Azərbaycan Polisi yaradılmasının 103-cü ildönümünü qeyd edir

10:20 / 02.07.2021

 

 

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

 Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olub.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bu mühüm məsuliyyəti dərindən dərk edən Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Azərbaycan polisinin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin başçısı polis əməkdaşlarının pandemiya dövründə nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin martın 12-də - Daxili Qoşunların yaranması günündə Daxili Qoşunların Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak etməsi, eləcə də həmin gün imzaladığı Sərəncamla Qoşunların iki hərbi qulluqçusunu “Vətən uğrunda”, üç nəfəri “İgidliyə görə”, 7 nəfəri isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif etməsi bunun əyani göstəricisidir.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Müharibədə doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır.


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib