"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19:58 / 19.02.2020

Xocalı soyqırımından 28 il ötür. Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli əhaliyə qarşı törədilən soyqırımdır. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Strategiya.az xəbər verir ki, bununla əlaqədar olaraq "sonxeber.az" saytının əməkdaşları Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyini ziyarət edib. Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev muzey haqqında məlumat verən zaman bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində artıq demək olar ki, dünya əhalisinin böyük bir hissəsi ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə səhih və dolğun məlumatlara malikdirlər:

"Hər kəsə məlumdur ki, ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Vurğulanmalıdır ki, tarix boyu millətimizin başına gətirilən müsibətlər, o cümlədən sözügedən faciə barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təzahürüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə də görülən nəhəng işlər mühüm əhəmiyyət kəsb etməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi "Xocalıya Ədalət" kampaniyası, eləcə də Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bütün bunların nəticəsidir ki, bugün azərbaycanlılarla bərabər, saysız-hesabsız əcnəbi də bilir ki, o dəhşətli gecədə, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq zirehli texnikadan da istifadə etməklə Xocalı şəhərinə, onun dinc əhalisinə hücuma keçmiş və orada yaşayan sakinlərə-azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla divan tutmuş, mühasirədə qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülmüş, 487 nəfər dinc sakinə hər cür işgəncələr verilməklə onlara ağır bədən xəsarətləri yetirilmiş, 1275 nəfər isə girov götürülüb".

Firad Əliyev vurğulayıb ki, xalqımıza qarşı tarix boyu törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər-deportasiyalar, soyqırımlar, o cümlədən Xocalı soyqırımı, həmçinin terrorlar, eləcə də digər dəhşətli cinayətlər barədə insanlara doğru və dolğun məlumatlar əldə etmək imkanını yaratmaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi yaradılıb:

"Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanından və cənab Prezident İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən muzeyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralovun qarşısında məsələ qaldırıb, cənab Baş prokurorun 19 iyun 2013-cü il tarixli müvafiq əmri və Hərbi prokurorun həmin əmrə əsasən verdiyi Sərəncamla İşçi Qrupu yaradılmış və muzey ərsəyə gətirilib. Bundan sonra, 24 fevral 2014-cü il tarixdə muzeyin açılışı olmub. Muzey özündə tarixi həqiqətləri əks etdirən rəsmi sənədləri və əşyaları cəmləşdirib. Muzey, Tarix, Deportasiya-repressiya, Soyqırım və Terror adlı 4 bölmədən ibarət olmaqla, 320 kv.m sahəni əhatə edir. Muzeyi həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar ziyarət edirlər ki, bu da vətəndaşlarımızda, xüsusən də yeniyetmələrdə və gənclərdə vətənpərvərlik hisslərinin daha da dərindən aşılanmasında və onlarda milli ruhun yüksəldilməsində, eləcə də əcnəbilər vasitəsilə tarixi reallıqların bütün dünyaya yayılmasında böyük əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, muzeyi ziyarət etmək istəyən şəxslərin ekskursiyası Hərbi Prokurorluğun müvafiq əməkdaşları tərəfindən həyata keçirilir. Onu da qeyd edim ki, yarandığı gündən hazıradək muzeyi 21000 nəfərdən çox, o cümlədən təkcə ötən il 2300 nəfərdən artıq şəxs ziyarət edib. Xüsusi vurğulamaq istəyirəm ki, muzeyi ziyarət ödənişsizdir. Odur ki, tariximiz haqqında obyektiv məlumatları özündə əks etdirən məkanı ziyarət etməyi hər kəsə tövsiyə edirəm. Hesab edirəm ki, tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir".

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
29.03.2020

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB

29.03.2020

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

29.03.2020

Azəriqaz “ASAN Kommunal”da işə başladı

29.03.2020

Umayra Tağıyeva: Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29.03.2020

Bakı küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edənlər cərimələnəcəklər

29.03.2020

"Azəriqaz" 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

29.03.2020

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu 

29.03.2020

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

29.03.2020

Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR

26.03.2020

Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı iclas keçirdi, icra hakimiyyətlərinə ciddi göstəriş verildi

26.03.2020

Azərbaycanda 29 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

26.03.2020

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

26.03.2020

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur

25.03.2020

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib - QƏRAR

25.03.2020

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

25.03.2020

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib - Operativ Qərargah

25.03.2020

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır

25.03.2020

Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu

25.03.2020

Elman Nəsirov: Cənab Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır

25.03.2020

Teledərslərin sabahkı cədvəli açıqlanıb

25.03.2020

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

25.03.2020

Neft Daşlarında çalışanlar barədə qərar verildi

25.03.2020

Naxçıvanda kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb

25.03.2020

Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

25.03.2020

Azərbaycan Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı görüləcək tədbirləri açıqlayıb

24.03.2020

Professor Əli Həsənov: "Bəşəri bəlaya qalib gələ bilərik"

24.03.2020

Sona Vəliyevadan #Evdeqal çağırışına DƏSTƏK

24.03.2020

Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QADAĞA

24.03.2020

Prezident İlham Əliyevin müsahibəsi

24.03.2020

Qaradağın icra başçısı cəzalandırıldı

24.03.2020

Mənzil daxilindəki su sayğaclarının oxunması müvəqqəti dayandırılır