Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir

10:34 / 15.09.2020

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubda qeyd edib ki, Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir".


Etiket:

Strategiya.az

Xəbərlər
25.10.2020

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb

25.10.2020

Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)

25.10.2020

Ermənistanda əsgər çatışmazlığı: terrorçular, muzdlular, yaşlılardan sonra uşaqlar da döyüşlərə cəlb olunur

25.10.2020

Azərbaycanda COVID-19-a daha 946 yoluxma faktı qeydə alınıb, 228 nəfər sağalıb

25.10.2020

Prezidentin köməkçisi: Ermənistan ərazisindən Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır

25.10.2020

Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)

25.10.2020

Prezident: Bizim mövqeyimiz ondan ibarətdir ki, region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar

25.10.2020

MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)

25.10.2020

Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur

25.10.2020

Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim

25.10.2020

Prezident: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib

25.10.2020

Prezident İlham Əliyev: Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır

25.10.2020

Düşmən itkilər vərərk geri çəkilib

25.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

25.10.2020

“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək - FOTO

25.10.2020

Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu

24.10.2020

Ermənilər müharibədə uşaqlardan da istifadə edirlər - VİDEO

24.10.2020

MN: Təslim olan erməni hərbi əsirlərin, mülki şəxslərin üçüncü dövlətlərə keçməsi üçün lazımi şərait yaradılacaq

24.10.2020

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN

24.10.2020

Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi

24.10.2020

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

24.10.2020

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

24.10.2020

Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək

24.10.2020

Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi

24.10.2020

Düşmənin döyüş təyyarəsi məhv edilib

24.10.2020

Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi

24.10.2020

Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb

24.10.2020

BMT-nin adındakı yanlışlığın mahiyyətinə mənfi təsiri - Vətən müharibəsi dərsi

24.10.2020

Prezident İlham Əliyev: Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehriban qonşuluğun yaxşı nümunəsi ola bilər

24.10.2020

Prezident İlham Əliyev: Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır

24.10.2020

Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər

24.10.2020

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi

24.10.2020

Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur

24.10.2020

Cəbhədə son vəziyyət: Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və vacib yüksəkliklər azad edilib

24.10.2020

Erməni işğalçıları Kəlbəcərdəki faydalı qazıntı yataqlarını istismar ediblər

24.10.2020

Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib

24.10.2020

Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

24.10.2020

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb

23.10.2020

Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN

23.10.2020

Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib

23.10.2020

Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - MN

23.10.2020

XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı

23.10.2020

Bu ərazilərə giriş-çıxış dayandırılır - Nazirlər Kabineti

23.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23.10.2020

Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edilib

23.10.2020

Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil - Rusiya XİN

23.10.2020

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək

23.10.2020

Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb

23.10.2020

Azərbaycan MN: Ermənistan ordusunun qüvvə və vasitələri darmadağın edilib

23.10.2020

İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir