İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və s. kimi malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də artır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyə edir.
Dövlət Xidmətdən verilən məlumata görə, məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa annotasiyasının olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan sənəddə göstərilməlidir.
Mal zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər. Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı (istehsalçı, icraçı) qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə mal qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcının təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur. Eyni zamanda satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır.
Strategiya.az
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Prezident İlham Əliyev - Hadisələr onu göstərdi ki, mən tam haqlı idim
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Təhsil naziri: Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anırıq
“Azeri Light” neftinin qiyməti 67 dollara çatır
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib
Firad Əliyev: "Azərbaycan tarixi barədə dünya əhalisini məlumatlandırmaq hər bir azərbaycanlının müqəddəs borcudur"
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Azərbaycan neftinin bir barreli 66,77 dollara satılır
Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI)
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sabah hava necə olacaq?
“Azeri Light” neftinin qiyməti 65 dolları ötüb
Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq
Ən çox qar bu ərazilərə yağıb
Qarlı hava nə qədər davam edəcək?
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Prezident İlham Əliyev İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Azərbaycanda son sutkada 223 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 2 nəfər vəfat edib
Birinci vitse-prezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağılığı verib
“Azərişıq” hava ilə bağlı ərazilərə əlavə maşın-mexanizmlər cəlb edib
Bu günə qədər 200 mindən artıq vətəndaş vaksinasiya edilib - Nazirlik
XOCALI SOYQIRIMI: Hərbi Prokurorluğun apardığı peşəkar fəaliyyət öz nəticəsini verməkdədir…
Azərbaycan neftinin bir barreli 64,57 dollara satılır
Xəzərdə dalğanın hündürlüyünün 7.5 metrə çatacağı gözlənilir - XƏBƏRDARLIQ
Bu məktəbdə dərslər dayandırıldı
Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib
Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb
Azərbaycanda 75 nəfər COVID-19-dan sağalıb, 72 nəfər yoluxub, 4 nəfər vəfat edib
ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı