Düşmən taptağı altında qalan qoruqlarda nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir

18:07 / 27.07.2020

Bu gün Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət yasaqlıqlarının düşmən taptağı altında qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir.

AMEA Zoologiya İnstitutundan  verilən məlumata görə, artıq 30 ilə yaxındır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun torpağını, suyunu, atmosferini, dövlət təbiət abidələrini məhv edir, biomüxtəlifliyini - flora və faunasını yarasız hala salır, təbii sərvətlərini talamaqda davam edir. Landşaft müxtəlifliyi baxımından çox əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir ki, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Bundan əlavə, zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılmışdır ki, onlardan bəziləri hətta “Beynəlxalq Qırmızı kitaba” daxildir. Davamlı inkişaf və ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qoyulan qaydalardan biri də hətta müharibələr belə təbiətdə biomüxtəlifliyinin davamlı inkişaf prosesinə dağıdıcı təsir gostərməməlidir. Lakin Ermənistan işğal etdiyi ərazilərdə ətraf mühit və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etmir, əksinə Dağlıq Qarabağ ərazisində tarixən formalaşmış fauna və floranın məhvinə səbəb olur. Bu ərazilərdə qəsdən tez-tez yanğınların törədilməsi biotopların sıradan çıxarılmasına, ərazinin və oradakı su hövzələrinin bilərəkdən kimyəvi maddələrlə çirkləndirilməsi, meşələrin qırılması ekoloji terrordan başqa bir şey deyil:

"Mənfur düşmən, işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasını dünyaya erməni maddi tarixi-mədəniyyət nümunəsi kimi təqdim edir, tarixi saxtalaşdırır. Bundan əlavə, separatçı rejimin nəzarəti altında olan Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır ki, onlar BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Miqrasiya edən Heyvanların Konvensiyası (CMS) çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunurlar ki, onlar da bu gün potensial təhlükə altındadırlar. İşğal edilmiş ərazilərdə, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Safsar, Çay samuru, Qonur ayı, Zolaqlı kaftar, Qamışlıq pişiyi, Çöl pişiyi, Vaşaq, Qafqaz bəbiri, Nəcib maral, Cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iriölçülü nadir məməlilər də az deyil.

İşğal olunmuş ərazilər Avropadan Afrika və Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Zəpt olunan sahələrdə yanğınlar zamanı torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə səbəb olur. Bu da həmin növlərinin sayının kəskin azalmasına gətirib çıxarır. Bundan əlavə, düşmən öz iqtisadi mənfəəti naminə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmış ayıfındığı növündən ibarət meşələri kütləvi surətdə qıraraq mebel istehsalı üçün Ermənistana göndərir, relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan Qırmızı palıd ağacları mebel və xüsusən də spirtli içki istehsalı üçün istifadə edir və xaricə satır. Ağacları qırarkən və daşıyarkən ağır texnikadan istifadə olunması çəmənlikləri, məhsuldar otlaqları yararsız hala salır, torpaq erroziyasına səbəb olur. Bu gün enerji böhranında boğulan ermənilər yüngül, daşınması asan və daha çox istilik verən Tozağacı meşələrini qıraraq ondan yanacaq kimi istifadə edir ki, məhz bu meşəliklər endemik növlər olan Qafqaz tetrasının və Xəzər ularının yaşayış yerlərini təşkil edir. Belə ki, yeni yaşayış biotopları tapmayan quşlar tələf olur və ya asanlıqla ovçuların qurbanına çevrilir".

 
Məlumatda qeyd edilir ki, işğal olunmuş ərazilərin 70% - i sürünən heyvanların növ müxtəlifliyinin daha çox olduğu və geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Onların məhvi trofik əlaqədə olduqları digər fauna növlərinin də zəifləməsinə və məhv olmasına gətirib çıxarır. Amfibilər və sürünənlər həm də zərərli həşəratları və gəmiriciləri yeyərək məhv etdiklərini də nəzərə alsaq, bu heyvanlar əhali üçün faydalı sayıla bilər. Lakin işğalçı Ermənistanın bu ərazilərə və onun fauna müxtəlifliyinə vəhşi, dağıdıcı münasibəti sözügedən ərazilərdə yaşayan heyvan növlərinin məhvinə gətirib çıxarır. Belə vəhşi münasibət nəticəsində amfibi və sürünən növlərin təbii yaşayış yerləri sıradan çıxır, biotoplar dağılır, nəticədə populyasiyalar zəifləyərək məhv olur, ətraf mühitin çirklənməsi, səngər və qazmaların salınması, hərbi təlimlər və əməliyyatlar zamanı texnikanın hərəkəti kimi narahatedici amillərin təsirinə daha həssas olan amfibi və sürünənlərin yaşayış areallarının dəyişməsinə səbəb olur. Bundan əlavə, faydalı, iqtisadi gəlir verə bilən amfibi və sürünən növlərinin təbii resurslarını talamaqda davam edən mənfur düşmən Göl qurbağasının ətinin Avropada nadir ləzzətli ərzaq məhsulu kimi qiymətləndirildiyi üçün bu növün biznesi ilə məşğul olur, təbii sərvətimizi xaricə ixrac edərək talan edir. Bundan başqa, işğal olunmuş Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılmışdır ki, Ermənistanın öz ərazisində bu ilan növünə çox az rast gəlinir. Lakin bu da danılmaz bir faktdır ki, hazırda Ermənistan dünya bazarına qızıldan qiymətli sayılan gürzə zəhəri çıxarmağa cəhd edir. Şübhə yoxdur ki, Ermənistan bu qiymətli tibbi xammalı Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərindən talan edilmiş gürzə ilanları hesabına əldə edir:

"Düşmən, həmçinin Azəbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olur. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaradır. Çay və göl sularının həddindən artıq məişət və kimyəvi maddələrlə çirlənməsi bu sahələrin “ölü zona”ya çevrilməsinə səbəb olur. Bu da həmin sularda yaşayan qiymətli vətəgə əhəmiyyəti olan balıq növlərinin sayının kəskin azalmasına, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi (IUCN), həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı” siyahısına daxil edilmiş nadir balıq növləri və digər hidro resuslar üçün böyük təhlükədir.

Çox təəssüf ki, bu gün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yalnız bəşəri dəyərlərə qarşı deyil, təbiətə, onun canlı sərvətlərinə qarşı da törətdiyi bu terrora dünya dövlətləri və ictimaiyəti hələ də susur! Lakin qüdrətli dövlətimiz artıq belə vəhşiliklərə susmayacaq!".


Etiket:

Strategiya.az

Xəbərlər
04.08.2020

Azərbaycanda koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb

04.08.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04.08.2020

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir

04.08.2020

Neftin qiyməti ucuzlaşıb

04.08.2020

Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04.08.2020

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

29.07.2020

Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu