Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

21:04 / 05.04.2020

  
"Dünyada sürətlə yayılmaqda olan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının bütün bəşəriyyət üçün qlobal təhlükə yaratdığı bir vaxtda insan həyatının qorunması əsas vəzifə kimi diqqət mərkəzindədir".
 
Bu sətirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədi ilə həyata keçirdiyi fəaliyyətə dair məlumatda yer alıb.

Məlumatda qeyd edilib ki, epidemiyanın miqyasının və əhatə dairəsinin sürətlə genişləndiyi, pandemiya halı aldığı bir vaxtda əhalinin sağlamlığının qorunması, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun tibbi yardımla təmin olunması və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə ölkəmizdə dövlət başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görülməkdədir: "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ölkənin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Operativ Qərargah tərəfindən davamlı olaraq həyata keçirilən preventiv və profilaktik tədbirlər, qəbul edilən qərarlar, o cümlədən tətbiq edilən karantin rejimi və sosial izolyasiya işləri getdikcə gücləndirilməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili də ölkədə həyata keçirilən tədbirlər çərçivəsində bütün əhali qruplarının hüquqlarının səmərəli təmini məsələsini nəzarətdə saxlayır. Bu fəaliyyət çərçivəsində miqrantların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmininə də diqqət yetirilir".
 
"Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində mövcud vəziyyəti miqrasiya orqanları ilə müzakirə etmiş, COVID-19 infeksiyasının yayılması ilə əlaqədar ölkədə olan, habelə Qanunsuz Miqrantların Saxlanma Mərkəzində saxlanılan miqrantlar üçün yaradılmış imkanlar, karantin şəraiti, sosial vəziyyətlərinə görə tibbi və digər xidmətlərə çıxış imkanı ilə bağlı araşdırma aparmışdır.
 
Araşdırmanın nəticəsi olaraq, mövcud vəziyyətlə bağlı miqrantların məlumatlandırılması, müraciət imkanlarının təmin edilməsi, tibbi və digər sosial xidmətlərin gücləndirilməsi tövsiyə olunub.
 
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən xüsusi karantin rejiminin elan edilməsi əsas götürülərək, elektron müraciətlərə üstünlük verilməsi, şəxslər arasında təmasın minimuma endirilməsi və yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisindəki və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti qalma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti də Dövlət Miqrasiya Xidməti tərəfindən aradan qaldırılmışdır. Belə ki, 30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkədə olmaları ilə bağlı tələb olunan dövlət rüsumuna dair sənədləşmə ilə bağlı elektron (online) imkanlar da genişləndirilib.
 
Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və Regional Mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər kəs, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, facebook, twitter habelə 24 saat ərzində xidmət göstərən qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilərlər. Müvəkkilin Regional Mərkəzləri ölkəyə dörd daxilolma, Şimal, Cənub, Qərb və Şimal-Qərb istiqamətlərində yerləşir ki, bu da müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından fəaliyyətin effektivliyinə xidmət edir. Həftəlik olaraq məlumat mübadiləsi əsasında məsələlər nəzarətdə saxlanılır",-deyə məlumatda diqqətə çatdırılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
05.12.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb

05.12.2020

“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək

05.12.2020

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

05.12.2020

Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub

05.12.2020

Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi

05.12.2020

İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı

05.12.2020

Fransa çox səs-küy salsa da, beynəlxalq aləmdə getdikcə təsirsiz hala gəldi

04.12.2020

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

04.12.2020

Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib

04.12.2020

Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi

04.12.2020

Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi

04.12.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

04.12.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər 

04.12.2020

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

04.12.2020

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN

04.12.2020

Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)

04.12.2020

XİN-dən Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə - Reaksiya

04.12.2020

Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır

04.12.2020

Bu gün saat 12:00-da Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

04.12.2020

Azərbaycanın yeni təklifi: Regional əməkdaşlıq münaqişədən faydalıdır

03.12.2020

Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər

03.12.2020

Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib

03.12.2020

VƏTƏNİN VARLIĞI VƏ MÜQƏDDƏS İTKİLƏRİ

03.12.2020

Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN

03.12.2020

Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ

03.12.2020

Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

03.12.2020

Sabah saat 12:00-da şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM

03.12.2020

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

03.12.2020

FİZİKİ QÜSUR – FACİƏ DEYİL, MƏNƏVİ QÜSURDAN UZAQ OLAQ

03.12.2020

Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik

03.12.2020

Vəkil Adil İsmayılov koronavirusdan dünyasını dəyişdi

03.12.2020

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı

03.12.2020

Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb

02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib