Cahana sığmayan mütəfəkkirin 650 illiyi

16:10 / 15.12.2019

 

13 dekabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında dahi Azərbaycan şair-filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. “Nəsimi” filmindən bir fraqment göstərildikdən və Sami Yusufun “Nəsimi” kantatası səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov iştirakçıları salamlamış və qeyd etmişdir ki, 2018-ci ilin 15 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamına uyğun olaraq bu il “Nəsimi ili” çərçivəsində respublikanın hər yerində müxtəlif tədbirlər keçirilir. O bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Böyük şairin əsərləri ədəbiyyatşünaslıq, fəlsəfə və dilçilik yönlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu.Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik ədəbi-bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmaddədin Nəsiminin zəngin irsi müasir dövrdə insan-ların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayır.

Bəstəkar Tofiq Quliyevin “Nəsimi” simfoniyasının sədaları altında Bakı şəhəri 20 saylı orta məktəbin 8-ci sinif şagirdi Müsənnif Şabanov “Ağrımaz”, Akademiyanın tələbələri Sayat Xanbabayeva və Rübabə Əziyeva “Allahu-Əkbər ey sənəm, hüsnünə heyran olmuşam” qəzəllərini səsləndirdilər. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, nəsimişünas alim, fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva dahi şairin həyat və yaradıcılığına işıq saldı, onun poeziyasındakı dərin məna və fəlsəfi mahiyyəti təhlil etdi. O bildirdi ki, Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar ifadə edilmişdir. Nəsimi kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etmişdir. İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir. Akademiyanın tələbəsi, gənc ifaçı Nicat Cəfərli “Dönməyən xatirəm” nəğmə çələngi ilə iştirakçıların ruhunu oxşadı. Akademiyanın HİH və sosial fənlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov qüdrətli söz sahibi, sənət korifeyi, Azərbaycan hürufizm ədəbiyyatının yaradıcısı, Azərbaycan dilində yazıb-yaratmış və ədəbi dilimizin inkişafında misilsiz rol oynamış dahi şair-filosofun lirikasındakı dərin fəlsəfi və mistik mahiyyətlər haqqında danışaraq qeyd etdi ki, Nəsimi böyük ustalıqla söz estafetini ulu Nizamidən dahi Füzuliyə ötürə bilmişdir. O bildirdi ki, Nəsimi poeziyasının mərkəzində şəxsiyyətin bütövlüyü və əzəmətini təbliğ, kamil insan olmaq çağırışı, fərdin mənəvi ucalığı, şəxsiyyətin daxili azadlığı, həyat fəlsəfəsi və mübarizə ruhu, ədalət, mənəviyyat məsələləri durur. Nəsiminin haqsızlığa, savadsızlığa, fanatizmə, əqidəsizliyə, zülmə, ədalətsizliyə qarşı mübarizə aparması qəzəllərindən müşahidə olunur. Natiq bədii dilin sadəliyi, aydınlığı və xəlqiliyi ilə Nəsiminin xələf və sələflərindən fərqləndiyini bildirdi.

Sonda respublikanın əməkdar artisti, tanınmış xanəndə Elnarə Abdullayeva Nəsimi qəzəllərinə bəstələnmiş mahnılarla tədbir iştirakçılarını feyziyab etdi. Tədbir Nəsiminin müxtəlif səpkili qəzəllərinin səsləndirilməsi ilə başa çatdı.


Etiket:

Strategiya.az

Xəbərlər
17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...

09.01.2020

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gulalıyev yenidən əməliyyat olunacaq

09.01.2020

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

09.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09.01.2020

“Əlvida söyləmədən...” kitabı işıq üzü gördü