Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

00:51 / 28.05.2020

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

 

XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.

Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realist-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər görkəmli şəxsiyyətlərin davamlı səyləri nəticəsində Azərbaycanda milli teatrın, milli məktəbin və milli mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat” və “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi.

Çar Rusiyasının zəifləməyə başladığı, “xalqlar həbsxanasında” milli-ideoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində  milli dövlət yaradılması ideyası güclənməyə başlamışdı. Azərbaycan xalqının əsas hədəfi çağdaş milli ideologiyanı milli ideyalar təməlində möhkəmləndirməkdən və itirilmiş dövlətçilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədlə, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərin öncüllüyündə Cümhuriyyət ideyalarının insanlar arasında kütləviləşdirilməsi istiqamətində ardıcıl siyasi fəaliyyət aparılırdı. Əli bəy Hüseynzadənin bütünlüklə türk dünyasına münasibətdə irəli sürdüyü “türkləşmək, islamlaşmaq və avropalaşmaq” fikri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini köklərə, mütərəqqi və bəşəri ideyalara sadiqliyinin əyani təzahürü idi.

1918-ci ilin 28 mayında olduqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində və türk dünyasında yaranan ilk demokratik, dünyəvi Respublika oldu. Yarandığı gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi çar mütləqiyyətindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına və modernləşməsinə ciddi təsir göstərdi. Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər bir vətəndaşın milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində də birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır.

Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi.

Həmin dövrdə Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsədləri və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla milli maraqların müdafiə olunması kimi olduqca çətin bir vəzifə dayanırdı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın hökumət rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.

Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər görülməyə başlandı. Həmin dövrdə ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında dövlət idarəetməsinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş çox mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İl yarımlıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu.

Bu ərazilərdə məskunlaşdıqdan sonra Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına hər zaman böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrlik əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur olurdu. Yalnız 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak birliklərindən təmizlənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə etməyə başladı.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz Yıldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin timsalında müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi...

Belə bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və ölkədə sabitliyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətinin bolşevik təcavüzünə qarşı müqavimətini azaldırdı. Bu baxımdan, 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.

Cümhuriyyət qurucularının əksəriyyəti – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq. Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüş bu insanlar böyük millət qəhrəmanlarıdır. Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda həmişə yaşayıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, fədakar cümhuriyyətçilər öz mübarizələrini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa davam etdilər. Xüsusilə Azərbaycanının siyasi mühacirət nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı. Bu səylər və xalqımızın 70 il ərzində qəlbində yaşatdığı azadlıq idealları 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması ilə sonuclandı. Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı.

Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.

Bakı, 28 May 2020.


Etiket:

Strategiya.az

Xəbərlər
13.07.2020

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 

13.07.2020

Elçin Əhmədov: Ermənistan sərhəddə təcavüz aktı törətməklə ictimai fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır

13.07.2020

Türkiyə XİN: Ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındayıq

13.07.2020

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib, düşmənin canlı qüvvəsi məhv edilib

13.07.2020

MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

13.07.2020

HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

12.07.2020

Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alınarkən şəhid olan hərbi qulluqçularımızın adlarını açıqladı

12.07.2020

XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

12.07.2020

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub

12.07.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

12.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

12.07.2020

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

12.07.2020

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

12.07.2020

FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir

11.07.2020

DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı

11.07.2020

Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar

11.07.2020

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü

11.07.2020

İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

11.07.2020

Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir?

11.07.2020

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

11.07.2020

Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar

11.07.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.07.2020

DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov ilə bağlı məlumat yaydı

10.07.2020

Biləsuvarda qızını evdə zəncirləyən ata tutulub 

10.07.2020

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

10.07.2020

Bir gündə karantin postlarından keçməyə cəhd edən 330 avtomobil geri qaytarılıb

10.07.2020

Bakıda karantin postları yenidən qurulub

10.07.2020

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

10.07.2020

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

09.07.2020

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib 

09.07.2020

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

09.07.2020

Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb

09.07.2020

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

09.07.2020

Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

09.07.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

09.07.2020

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

09.07.2020

Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı

09.07.2020

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

09.07.2020

General-leytenant Fuad Məmmədov  vəzifəsindən azad edilib

09.07.2020

Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib

09.07.2020

Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

08.07.2020

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

08.07.2020

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü

08.07.2020

Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı

08.07.2020

Dolu düşəcəyi gözlənilir

08.07.2020

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi

08.07.2020

Karantin postlarından 500 avtomobil geri qaytarılıb

08.07.2020

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

07.07.2020

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü