Azərbaycan Prezidentinin təşəbbüslərinə böyük maraq: humanizm və yeni əməkdaşlıq modelləri nümunəsi

09:50 / 20.05.2020

Koronavirus pandemiyası hər bir dövlətin nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu bəlaya dünya dövlətləri fərqli reaksiya verdilər. Çətin sınaq qarşısında hadisələrdən təşvişə düşənlər və sistemsiz hərəkət edənlər də oldu. Hətta bir sıra dövlətlər baş verənlərə laqeyd belə qaldılar. Onların fonunda Azərbaycan dövlətinin fəaliyyəti olduqca təqdirəlayiq görünür. Prezident İlham Əliyev qlobal pandemiya böhranı şəraitində çox səmərəli və kollektiv fəaliyyətə dəvət edən təşəbbüslər irəli sürdü. Beynəlxalq ictimaiyyət bu təşəbbüslərə laqeyd qalmadı. Maraqlı reaksiyalar oldu. Siyasi dairələr və ekspertlər bu təşəbbüsləri yüksək qiymətləndirdilər. Bütün bu prosesə geosiyasi kontekstdə daha geniş yanaşmağa ehtiyac duyduq.

Qlobal böhran şəraitində: dünyanı birləşdirən addımlar

Hər bir dövlətin əsl siması əsasən böhranlı dövrlərdə özünü göstərir. Humanizm, insan rifahı, cəmiyyətin və dünyanın gələcəyi, əməkdaşlıq tərəfdarı olan ölkənin böhranlı vəziyyətə olan münasibəti digərlərindən dərhal fərqlənir. COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət bu fikri bir daha təsdiq etdi. Fikrimizin daha aydın olması üçün kiçik bir müqayisə aparaq.

Dünya pandemiya ilə bağlı həyəcanlı günlərinə başlayanda bir sıra erməni KİV-ləri və ermənipərəst media qurumları çox utandırıcı və qəbuledilməz şayiələr yaymağa başladılar. Onlar Türkiyəni “dünyaya turizm soyqırımı”na hazırlaşmaqda ittiham etməyə başladılar. Yaxşı ki, bu çirkin və böhtançı təbliğat kampaniyasının qarşısını Rusiyanın informasiya portalı aldı. Məqaləni dərhal səhifəsindən sildi. Lakin artıq aydın görünürdü ki, qərəzli, xəbis, ancaq özünü düşünüb başqasına nifrət əsasında cəfəng iftiralar uydurmaq izində olanlar hətta dünyanı bürüyən böyük fəlakətlər zamanı belə öz alçaq əməllərindən əl çəkmək istəmirlər.

Bəs Ermənistan dövlət olaraq pandemiya şəraitində nə etdi? Faktlar göstərir ki, bu forpost dövlət öz məhdud və eqoist mövqeyində qalır. Bir tərəfdən, Türkiyədən yardım istəyir, digər tərəfdən, xilas yolunun Rusiyada olduğunu söyləyir, o biri tərəfdən isə, qonşu dövlətlərə qarşı qarayaxma kampaniyası aparmaqda davam edir. Öncə bəyan etdilər ki, vəziyyət çox pisdir, sonra dedilər ki, ermənilər təşvişə düşmürlər, çünki 2nəyin nə olduğunu yaxşı bilirlər” (guya başqa heç kim bilmir), son olaraq isə hay saldılar ki, “Sergey Şoyqu Ermənistana gəlib Rusiya ordusunun pandemiya ilə mübarizədə “erməni dostları”na nə yardım edə biləcəyini deyəcək”.

Bunlar özünü müstəqil, demokratik və güclü sayan bir ölkənin pandemiyaya reaksiyasının bir qismidir. Görünür ki, Ermənistanın dövlət və cəmiyyət olaraq pandemiya vəziyyətinə hazırlığı sıfırdır. Xaotik reaksiyalar, yenə də başqalarını ittiham etmək psixoloji düşkünlüyü, sistemli və konkret olaraq heç bir addım ata bilməmək vərdişi özünü bir daha göstərdi. Yəni Ermənistan dünyanın pandemiya ilə mübarizəsində yoxdur və heç bir addımı ilə fərqlənmədi.

Bunun fonunda Azərbaycan dövləti növbəti dəfə sübut etdi ki, müstəqil və suverendir. Azərbaycan rəhbərliyi yüksək fəallığı ilə pandemiya ilə mübarizədə dünya miqyasında özünün nümunəyə çevrilən fəaliyyətini nümayiş etdirdi. Konkret addımları, təşəbbüsləri və təklifləri ilə. Maraqlıdır ki, bu prosesdə Azərbaycan həm də böhranlı vəziyyətdə insanların kollektiv (bəşəriyyət) olaraq hansı üsullarla birgə mübarizə aparmaq formullarını da təqdim etdi. Bu fikrin təsdiqi konkret faktlardadır.

Pandemiya prosesinin dünyanı ciddi surətdə silkələdiyi, böyük təbəddülatlar yaratdığı, qeyri-müəyyən mənzərə formalaşdırdığı aprel ayının əvvəllərində Azərbaycan Prezidenti qlobal miqyasda çox səmərəli və humanist bir təşəbbüslə çıxış etdi. İlham Əliyev aprelin 10-da Türk Şurasının fövqəladə zirvə görüşünü çağırdı və orada dünyanı pandemiyaya qarşı mübarizədə həmrəyliyə, birgə əməkdaşlığa dəvət etdi! Təkrar edək ki, bu, regional təşkilat miqyasında dünyada ilk nümunə idi. Türk Şurasının üzv dövlətləri və müşahidəçi statusunda olanlar xoşniyyətli əməkdaşlıq və bəşəriyyətin təhlükəsizliyi üçün həqiqi mübarizə aparan təşkilatın böhranlı vəziyyətdə necə hərəkət etməli olduğunu bütün dünyaya nümayiş etdirdilər. Bu gözəl ideyanın müəllifi, reallaşmasının təşəbbüskarı Azərbaycan Prezidenti idi!

Beynəlxalq aləmdə dərhal İlham Əliyevin bu istiqamətdəki fəaliyyətinə və səmərəli təşəbbüslərinə qiymət verildi. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb. Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda COVID-19-a qarşı mübarizədə gördüyü qabaqlayıcı tədbirləri yüksək qiymətləndirdiyini ifadə edib.

Böhrandan xilas və sonrakı mərhələ: İlham Əliyevin səmərəli formulları

T.Qebreyesus tam haqlı idi. Çünki Azərbaycan Prezidenti pandemiya dönəmində atdığı davamlı addımları ilə qətiyyətli, ardıcıl və humanist məqsədli siyasət yeritdiyini nümayiş etdirdi. Belə ki, Azərbaycanda pandemiya ilə mübarizədə dövlət başçısı insan amilini, vətəndaşın sağlamlığını rəhbər tutduğunu və bununla bağlı sistemli fəaliyyət göstərdiyini təsdiqləməklə yanaşı, beynəlxalq səviyyədə də fəallığına davam etdi. Məhz İlham Əliyevin təşəbbüsü ilə may ayının 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda zirvə görüşü keçirildi.

Bu tədbirə dünya siyasi dairələrinin verdiyi qiymət onda iştirak edənlərin siyahısından aydın görünür. BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru və Afrika İttifaqı Komissiyasının sədri zirvə görüşünə qatıldı. BMT Baş katibi və Avropa İttifaqının ali nümayəndəsi sammitdə videomüraciətlə çıxış etdi. Bunlar, şübhəsiz ki, Azərbaycan Prezidentinə və onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstək və rəğbəti ifadə edir.

Bütün bunlara dünyanın ən qüdrətli dövlətləri də laqeyd qalmadılar. Azərbaycandan şölələnən və bütün dünyaya əməkdaşlıq, xeyirxahlıq, insanlığı xilas etmək cəsarəti yayan təşəbbüslərə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da münasibət bildirdi. O, Prezident İlham Əliyevə göndərdiyi məktubda ayrıca vurğuladı ki, "koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır"! Respublika Günü münasibəti ilə yazılmış bir yığcam məktubda ABŞ Prezidentinin məhz koronavirus pandemiyasında Azərbaycanla həmrəy olduğunu vurğulaması ölkə başçısının həmin istiqamətdəki təsirli addımlarına reaksiyadır. Yəni bütün dünya Azərbaycanın bu fəaliyyətini izləyir, ona dəstək verir.

Bunların fonunda Azərbaycan rəhbərliyinin qlobal miqyasda fəaliyyətinin çoxşaxəliliyi üzərində ayrıca dayanılmalı olan fakt təsiri bağışlayır. Belə ki, may ayının 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirildi. Xatırladaq ki, CISCO ABŞ-ın və dünyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşmış ən nüfuzlu şirkətlərindəndir. Şirkət 1984-cü ildə qurulub. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olur. Şirkət müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Bu şirkət Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "ASAN xidmət"lə yaxından əməkdaşlıq edir.

Bunlardan başqa, CISCO-nu Azərbaycanla "Ağıllı şəhər", "Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı" pilot layihə konsepsiyası, "Ağıllı kənd təsərrüfatı" kimi layihələr və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək istiqamətində layihələr bağlayır. Əlbəttə, Azərbaycanın bu cür nüfuzlu və müasir texnologiyalar sahəsində yeri olan bir şirkətlə əməkdaşlığı əlamətdar hadisədir. CISCO ilə keçirilən videokonfransda xüsusi qeyd edildi ki, dövlət başçısının təşəbbüsləri təkcə regionda deyil, dünya miqyasında da yüksək dəyərləndirilir. Deməli, Azərbaycan Prezidentinin son təşəbbüsləri pandemiya dönəmində birgə fəaliyyətin təşkili ilə yanaşı, pandemiya sonrası qlobal əməkdaşlığın daha səmərəli və müasir texnologiyaların mərkəzi yer tutduğu bir model axtarışları baxımından da çox əhəmiyyətlidir.

Bu deyilənlər bir daha göstərir ki, Azərbaycan dövləti humanizmə, əməkdaşlığa, insan amilinə yüksək qiymət verən və bunu fəaliyyətində daim təsdiqləyən müstəqil və suveren bir dövlətdir! Prezident İlham Əliyev bütün dünyanı ortaq fəaliyyətə gətirə bilən, qlobal əməkdaşlığın yeni modellərini təklif edən və şəxsi fəaliyyəti ilə bu prosesə qiymətli töhfələrini verən yüksək səviyyəli müasir liderdir. Şübhəsiz ki, Azərbaycan Prezidenti bundan sonra da ölkə, region və bütövlükdə dünya üçün çox faydalı olan təşəbbüslər irəli sürəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

22.09.2020

Birjalarda neftin qiyməti

22.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

22.09.2020

Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub

22.09.2020

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib

21.09.2020

Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

21.09.2020

Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir

21.09.2020

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb

21.09.2020

Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN

21.09.2020

Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama

21.09.2020

Şəhid çavuş dəfn edilir

21.09.2020

Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı

21.09.2020

Müdafiə Nazirliyi bəyanat yaydı

21.09.2020

Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb

21.09.2020

XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır

21.09.2020

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

21.09.2020

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

20.09.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)

20.09.2020

“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir

20.09.2020

Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

19.09.2020

Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir

19.09.2020

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

19.09.2020

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

19.09.2020

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

19.09.2020

DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi

19.09.2020

Birjalarda neftin qiyməti

19.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

19.09.2020

COVID-19: Fransada 24 saat ərzində 13215 yeni yoluxma, 123 ölüm faktı qeydə alınıb

18.09.2020

Milli Musiqi Gününə layiqli töhfə - Fotolar

18.09.2020

Əli Həsənov 2009-cu ildə gülənçilərə necə xəbərdarlıq etmişdir?

18.09.2020

Baş Prokurorluq nəzarətə götürdü

18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)

18.09.2020

Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

18.09.2020

Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

18.09.2020

Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

18.09.2020

DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu

17.09.2020

Şəkidə "Bazar" adlanan ərazidə ...

17.09.2020

Rektor Enactus Azərbaycan Milli Yarışının qalib komandası ilə görüşüb

17.09.2020

Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir

17.09.2020

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

17.09.2020

Nazirlər Kabineti iki qərarını ləğv etdi

17.09.2020

Azərbaycan-İran sərhədində atışma olub, 1 nəfər ölüb

17.09.2020

Səfirlik Rusiyada saxlanılan vətəndaşlarımızla bağlı məlumat yaydı

17.09.2020

Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə

17.09.2020

Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

17.09.2020

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

17.09.2020

Qurban Məmmədov saxlanıldı - Türkiyədə

17.09.2020

“Azeri Light” neftinin bir barrelinin qiyməti 42 dolları ötüb

16.09.2020

BDU-dan cavab: Jurnalist kadrların hazırlığında hər zaman ana dilinin tədrisi böyük əhəmiyyət kəsb edir

16.09.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” — Əli Həsənovdan ETİRAZ