Strategiya.az saytı Əbülfət Mədətoğlunun "Məni dəli edən "Dəli Külək" adlı yazısını təqdim edir:
Üç gündür bir şeirin təsirindən çıxa bilmirəm... üç gündür mənə elə gəlir ki, elimdən, evimdən indi didərgin düşmüşəm... üç gündür mənə elə gəlir ki, Şuşa indi işğal olunub, Tuğ indi yandırılıb... Xocalının ah-naləsi göy üzünə indi bülənd olub... Və üç gündür ki, mən özümə yer tapa bilmədiyim məqamın içində o şeiri təkrar-təkrar oxuyuram. Çünki o şeirdəki bütün ovqat, bütün mənzərə, bütün təsvir və poetik yanaşma dupdurudu, canlıdı, danışır mənlə. Hətta yaxamdan tutub silkələyir, hətta ürəyimin üstündən basır. Və o caynaqlar sıxdıqca ürəyim təkcə göynəmir, hətta qanayır, həm də qan ağlayır...
"Ədəbiyyat” qəzetinin son sayında Sona Vəliyevanın "Dəli külək” şeirini oxuyub yaşadığım ovqatın içindən çıxmaq üçün bircə yol tapdım. O da həmin o yaşantını sözə çevirmək, oxucu ilə bölüşmək idi. Mən də elə bu imkandan yararlanıb üzümü bilgisayara tutdum və...
Bəri başdan deyim ki, dünyanın hər yerində, o cümlədən Bakıda da, hətta ruhum dolaşan Qarabağda da hər gün külək əsir. Hər gün də o külək ağacları qamçılayır, onların yarpaqlarını yolur. Hətta bəzən zərif qanadlarını qırıb atır yerə. Və biz də bunu görürük. Amma o gördüyümüzü, o əsən küləyi, o çırpılan budaqları, o yolunan yarpaqları bu şeirdəki kimi duymuruq, yaşamırıq. Sona xanım Vəliyeva isə bunu yaşayıb və yaşatdığını da mənə elə hopdurdu ki, mən də yaşayası oldum. Gördüm ki, külək dəlicəsinə yarpağı qoparır. Və sonra onu dəlicəsinə götürüb öz qanadlarında budağından, ağacından çox-çox uzaqlara aparıb atır. Yarpaq yad qapıda, yad ünvanda büzüşüb tapdalanır. Necə ki, bizi ocağımızdanqovdular, elsiz-obasız qaldıq, kökümüzdən uzaq düşdük, tanıyıb-tanımadığımız qapılara üz tutduq. Boynumuz büküldü, qəlbimiz sındı, ruhumuz ağladı. Çünki deyə bilmədik "dayan, ay namərd!”. Amma Sona Vəliyeva üzünü küləyə tutub dedi:
Dayan, dayan dəli külək,
ağacdan ayrılan kövrək,
ürkək yarpaqları hər tərəfə
qovma belə!
Dayan, dayan,
dəli külək...
Anasından, vətənindən,
elindən, obasından
ayırma,
körpə, tifil
yarpaqları...
Bəli, bax bu mənzərə nə qədər bir-birini tamamlayan bir rəsm əsəridir. Ağac və ondan dəli küləyin alıb apardığı yarpaq... Həmin məqam həm də mənim kəndimdi və bir də ondan uzaq düşən... qovulan mən! Kimsə rəhm etmir nə tifilliymə, nə körpəliyimə, nə də varlığıma... Və mən bunu tale yazısı adlandırmağa cəhd etsəm də inandırıcı gəlmir. Axı öz kökünün üstündə, öz kölgəsinin altında o qədər xəzəl olan yarpaqlar var ki... Nədən mənim taleyimə bu acı düşməliydi?! Bu suala cavab tapmaq üçün yenə şeirə qayıdıram.
"Tale yazısıdır” – deyib,
payız ayrılığına
yarpaq "qırğınına”,
qürbətdə
ölümünə qıyma
bu yarpaqların.
Amma kimdi buna qulaq asan, kimdi bunu şeirin müəllifi kimi duyan, anlayan? Varmı?! Təəssüf ki, doğmalarımın az qala bütün Azərbaycanda məzar yeri var – Bakıda, Lənkəranda, Beyləqanda, Sumqayıtda və s. Bax, bu məzarları ziyarət etmək də artıq problemdi. Onun üçün güc qalmayıbdı, özü də bütün mənalarda. Məhz buna görə də...
Arxasınca
qopardığın şüvənini, harayını
eşitdinmi ağac ananın.
Qaçqın, köçkün taleyini
yad ağac qapısında
urvatsız ölməyi,
doğmalarsız,
elsiz,
günsüz
dəfn olmağı qıyma bu yarapqlara,
Dəli külək.
Onsuz da dərdimiz, çoxdu,
dayan bir az,
toxta görək!
Hə, bax elə məni də dəli edən bu məntiqdi, bu gerçəkdi, bu reallığın sözlə çəkilmiş rəsmidi. Və bir də düşünürəm ki, bu şeiri yazan şairin özü də elə o gerçəkliklərin içərisindəki sıxıntıdan qurtulmaq üçün məhz kağıza, qələmə üz tutub, onları şeirə çevirib, mənimlə, bizimlə bölüşüb, ağlayan ruhumuza təpər vermək istəyibdi!..
Gözəl şeiridi, Sona xanım! Mən bu şeirin ruhuna və sizin qələminizə dərin təşəkkürümü çatdırmaq istəyirəm. Allah qorusun!
Adalet.az
Strategiya.az
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı
SOYQIRIMINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK...
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” markalı neftin qiyməti 71 dolları ötüb
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Paytaxtda güclü külək məktəbin dam örtüyünü uçurub
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
“Oba” marketdə biabırçılıq (FOTOLAR)
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan nefti 69 dollardan baha satılır
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” neftinin qiyməti 69 dolları ötüb
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
YAP-ın Siyasi Şurası ləğv edilib
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
YAP-ın növbədənkənar qurultayı başlayır
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib
Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb
Son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
Koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb
Bu məktəbdə ənənəvi dərslər bərpa olunur
SİNQAPUR MÖCÜZƏSİ VƏ SİNQAPURUN "MİLLƏT ATASI"
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
Şuşanın dağları: tədqiqatçı sorağında
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır
Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu deyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub