Azərbaycan dünyanın ən güclü ölkələri sırasında

17:06 / 18.12.2019


Elman Nəsirov: “Prezident İlham Əliyevin dərinləşən islahatlar kursu, ölkəmizi müasirləşdirmək siyasəti ona gətirib çıxarıb ki, artıq Azərbaycan sözün həqiqi mənasında bütün parametrlər üzrə inkişaf tempinə malikdir”Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb. "U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb. Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir. Siyahı Ümumi Daxili Məhsul (ÜDM), əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub. Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində süpətlə irliləməsini şərtləndirən səbəblər hansılardır?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Azərbaycanın ÜDM, əhali sayı, sosial rifah səviyyəsinə görə, dünya üzrə 45-ci yerdə qərarlaşmasının kökündə ölkəmizdə ardıcıl olaraq aparılan və dərinləşən siyasi kurs, keçirilən islahatlar dayanır: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycan tarixində heç bir zaman indiki qədər güclü dövlət olmayıb. Cənab Prezidentin  bu sözlərini artıq dünyanın reytinq təşkilatlatlarının müxtəlif hesabatları da təsdiqləyir. "U.S.News" jurnalının 80 dövlət arasında apardığı monitorinqinin nəticələrinə görə, Azərbaycan dünyanın ən güclü ölkələri sırasında 40-cı mövqedə yer alıb. Bu reytinqinə görə, ölkəmiz çox inkişaf etmiş Avropa ölkələrini, Çexiya, Xorvatiya, Portuqaliya və digər ölkələri belə üstələyib. Bu reytinqdə götürülən mühüm parametrlərə ümumi daxili məhsul, əhalinin rifah səviyyəsi, demoqrafik vəziyyət kimi amillər daxildir. Azərbaycanın bu müstəvidə yüksək yer tutması da təsadüfi deyil.

Məsələ ondadır ki, Prezident İlham Əliyevin dərinləşən islahatlar kursu, ölkəmizi müasirləşdirmək siyasəti ona gətirib çıxarıb ki, artıq Azərbaycan sözün həqiqi mənasında bütün parametrlər üzrə inkişaf tempinə malikdir. Azərbaycan çoxdan öz inkişafına görə regional səviyyəni aşıb. Ölkəmiz inklüziv inkişaf səviyyəsinə görə, dünyanın inkişaf etməkdə olan 80 ölkəsi arasında 3-cü yerdədir. Bunun özü də çox yüksək nəticədir. Son Rio Olimpiadası da göstərdi ki, Azərbaycan idmanın inkişafı sahəsində dünyada 14-cü yerə çıxıb. Dünya Bankının hesabatına görə isə Azərbaycan biznesin inkişafı baxımından dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Ölkəmiz 20 ən islahatçı ölkə sırasındadır.Azərbayan infrastruktur layihələrinin reallaşdırılması səviyyəsinə görə dünyada 31-ci yerdə məskunlaşıb. Nəqliyyat və yolların səviyyəsinə görə isə 27-ci yerdəyik.  İslahatlara meyllilik səviyyəsinə görə 5-ci, uzunmüddətli  strategiyaya görə isə 10-cu yeri  tuturuq.  Bütün bunların hamısının analizi o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan atılan addımlar, dövlət başçısının həyata keçirdiyi sistemli, məqsədyönlü siyasəti nəticəsində çox sürətlə inkişaf edir. Bunu dünya da görür və dəyərləndirir. O baxımdan da ölkəmizin dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşması təbiidir, anlaşılandır.

Eyni zamanda, qazandığımız nəticələri dünyanın qəbul etməsi olduqca sevindiricidir. Bu yaxınlarda Qlobal Təhlükəsizlik İndeksi də elan olundu. Həmin indeksə görə də Azərbaycanın mövqeyi kifayət qədər yüksək idi. Ən təhlükəli ölkə Əfqanıstan hesab edilib. Ondan uzaqlaşdıqca, rəqəm böyüdükcə, bu amil həmin ölkənin təhlükəsiz olduğunun göstəricisi hesab edilib. Azərbaycan bu mənada həmin göstəricidə 103-cü yeri tutmuşdu. Müqayisə üçün qardaş Türkiyə 16, ABŞ 20-ci yerdə qərarlaşmışdı. Bu amil də bir daha o qənaətə gəlməyə əsas verir ki, sözün həqiqi mənasında Azərbaycan öz tarixinin ən güclü dövlətinə çüevrilib və bu proses davam etməkdədir. Azərbaycan bu gün dünənkindən güclüdür, sabah isə bu günkündən də güclü olacaq. Buna xalqımız inanır, ona əmindir. Məhz bu siyasətin davam etdirilməsi naminə xalqımız Prezident ətrafında daha sıx birləşir və onun bütün təşəbbüslərini dəstəkləyir”.

R. SOLTANOV


Etiket:

Strategiya.az

Xəbərlər
03.04.2020

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - YENİLƏNİB

03.04.2020

Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

03.04.2020

DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb

03.04.2020

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

03.04.2020

“Brent”in bir barrelinin qiyməti 30 dolları ötüb

03.04.2020

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

03.04.2020

Gürcü nazir: Gürcüstanda COVID-19 virusuna yoluxma halları may ayında ən yüksək həddə çatacaq

03.04.2020

Karantin rejimini pozan 3 nəfər həbs edilib

03.04.2020

Koronavirusun qarşısının alınması məqsədilə humanitar yardımlar göndərilir

03.04.2020

Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb

03.04.2020

İranda virusa yoluxanların sayı 50 mini keçib

02.04.2020

Azərbaycanda hərəkət məhdudiyyətləri tətbiq edilir - Operativ Qərargah

02.04.2020

Məleykə Abbaszadə: İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?

02.04.2020

Koronavirusun kimlər üçün daha təhlükəli olduğu açıqlandı

02.04.2020

Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı

02.04.2020

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

02.04.2020

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınmayıb

02.04.2020

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

02.04.2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

02.04.2020

Vüsal Kərimli: Metro stansiyaları bağlandığına görə...

02.04.2020

Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi

02.04.2020

DİN: Jurnalistlərin Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir

02.04.2020

Azərbaycanda daha 41 koronavirusa yoluxma faktı qeydə alındı - Operativ Qərargah

02.04.2020

Nazirlər Kabinetinin yanında Operativ Qərargah brifinq keçirir

02.04.2020

Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr

02.04.2020

Əli Həsənov: Qəhrəman döyüşçülərimiz 2016-cı ilin aprel ayında xalqımıza qürurverici qələbə sevinci yaşadıblar

02.04.2020

Aprelin 2-də valyuta məzənnəsi

02.04.2020

Dünya ərzaq qıtlığı ilə qarşılaşacaqmı?

02.04.2020

Dünyada koronavirusa yoluxanların sayı 823 min nəfəri ötüb

02.04.2020

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 4 il ötür

02.04.2020

Kəlbəcərin işğalından 27 il ötür

02.04.2020

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib

01.04.2020

ÜST-ün Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb

01.04.2020

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN

01.04.2020

Səhiyyə Nazirliyi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb

01.04.2020

Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib

01.04.2020

Azərbaycanda 61 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb - Operativ Qərargah

01.04.2020

Təhsil Nazirliyi: Dərslər sentyabrın 15-dək təxirə salınmayıb

01.04.2020

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

01.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

01.04.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! 

01.04.2020

Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb

01.04.2020

Bütün marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək

01.04.2020

 Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir

01.04.2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

01.04.2020

Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı

01.04.2020

Professor Akkan Suver: Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir

01.04.2020

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

31.03.2020

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır - BƏYANAT

31.03.2020

Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından...