Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib

19:48 / 13.01.2021

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi qəbul edilib.

13 yanvar 2021-ci il tarixdə İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirildi.

Nazirlər,

Üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayaraq;

Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

Ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiber hücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən İslamofobiya meyllərini dərk edərək,

Dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə edərək;

COVID - 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tamamilə anlayaraq;

İşğaldan azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi ifadə edərək;

və sülh və inkişaf naminə regional konsensusun inkişaf etdirilməsinə sadiqliyi təsdiqləyərək;

Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar etdilər;

Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyləri artırmaq barədə razılığa gəldilər;

Asiyanın ürəyi - İstanbul Prosesinin Əfqanıstan və regionda sülh, sabitlik və iqtisadi rifaha verdiyi töhfəni alqışladılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səylərini qiymətləndirdilər və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə etdilər;

Terrorizmin bütün formalarına, xarici dövlətlər tərəfindən himayə edilən terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə naminə müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yenilədilər;

2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiq etdilər və 5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik quruluşu dəyişməyə yönəlmiş insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi ilə bağlı prinsipial mövqelərini təkrar etdilər;

Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildirdilər;

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar etdilər;

Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qaldılar;

COVID 19 pandemiyasının iqtisadi artım və ictimai sağlamlığa geniş təsirlərini müzakirə etdilər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəldilər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşıqlı şəkildə həll edilməsi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və həmrəyliyə çağırdılar;

Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar verdilər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağırdılar;

Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar verdilər;

Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğuladılar və 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırdılar;

Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verdilər;

Həmçinin, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq verdilər;

13 yanvar 2021-ci il tarixində imzalanmışdır.

Zati-aliləri cənab Ceyhun Bayramov

Azərbaycan Respublikasının

xarici işlər naziri

Zati-aliləri Məhdum Şah Mahmud Qureşi

Pakistan İslam Respublikasının

xarici işlər naziri

Zati-aliləri cənab Mevlüt Çavuşoğlu

Türkiyə Respublikasının

xarici işlər naziri".


Etiket:

Strategiya.az

Xəbərlər
26.01.2021

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb

26.01.2021

Prezidentin köməkçisi: ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər

26.01.2021

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib

25.01.2021

Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib

25.01.2021

Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25.01.2021

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

25.01.2021

Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb

25.01.2021

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

25.01.2021

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb

25.01.2021

Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25.01.2021

Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

25.01.2021

Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib

25.01.2021

Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib

25.01.2021

Bu gündən bərbərxana və gözəllik salonları açılır

25.01.2021

5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

24.01.2021

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

24.01.2021

Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür

24.01.2021

Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar

24.01.2021

Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

23.01.2021

Azərbaycan nefti 56 dollardan baha satılır

23.01.2021

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib

23.01.2021

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

23.01.2021

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib

23.01.2021

Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

22.01.2021

500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA

22.01.2021

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman

22.01.2021

Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir

22.01.2021

Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi

22.01.2021

Şuşada yeni yarimstansiya tikilir 

22.01.2021

Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib

22.01.2021

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

22.01.2021

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir

21.01.2021

XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI

21.01.2021

Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub

21.01.2021

Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev

21.01.2021

Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir

21.01.2021

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21.01.2021

Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq

21.01.2021

Kaspi Təhsil Şirkətindən növbəti xoş addım

21.01.2021

Sabahın hava proqnozu açıqlanıb

21.01.2021

Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib

21.01.2021

DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi

21.01.2021

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

21.01.2021

BNA sürücülərə xəbərdarlıq etdi

21.01.2021

Bu yollar buz bağlayıb - SİYAHI

20.01.2021

Vətən sevgisinin təntənəsi

20.01.2021

Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib

20.01.2021

Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu

20.01.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

20.01.2021

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub