Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

17:12 / 29.07.2020

 
 

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistarura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Bakalavr pilləsində:

Biotexnologiya;

Su bioehtiyatları və akvakultura;

Turizm işinin təşkili;

Geomatika və geodeziya mühəndisliyi;

Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

Kitabxanaçılıq və informasiya fəaliyyəti;

Beynəlxalq ticarət və logistika ixtisasları.

 

Magistratura pilləsində:

Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşması

Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.

 

BDU-nun bakalavr səviyyəsinin yeni ixtisaslarını seçəcək abituriyentlərə məlumat üçün bildirək ki:

Biotexnologiya ixtisası – biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir, tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. Biotexnoloq, biotexnologiya alimləri – gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab suların təmizlənməsi və istixana effektinin azalması daxildir. Bu ixtisas üzrə kosmetik və farmakoloji şirkətlərdə, özəl və dövlət tədqiqat laboratoriyalarında, təhsil müəssisələrində, qida, ekologiya, əczaçılıq, ətriyyat, baytarlıq, emal sənayelərində işləmək mümkündür.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavr təhsili alan tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Həmçinin balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Bu ixtisas suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Eyni zamanda bu sahəni öyrənməklə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, bu su hövzələrində yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Adıçəkilən ixtisası üzrə  məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə bilərlər.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhliletmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Turizm işinin təşkili ixtisasının məzunları turizm siyasətini həyata keçirən orqanlarda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında və s. çalışa bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası özündə iki mühəndisliyi birləşdirir. Geodeziya mühəndisliyi yerin formasını, relyefini, ölçülərini, seysmtektonikvə texnogen hərəkətləri, onun üzərində tikilən bir çox mühəndis qurğularını, sənaye və mülki obyektlərin deformasiyalarının müşahidə metodlarını işləyir, onların proqnozlaşdırılması məsələlərini həll edir. Geomatika mühəndisliyi isə yerin distansion tədqiqini həyata keçirir. Yerin topoqrafiya və tematik xəritələrini hazırlayır, obyektlərin koordinatlarını təyin edir. Bu ixtisas sahibləri torpaq və xəritəçəkmə fəaliyyətində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid müvafiq idarələrində, torpaqların mühafizəsinə aid müvafiq müfəttişliklərində işləyə bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası torpaqlardan səmərəli istifadə, yararlı torpaqların artırılması, onların keyfiyyətcə yaxşılaşdırılması, torpaqların üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrədir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir. Bu ixtisas sahibləri  yerquruluşu və daşınmaz əmlakın kadastrını həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında işləyə bilərlər.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına yiyələnmiş mütəxəssislər respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, kitabxanalarında çalışa bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasına yiyələnən mütəxəssis dünyada olan beynəlxalq bazarları, ticarəti, xüsusilə beynəlxalq yükdaşımanı öyrənir, öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığına sahib olur. Bu sahədə ixtisaslaşmış kadr məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdıra, rəqiblərin qiymətlərini təhlil edə bilir. Logist funksiyasını yerinə yetirərək malların daşınmasını təşkil edir, məhsulların hansı nəqliyyat və hansı marşrutla çatdırılmasına qərar verir. Beynəlxalq ticarət və logistika ixtisası üzrə logistika şirkətlərində, beynəlxalq əlaqələrə malik yerli şirkətlərdə, beynəlxalq təşkilatlarda və s. işləmək mümkündür.

Magistratura səviyyəsinin Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasını seçəcək bakalavrlara məlumat üçün bildirək ki, Rusiya üzrə ölkəşünaslıq ixtisaslaşmasında ixtisaslaşan bakalavrlar Rusiyanın ictimai-siyasi və sosial həyatının incəliklərini öyrənirlər. Həmçinin onlar Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti barədə də ətraflı bilgilər əldə edirlər. Bu ixtisaslaşma üzrə magistr dərəcəsi alan şəxslər universitetlərdə, dövlət qurumlarının beynəlxalq əlaqələr şöbələrində, diaspor təşkilatları ilə fəaliyyətlərdə mütəxəssis kimi, turizm agentliklərində, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində çalışa bilərlər


Etiket:

Strategiya.az

Xəbərlər
04.08.2020

Azərbaycanda koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb

04.08.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04.08.2020

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir

04.08.2020

Neftin qiyməti ucuzlaşıb

04.08.2020

Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04.08.2020

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

03.08.2020

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

03.08.2020

Regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur

03.08.2020

Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

03.08.2020

Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin adına saxta "Twitter" hesabı açılıb

03.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

03.08.2020

Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb

02.08.2020

Müdafiə Nazirliyi: General-mayor Polad Həşimov döyüşdüyü səngərdə şəhid olub

02.08.2020

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

02.08.2020

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

02.08.2020

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

02.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir

01.08.2020

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

01.08.2020

Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

01.08.2020

Paytaxtda koronavirusa yoluxma halları daha çox Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb

01.08.2020

Azərbaycan neftinin qiyməti bahalaşır

01.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

01.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür

01.08.2020

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

31.07.2020

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

31.07.2020

Paytaxt sakinlərinin diqqətinə - Sabah küçəyə çıxmaq tövsiyə olunmur

31.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edilib

30.07.2020

Azərbaycan Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

30.07.2020

Azərbaycan Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz

30.07.2020

DTX casusluq formasında dövlətə xəyanət edən ər-arvadı həbs etdi

30.07.2020

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

30.07.2020

Qəbələdə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

30.07.2020

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

30.07.2020

Elman Rüstəmov: Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

30.07.2020

Bakıda ən az yoluxma bu rayondadır

30.07.2020

İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir

30.07.2020

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər paytaxtın bütün rayonlarını əhatə edir

29.07.2020

Bəyimxanım Vəliyevadan möhtəşəm ifa - VİDEO

29.07.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

29.07.2020

Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29.07.2020

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı, 8 nəfər öldü

29.07.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 723-ə çatıb

29.07.2020

Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib 

29.07.2020

Prezident İlham Əliyev Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib

29.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı son məlumatı açıqladı

29.07.2020

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

29.07.2020

İyulun 29-da xarici valyutaların manata qarşı məzənnələri

29.07.2020

Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu