Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova İcmanın qadınları adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə 20 iyun – Dünya Qaçqınlar Günü ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Biz illərdir, sizin bir humanist insan, bir xeyriyyəçi və xoşməramlı səfir kimi fəaliyyətinizi izləyirik. Sizin konflikt, aclıq, ekoloji fəlakət yaşayan müxtəlif bölgələrə səfəriniz, o yerlərdə müharibədən, köçkünlükdən, aclıqdan əzab çəkən insanlara yardım əlinizi uzatmağınızı, onların dərdlərini dinləyib, kömək etdiyinizi görürük. Sizin bir insan, bir xoşməramlı səfir, bir aktivist kimi insanpərvər imiciniz bizi sizə bu məktubu yazmağa ürəkləndirdi və ümid verdi.
Biz sizə 96 yaşlı Sarabəyim nənədən danışmaq istərdik. 38 yaşında dul qalmış, beş uşağını tək böyütmüş Sarabəyim nənə 67 yaşında doğma kəndindən qaçmalı olub. Böyük şəhərə, övladlarının yanına sığınmağa məcbur qalıb. Alışdığı həyətindən, bağından, evindən uzaq qalan Sarabəyim nənə şəhər evlərinə uyğunlaşa bilməyib, övladları onun üçün həyət evi tikməyə məcbur qalıblar. Düz 27 ildir ki, Sarabəyim nənə bu evdə qonaq kimi yaşayır, doğma kəndinə gedəcəyi günü gözləyir. O hər gün Xəbər proqramlarını izləyir, ümid edir ki, bir gün mütləq gözlədiyi xəbəri alacaq. Bu xəbər onun doğma kəndinə qayıda biləcəyi xəbəri olacaq. O, özünü yaşadığı yerdə müvəqqəti, hətta məhbus kimi hiss edir. Çünki getmək istədiyi tək məkana, tək evə getmək imkanı yoxdu.
Bu pandemiya günlərindəki hərəkət məhdudiyyəti, insanların evlərə, kəndlərə, şəhərlərə vəziyyətə uyğun olaraq, öz sağlamlıqlarını qorumaq üçün qapanıb qalması bizə çox şeyi öyrətməlidir. İnsanın getmək istədiyi, arzusunda olduğu yerlərə gedə bilməmək imkanının olmaması necə də böyük məhrumiyyət, necə də ağır sınaqdır. İndi təsəvvür edin ki, Sarabəyim nənənin yaşıdları 27 ildir ki, bu məhrumiyyəti yaşayır, 27 ildir ki, öz evlərinə qayıda bilmirlər.
Onun yaşıdları bu pandemiya ərəfəsində risk qrupundadırlar. Kim bilir, bəlkə də, onlar bu virusdan qoruna, yoluxsalar, sağala bilməyəcəklər. 27 ildir bəslədikləri doğma yurda qayıtmaq ümidini özləri ilə məzara aparacaqlar. Kaş belə olmayaydı...
Sarabəyim nənə tək deyil. Onun taleyini bu və ya digər şəkildə yaşayan bir milyondan çox insan var ölkəmizdə. Bu insanları bir tale birləşdirir – Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi...
30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir. Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu.
Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan insanlar öldü…
Biz qaçqın düşdüyümüz ildə olkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Bəli, dünya elə bu günümüzdə də dəhşətli savaşlar, faciələr, problemlər yaşayır və bizləri üzür. Harada olmasından asılı olmayaraq, ağrı – ağrıdır, faciə-faciədir, aclıq – aclıqdır, ölüm – ölümdür. Bir ölkədə milyonlarla uşağın normal qidalana bilməməsi də faciədir, başqa bir ölkədə cəmi bir uşağın aclıq çəkməsi də! Dünyada 250 milyon uşağın təhsil ala bilməməsi bizi ağrıdır.
Son 30 ildir davam edən bu köçkünlük həyatı düz dörd nəslin taleyini sındırdı. Yaşının ahıl çağında doğma yurdundan qaçan qocalar çadır düşərgələrdə, şəhərlərdə sığındıqları evlərdə qürbətdə öləcəklərindən qorxa-qorxa yaşadılar, yurdlarından qoyunlarında gizlədib, gətirdikləri torpaqla ovundular. Heç olmasa, ölmək üçün doğma evlərinə qayıdacaqları günlərin həsrəti ilə xəstə düşdülər, vətən, yurd nisgili ilə həyatlarını itirdilər. Ölkəmizin hər tərəfini köçkün, qərib məzarlıqlar bürüdü.
Köçkün düşən cavanların taleyi bütün nəsillərdən daha ağır oldu. Onlar həm yaşlı ata-analarına təskinlik verməli, onların qayğısına qalmalı, həm də müharibə şəraitində övladlarını yedirtməli, yaşatmalı idilər. Onların dərd çəkməyə belə vaxtları, imkanları yox idi. Köçkünlərimizin bu nəslini köçkünlük dərdi, şəraitsizlik, həm valideyn həm övlad qayğısı vaxtından əvvəl qocaltdı, əldən saldı. Bu nəsil ancaq bütün gəncliyini qayğılara, problemlərə xərclədi.
Daha bir nəsil köçkün uşaqlar oldu. Uşaqlığı savaş illərinə, köçkünlük günlərinə düşən uşaqlar. Düşərgələrdə, yarıac-yarıtox yaşamağa məcbur olan uşaqlar. Təkcə özləri deyil, məktəbləri, təhsilləri də köçkün düşmüş uşaqlar. O uşaqlar dondurmanın dadını vaxtında bilmədi, doyunca yeməyin nə olduğunu bilmədi, bəziləri düşərgələrdə ən sadə insani şərtlərdən məhrum böyüdü. Bu nəsil bazarlarda, tikintilərdə, ən ağır işlərdə itib, batdı, onlardan cüzi bir hissəsi təhsil ala bildi, özünü təsdiqləyə, həyatdakı yerini tuta bildi. Çoxunun taleyinə isə ömürlük ağır iş, fiziki zəhmət, çətin bir həyat düşdü. Qeyri-insani şərtlər altında böyüdüklərindən, doyunca qidalanmadıqlarından, vaxtında tibbi yardım görə bilmədiklərindən, bu nəslin səhhətində ömürlük problemlər yarandı.
Bu müharibənin son zərbəni vurduğu nəsil düşərgələrdə, köçkünlük illərində dünyaya gələn körpələr oldu. O körpələr ki, nə müharibəni, nə də köçkünlüyü öz gözləri ilə görməsə də, evlərində, ailələrində daima bu mövzuları eşidərək böyüdü. Kimliklərinə bir şəhər, bir kənd yazıldı, amma özlərini həmişə ata-babalarının köçməyə məcbur olduğu yerlərə aid hiss etdilər. Buna görə yarımçıq, nisgilli, zədəli böyüyürlər. Yaşadıqları yerlərə özlərini aid hiss etmirlər.
Gördüyünüz kimi, müharibə, köçkünlük nəsillərin həyatını dağıdıb, psixologiyasını pozub, taleyini dəyişib. Bəli, hansısa daha iri miqyaslı müharibələr, daha çoxsaylı köçkünlər, daha ağrılı proseslərlə müqayisə ediləndə, bəlkə də, o qədər də faciəvi görünməz, amma bütün sadaladıqlarımız insan həyatında silinməz ağrılar, zədələr buraxmaq üçün kifayətdir.
Hazırda bu savaşın bir gün sülhlə bitəcəyinə, doğma yurdlarına qayıtmağı ümidlə gözləyən dörd nəsil yaşayır ölkəmizdə. Bu insanların öz torpaqlarına qayıtmaq hüquqları bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna baxmayaraq, onlar illərdir, vətən həsrəti ilə yaşamağa məcburdur.
Biz, Qarabağın məcburi köçkün qadınları, sizi Azərbaycana dəvət edirik. Uşaqlığımızı, gəncliyimizi, evimizi və xatirələrimizi, doğmalarımızın məzarlarını və nəhayət könül rahatlığımızı qoyub gəldiyimiz doğma torpaqlarımız barədə sizinlə söhbət etmək istəyirik. Bizim faciəmizi, həqiqətləri dünyaya çatdırmağınızı istəyirik. Ölümlərini doğma yurdlarına saxlamağa çalışan nənə-babalarımız, heç olmasa ömrünün qalanını doğma evində keçirmək istəyən ata-analarımız, uşaqlığımıza, dinc həyatımıza qayıtmaq istəyən bizlər, tarixi vətənini görmək istəyi ilə çırpınan övladlarımızın sizdən gözləntisi budur".
Strategiya.az
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
BNA sürücülərə xəbərdarlıq etdi
Bu yollar buz bağlayıb - SİYAHI
Vətən sevgisinin təntənəsi
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir
AAYDA hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi, 800 ton qum-duz yığıldı
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
"Brent" nefti bahalaşıb
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb
Diqqət! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
Bakıda qar yağacaq
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq