Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub

09:07 / 23.01.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

 Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd Barkindo dedi:

-Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü.

Prezident İlham Əliyev: Bəli, neftin qiyməti 30 dollar ətrafında idi.

Məhəmməd Barkindo: Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq.

Prezident İlham Əliyev: Tamamilə doğrudur.

Məhəmməd Barkindo: Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır.

Prezident İlham Əliyev: Xoş sözlərinizə görə təşəkkür edirəm. Bunu xatırladığınız üçün sizə minnətdaram. Həmin gün burada - Davosda mənə bu məsələ ilə bağlı nə etmək lazım olduğu barədə sual verildi və mən bu təklifi irəli sürdüm. Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi. Lakin əlbəttə ki, sizin rəhbərliyiniz olmasaydı, bizim səylərimiz nəticəsiz qalardı, çünki siz təşkilatın rəhbəri olaraq nəinki bütün prosesləri əlaqələndirdiniz, həm də prosesə rəhbərlik etdiniz. Düşünürəm və əminəm ki, uğurun səbəblərindən biri də bütün ölkələrin sizə böyük etimad göstərməsi idi. Bu, çox mühüm amil idi. Beləliklə, bizdə bütün mühüm elementlərin birləşməsi var idi. Təşkilat tərəfindən güclü rəhbərlik, həmçinin təşkilata üzv dövlətlərin və üzv olmayan dövlətlərin arasında çox ciddi əməkdaşlıq var idi. Mən bilirəm, hətta bəzi üzv ölkələr arasında hasilatın müəyyən dərəcədə azalmasına nail olmaq asan deyildi. Əlbəttə ki, çox səmərəli monitorinq prosesi, həmçinin etimad məsələsi var idi. Mən düşünürəm ki, bu prosesin bütün üzvləri hazırda sözlərinə əməl etməyə çalışırlar. Çünki etimadı qorumaq lazımdır. Həmçinin mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən sizi dəvət etdim və siz bu dəvəti qəbul etdiniz. Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)

01.06.2020

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

01.06.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01.06.2020

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib 

01.06.2020

Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

01.06.2020

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı