Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP boru kəmərinin inşası çərçivəsində İtaliyada müvəqqəti çıxarılaraq başqa yerlərə köçürülən zeytun ağaclarının öz yerlərində yenidən əkilməsinə başlanılıb.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, "Xylella” bakteriyası səbəbindən kəsilən bitkilərin yerinə isə bakteriyaya davamlı müxtəlif zeytun ağacları əkiləcək.
Qeyd edək ki, TAP boru kəmərinin inşası ötən ay yekunlaşıb. Belə ki, tikinti işlərinə başlanılmasından təxminən 4 ilyarım sonra TAP əsaslı şəkildə tamamlanıb. Boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı qazın qəbul terminalına qədər təbii qazla doldurulub.
TAP hazırda ticari əməliyyatların başlanması və ISO-lara uyğun olaraq bazara potensial təklif edilməsi üçün hazırlıq işlərini yekunlaşdırır. TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki "Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu ayın sonuna qədər tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir.
Boru kəmərinin tikintisinin son mərhələsi çərçivəsində kommersiya istismarına başlamağa hazırlıq, sınaq və istismaravermə mərhələsi üzrə boru kəmərinin Yunanıstan-Türkiyə sərhədindən Albaniyanın Fier şəhərindəki kompressor stansiyasına qədər olan hissəsi təbii qazla doldurulub. Boru kəmərində son qaynaq yekunlaşıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, Cənub Qaz Dəhlizinin açılması istiqamətində daha bir mərhələdir.
İyunda TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Bu mərhələ "Saipem” şirkətinin "Castoro Sei” sualtı borudüzən gəmisi tərəfindən 36 düymlük boruların dənizdə quraşdırılması, Albaniya sularındakı qurudakı infrastrukturla dəniz üstü bağlantının qurulması, həmçinin xəttin təhlükəsizliyi və əməliyyat üçün hazır olmasını təmin etmək üçün hidrosınaqları əhatə edib. İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvarın ortalarında boruların "Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilməsi ilə başlayıb. COVID-19 pandemiyası nəzərə alınaraq TAP və onun podratçısı "Saipem” bütün əməkdaşların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirib.
Boru kəmərinin dəniz hissəsində ümumi çəkisi 100 min ton ağırlığında 36 düym diametrli təxminən 9000 boru istifadə edilib. Borular Adriatik dənizinin dibi ilə çəkilib: İtaliya sularında 25 kilometr, beynəlxalq sularda 43 kilometr və Albaniya sularında 37 kilometr. TAP-ın ən dərindən keçən hissəsi dəniz səviyyəsindən təxminən 810 metrdir. "Castoro Sei” gəmisi gündəlik orta hesabla 1,2 kilometr və bir gündə isə maksimum 2,8 kilometr boru düzüb.
TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri də tamamlanıb. Mayın 20-dən isə təbii qazın TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə - Yunanıstan-Albaniya sərhədində və Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanılıb. Bu hissə istifadəyə verildikdən sonra qazın qarşıdakı həftələrdə və aylarda boru kəmərinin Albaniyadakı digər hissələrinə tədricən daxil edilməsi həyata keçirilir.
Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılmış, Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilmişdi. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi olmuşdu. Daha sonra sınaq işləri boru kəmərinin Yunanıstan hissəsinin hamısını əhatə etmişdi. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi "Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
Xatırladaq ki, 3 ötürücü sistem operatoru – TAP AG, "Snam Rete Gas” və "DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işləri başa çatıb. TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri yekunlaşır. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.
TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada (8 kilometr) boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.
Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib. Layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, "Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP "Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz). (AZƏRTAC)
Strategiya.az
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları planın tərkib hissəsi idi
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı
SOYQIRIMINI DÜNYAYA TANITMAQDA DAVAM ETMƏLİYİK...
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” markalı neftin qiyməti 71 dolları ötüb
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Paytaxtda güclü külək məktəbin dam örtüyünü uçurub
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
“Oba” marketdə biabırçılıq (FOTOLAR)
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan nefti 69 dollardan baha satılır
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
“Brent” neftinin qiyməti 69 dolları ötüb
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
YAP-ın Siyasi Şurası ləğv edilib
Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
YAP-ın növbədənkənar qurultayı başlayır
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib
Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb
Son sutka ərzində koronavirusa yoluxanların sayı 348 mindən çox artıb
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
Koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb
Bu məktəbdə ənənəvi dərslər bərpa olunur
SİNQAPUR MÖCÜZƏSİ VƏ SİNQAPURUN "MİLLƏT ATASI"
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
Şuşanın dağları: tədqiqatçı sorağında
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Azərbaycan neftinin bir barreli 65,66 dollara satılır
Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu deyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
2 MART MÜZƏFFƏR KOMANDAN NURU PAŞANIN HAQQ DÜNYASINA QOVUŞDUĞU GÜNDÜR
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransanın sabiq prezidenti Nikola Sarkozi üç il həbs cəzasına məhkum olunub