası obyekti müşahidə etdilər. Həmin obyektə Oumuamua adı verildi.

28. 2017-ci ildə astronomlar uğursuzluqlara da uğramışdılar. Belə ki, həmin ilin oktyabr ayında astronomlar Saturna uçan Cassini aparatını itirirlər.

29. 2017-ci ilin sonunda ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) kor xəstələr üçün yeni gen terapiyasını təsdiqlədi.

30. Növbəti il isə genetika dünyasından heyrətamiz xəbərlər yayıldı: Çin alimi Xe Tszyankuy insan embrionlarını genetik  modifikasiya etməyi bacardığını elan etdi.

31. 2019-cu il noyabrın 26-da NASA-nın daha bir özüyeriyəni – “InSight” - Marsa enib.

32. 2018 - ci ildə alimlər qənaətə gəldilər ki, karbon dioksidinin səviyyəsi son 800 min il ərzində maksimum səviyyəyə çatıb.

33. İqlim problemlərini araşdıran alimlər Antarktika və Qrenlandiyada buz örtüyünün əridiyini aşkar ediblər. Onlar vurğulayırlar ki, proses olduqca sürətlə gedir.

34. 2019-cu ilin  yanvarın 1-də NASA-nın kosmik aparatı “New Horizons”  Yerdən 4 milyard mil məsafədə dağ böyüklüyündə naməlum obyekt aşkar etdi.

35. 2019-cu ilin iyulunda Yaponiyanın kosmik aparatı Rüqu asteroidinin səthinə endi.

36. 2019-cu il eləcə də qara dəliklərin öyrənilməsi sahəsində kəşflər ili oldu. Aprel ayında “Event Horizon Telescope” komandası qara dəliyin ilk görüntüsünü dərc etdi.

37. NASA-nın alimləri günəş sistemimizdən kənarda sakinləri ola biləcək ekzoplanet aşkar etdilər.

38. 30 il müddətində aparılan tədqiqat və işlərdən sonra,  2019-cu ilin aprel ayında malyariyaya qarşı ilk peyvənd proqramı işə başladı.

39. 2019-cu ilin dekabrında Ümumdünya Səhiyyə Təşkilatı Ebola peyvəndini təsdiqlədi. Bu, onun lisenziyalaşdırılmasının sürətləndirilməsi istiqamətində mühüm addım oldu.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM