Kamal Abdulla yaradıcılığına bir nəzər: “Sehirbazlar dərəsi”

08:45 / 12.09.2017

 

 

Əsəri dirildən və yaşadan oxucudur. Bu bütün zamanlarda belə olub və bundan sonra da belə olacaq...

Ruh əhlinin sonsuzluqdan gəlib sonsuzluğa getdiyi təhkiyəcə roman olan bu əsərdə ilk diqqət çəkən məqamlardan biri yazıçının filoloji desant olaraq yaratdığı “təkcənəlik vaxtı” ifadəsi oldu. Görünür yazıçı özünün “təkcənəlik vaxtı”nda yazıb-yaradıb bu romanı. Bu “sehirli” vaxt yalnız sehirbazlar dərəsinin sakinlərinə məxsusdur ki, onlar istədikləri vaxt gerçəkliklə virtuallıq anını asanca aşıb bir aləmdən digərinə pənah aprırlar. Bu vaxt elə bir vaxtdır ki, insan xəlvət bir yerə çəkilir, ruhu ilə baş-başa qalır, bütün dünya içinə yığılır, zaman və məkandan çıxmış olursan. Aydın Talıbzadənin şərhinə əsasən deyə bilərik ki, romanda personajlar adlarını geyim əvəzi geyiniblər.

Romanı oxuduqca ilk baxışda baş qəhrəmanlar Karvanbaşı (şahın ən yaxın adamı Cəllad Məmmədqulunun oğlu), cəllad Məmmədqulu və xacə İbrahim ağa görünür. Ancaq belə deyil. Baş qəhrəman Ağ dərvişin şagirdi Hacı Mir Həsən ağa Səyyahdır ki, o cəllad Məmmədqulunun nəslinin son nümayəndəsini özü ilə götürüb Sehirbazlar dərəsinə aparır. O içindəki enerjinin gücü ilə ruhlarla ünsiyyət qurub onları danışdırır. Buna görə də karvanbaşı birə-bir atası cəllad Məmmədqulunun ruhu ilə danışdığını düşünür. Ona gicinnəqulu deyiləndə ruhun atasının ruhu olduğundan lap arxayın olur. Çox dərdləşən ata-oğul sanki illərin acısını çıxarırlar. Cəllad Məmmədqulu anasilə tanışlığından danışarkən deyir: “Anan Pərinisəni məğlub etdiyimiz şəhərdə görüb sevdim. Şahın fərmanını pozaraq onun qoşunu ilə geri qayıtmadım. Anası belə dul qalmış Pərinisənin məni sevməsinə, bizim yaxınlığımıza çalışsa da mane ola bilmədi. Anan şahın mundar adamlarının əlinə keçməsin deyə gecənin birində yuxudan oyadaraq, ona doymasam da aparıb qayadan itələdim. Anamı öldürdüyüm kimi ananı da öldürdüm. Sənə görə ikimizin də sonu ölüm oldu. Ana nənənin sənə çox yaxşı baxacağından əmin idim”.

Atas bunları danışdıqca Karvanbaşı nənəsinin ona şahdan intiqamını al deyib can verməsini xatırladı. Nənəsin ona qızılların yerinə (həyətdəki quyunun kol-kos basmış divarında) qədər demişdi. Şah Məmmədqulunun övladlığı Şahverdinin də meydini gecənin birində qapısına atmışdı. Şahverdini bir bulağa yaxın yerdə

basdıran ata elə bil o andan etibarən özünü qəbrə qoydu. Karvanbaşı şahın ən yaxın adamı kimi ona sevdiyi hədiyyəni-əsa bağışlamaqla onu zəhərləyib öldürəcəyini, beləliklə də intiqamını alacağını bildirəndə atası izin vermir. Şahın adamlarının hücümu zamanı atasının ruhu ələ keçməkdənsə özünü öldürməsini məsləhət biləndə, karvanbaşı qılıncı köksünə saplayaraq özünü öldürür. Hətta arvadı və xacə İbrahimi də öldürürlər. Uşağı nə qədər axtarsalar da tapa bilmirlər. Çünki ağ dərviş uşağı qucağında gizlədərək qeyb olmuşdu sonralar da onu heç kim görməmişdir.

Romanda Ağ dərviş fiquru mədəniyyət tarixi müstəvisində İsa Məsihin dini-kulturoloji obrazına bənzəyir. Ancaq bu da açıq-aşkar duyulur ki, Ağ dərvişin konseptual portreti Nəsiminin düşüncə və cizgilərini əks etdirir. Klassik şərq nağılı üslubunda yazılan romanda hekayətlər bir-birinə calanıb, ritm və ahəngi dəyişmədən sabit saxlayıb. Roman düşüncələrə, müəmmalı sevgiyə, möcüzə vahiməsinə, ədəbi-kulturoloji oyunların sitat mündəricəsinə qarşı müəllifin post-modernist rişxəndidir. Ədəbi obrazlarımızdan dəmir adam cərgəsində dayanan şeşəbığ cəllad Məmmədqulu sevdiyi dul qadın Pərinisəyə balaca bir pəncərədən baxır ki, o pəncərənin önündə qəm karvanı, ölüm karvanı dayanıb. Məişət parametrləri çərçivəsindən baxdıqda bu QƏM PƏNCƏRƏSİ post-modernizmin yozumudur.

Romanı oxuduqca ədəbiyyatımızın sütunlarından olan Mirzə Cəlili xatırladım. Dahi yazıçının “Ölülər”, “Hekayəti molla İbrahimxəlil kimyagər”i keçdi beynimdən. Kefli İsgəndər elə hey ləngər vura-vura keçdi gözümün önündən. İbrahimxəlilin “meymun”u oynadı gözlərimin qarşısında (Nədənsə Mirzə Cəlilin bu əsərinin adı çəkiləndə ilk ağlıma gələn meymun olur. İbrahimxəlil meymunu ağlınıza gətirməyin dediyinə görədir yəqin). Səyyah sehirbazın da burda şərt qoyması həmin bu İbrahimxəlilin şərtini-gərək meymunu ağlınıza gətirməyəsiniz şərtini xatırlatdı mənə. Sehrbaz o şərti qoyur ki, Cəllad Məmmədqulunun ruhunu çağırması üçün gərək səmanın rəngi onun istədiyi kimi ola. Bu kimsənin bilmədiyi bir rəngdir.

Romanı oxuduqca düşündüm ki, bəlkə də Şeyx Nəsrullahı, Kefli İsgəndərin atasını nahaq yerə qınamışıq. Kamal Abdullanın baş qəhrəmanı Hacı Mir Həsən ağa Səyyah (Ağ dərviş) ruhları çağırıb dindirir, danışdırır. İslam dininin nümayəndələri olaraq cism öldükdən sonra ruhun yaşadığına şübhə etmiriksə, varlığına inanırıqsa əsrlər öncə ölməz yazıçımız Şeyx Nəsrullahın dili ilə deyəndə ki, “ölüləri dirildib, sizlərə qaytaracam” niyə rişxənd edib gülmüşdük, inanmamışdıq, qınamışdıq, asıb-kəsmişdik.

Oxucu kimi deyə bilərəm ki, bu romana o qədər aludə olaraq-köklənərək oxudum ki, az qala inanmağa başlayırdım Şeyx Nəsrullaha. Sufilərin virdi olaraq yazılan romanda təlqinlərin dili yəqin ki məni ritmə salıb sehrə aparıbmış.

Bu roman adı hörmət və ehtiramla çəkilən Kamal Abdulla yaradıcılığından oxuduğum ilk roman oldu. Əsərin cümlələrində sözlərin qramatik baxımdan yerini dəyişdiyi diqqətimdən yayınmadı: -“Nə üçün buranı seçmişdilər- bilən bunu bir adam yox idi, onlar özləri isə bu barədə bir kəlmə dinib danışmırdılar (2006-cı ilin nəşri. s.14) .;

-“Evin içində onların işinə müdaxilə bir kimsə etməyəcəkdir”(yenə həmin ilin nəşri s.146)

Eyni zamanda əsərdə “Karvanbaşı da, Xacə İbrahim ağa da çaşıb qalmamışdılarmı, çaşıb qalmışdılar”(s.155) tipli cümlələrə yetərincə rast gəlinir.

Əsərin fəlsəfi gücü olduqca böyükdür. Bu fəlsəfiliyi elə yazıçımızın öz fikirlərilə qeyd etməyə çalışacam. Bu fəlsəfiliyi bir Kamal Abdulla bilir, bir də anlamağa çalışanlar olsa onlar biləcək.

-“Günahsızlar günahı görünməyən günahsızlardır”;

-“Allaha gedən yol ulduz adlandırdığımız deşiklərdən işığın görükən yoludur. Bu yol əvvəl-əvvəl qaranlıqdan keçir. Allaha gedən yol ulduzları içinə yığmış qaranlığın yoludur ki, Var”;

-“İşıq qaranlığındır, qaranlıq işığın deyil. Əzəli olan qaranlıqdır ki, var”;

-“İşığa dönəndən sonra sənin öz yolun olmur. Sənin yolun hər şeyi tutmuş işığın yolu olurmuş”;

-“Allahın sirdaşı Allaha yetişmək onun içində ərimək canından əvvəlki ən sonuncu nəfəsi dərib gözləmə məqamıdır”.

Kamal Abdulla yaradıcılığına həsr etdiyim bu kiçik məqaləni romanda Səyyah sehirbazın dili ilə verilən:

 

Gözlərimə görünmə gəl,

Ağlamışam dirənmə gəl,

Sən ölmüşün ərinmə gəl,

Gəl...gəl...gəl...gəl.

- misraları ilə bitirirəm. Bu misralar gözümə, könlümə o qədər yatdı ki, axarına salıb məni çox uzaqlara apardı.

 

Aynur Səfərli,

Bakı Dövlət Universitetinin doktorantı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM