Kişinin kişi ilə münasibəti və bunların islamda olan acı sonluğu

11:45 / 01.05.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

İndi media kşinin kişi ilə münasibətini gündəmə gətirməyə cəhd edir. Bu əməli edənlərin hüquqlarından, bu əməldə olanlara xoş münasibətdən danışır. Cəmiyyətimiz unutmasın ki, bu əməl dünyada işlənən ən çirkin əməllərdən biridir. Allah təala Lut adlı peyğəmbəri bu əməli edənlərə qarşı göndərdi ki, onları bu çirkin əməllərdən çəkindirsin. Allah təala Lutun dili ilə öz camaatını qorxutdu. Lakin tarix boyu olduğu kimi onun cəmiyyəti Lut peyğəmbərin Allahdan olan xəbərdarlığına məhəl qoymadı. Bu səbəbdən Allah təala həmin qövmü yerlə yeksan etdi. Lakin Lutu və ona iman edənləri bu əzabdan xilas etdi. Lut peygemberin qövmünün əməlini edən bir şəxsi reklam edib bunu bu gün mediada azadliq, demokratiya kimi, ya da insan huquqlarinin pzoulmasi kimi qələmə verməsinlər. Əgər belə əməllərlə meşğul olanlar çoxalsa hamımız yernən yeksan olarıq. Bu cür xəstəliyə düçar olanları isə tərbiyə etmək, islah etmək hamımızın borcudur. Getdikləri yolun yalnış olduğunu onlara izah etməliyik. Qurani Kərimdə Lut qövmünün etdiyi çirkin əməllər haqqında Allah təala bir çox ayələrdə bizə belə xəbər verir: "Lut dedi ki, siz aləmin kişilərinə gəlirsiniz, eləmi? Rəbbinizin sizin üçün yaratdığı zövcələri də tərk edirsiniz? Yox, siz yoldan çıxmış bir tayfasınız! Onlar: “Bax Lut, sən bundan daşınmasan, xeyri yoxdur, sürgün edilənlərdən olarsan!”, – dedilər. Lut dedi: “Mən sizin gördüyünüz bu işə həqiqətən də, nifrət edənlərdənəm (bundan iyrənirəm)”. “Rəbbim! Məni və ailəmi bunların gördükləri işdən uzaq et!”. Biz də onu və bütün ailəsini xilas etdik. Ancaq qoca bir qadın yerdə qalanlar arasındaydı. Digərlərini yerlə-yeksan etdik. Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi! Bunda yaxşı bir ibrət var, lakin çoxları yenə də inanmaz. Sənin Rəbbin həqiqətən güclüdür, mərhəmətlidir (Şüəra, 165-175).

Digər ayələrdə uca Allah buyurur: Lutu da peyğəmbər göndərmişdik. O, qövmünə belə demişdi: “Siz bilə-bilə bu iyrəncliklə məşğul olursunuz? Yəni, siz qadınları qoyub kişilərlə yaxınlıq edirsiniz? Yox, siz özünü bilməyən bir dəstəsiniz!”. Qövmünün cavabı ancaq bu oldu: “Lut ailəsini şəhərinizdən qovun. Çünki onlar yaxşı-yaxşı təmizlənən insanlardır”. Biz də onu və ailəsini xilas etdik; amma arvadını yox. Çünki onun arxada qalanlardan olmasını münasib bilmişdik. Onların üzərinə bir yağmur yağdırdıq. O xəbərdarlıq edilənlərin yağmuru necə də pis idi (Nəml, 27/54-58).

Lut peyğəmbər qövmünə belə demişdi: “Siz həqiqətən də, o iyrənc işi görürsünüz. Sizdən əvvəl aləmdə heç kəs bu işi görməyib”. “Deməli, indi siz həqiqətən də, kişilərlə yaxınlıq edir, yol kəsir və yığıncaqlarınızda o murdarlıqla məşğul olursunuz?”. Qövmünün cavabı ancaq bu oldu: “Sən əgər doğru danışanlardansa, durma, bizə Allahın əzabını gətir!”. Lut dedi ki, ey Rəbbim, bu fitnə-fəsad törədənlər dəstəsinə qarşı mənə kömək ol! Elçilərimiz İbrahimə o müjdəni verdikləri vaxt: “Biz bu şəhərin xalqını yox edəcəyik; çünki oranın əhalisi zalım kəslərdir”, – dedilər. İbrahim: “Amma orada Lut var”, – dedi. “Biz orada kimin olduğunu çox yaxşı bilirik”, – dedilər. “Onu və ailəsini əlbəttə, xilas edəcəyik. Lakin arvadı yerdə qalacaqlardandır”. Elçilərimiz Lutun yanına gəldikdə, Lutun halı xarablaşdı. Onlara qarşı ürəyi sıxıldı. Ona: “Qorxma, kədərlənmə”, – dedilər. “Çünki biz səni və ailəni xilas edəcəyik. Amma sənin arvadın istisna olmaqla”. “Biz yoldan çıxmaqlarının müqabilində bu şəhərin əhalisinə göydən bir murdarlıq endirəcəyik”, – dedilər. “Biz düşünən bir qövm üçün həqiqətən də, onların açıq-aydın bir sübutunu saxlamışıq (Ənkəbut, 29/28-35)”.

Allah təala Lut qövmünün qadınları tərk edib kişinin kişi ilə münasibətlərə getdiklərinə görə onları şiddətli cəza ilə cəzalandırması barədə bizə belə buyurur: Lutu da göndərdik. Qövmünə dedi ki, siz sizdən əvvəl aləmdə heç kəsin etmədiyi o murdarlıqla məşğulsunuz? Siz qadınları qoyub kişilərə yaxınlaşırsınız? Yox, siz azğın bir tayfasınız. Qövmünün cavabı ancaq bu oldu: “: “Lut ailəsini şəhərinizdən qovun. Çünki onlar yaxşı-yaxşı təmizlənən insanlardır”. Biz də onu və ailəsini xilas etdik; amma arvadını yox. Çünki onun arxada qalanlardan olmuşdu. Onların üzərinə bir yağmur yağdırdıq. Bax, gör günaha batanların axırı necə imiş (Əraf, 7/80-84)!

İbrahim (Luta gələn elçilərdən): “Ey elçilər, sizin əsl vəzifəniz nədir?”, – deyə soruşdu. Onlar: “Biz günahlar bir qövmə göndərildik”, – deyə cavab verdilər. Üstlərinə palçıqdan daşlar atmaq üçün, Rəbbinin qatından həddini aşanlara məxsus olan işarəli daşlar… Sonra orada möminlərdən kim varsa, (hamısını) çıxartdıq. Onsuz da orada bir evdən başqa müsəlman tapa bilmədik. Orada yandırıb-yaxan əzabdan qorxanlar üçün bir sübut qoyduq (Zariyat, 51/31-37).

Elçilərimiz Luta gəldikdə, onun halı xarablaşdı. Onlara qarşı ürəyi sıxıldı. “Bu, çətin bir gündür”, – dedi. Qövmü ona tərəf gəldi. Bundan əvvəl o pis işlə məşğul olurdular. O, belə dedi: “Ey qövmüm! Budur qızlarım. Sizin üçün bunlar daha təmizdir. Allahdan qorxun, qonaqlarımın yanında məni biabır etməyin. Sizin aranızda ağlı başında bir adam yoxdur?”. Onlar: “Sən yaxşı bilirsən ki, bizim sənin qızlarınla bir işimiz yoxdur. Sən bizim nə istədiyimizi lap yaxşı bilirsən”, – dedilər. Lut: “Ah, kaş ki, sizə qarşı mənim bir gücüm olaydı ya da möhkəm bir yerə sığına biləydim!”, – dedi. (O gələnlər) dedilər ki, bax Lut! Biz sənin Rəbbinin elçiləriyik, onlar sənə heç toxuna bilməyəcəklər. Sən gecə vaxtı ailənlə birlikdə yola çıx. Sizdən heç kim dönüb geri baxmasın. Sənin arvadın qalsın. Çünki başqalarının başına nə gəlibsə, onun başına da gələcək. Səhərə qədər möhlətləri var. Səhər çox yaxındır, elə deyilmi? Bizim əmrimiz gəldiyi vaxt oranı alt-üst etdik. Üstünə bişmiş palçıqdan topa-topa daş yağdırdıq. Rəbbin qatında damğalanmış olaraq… Onlar bu zalımlardan da uzaq deyil (Hud, 11/77-82).

Elçilər Lutun ailəsinə gəldikdə: “Siz həqiqətən də, tanınmayan kəslərsiniz”, – demişdi. Dedilər ki, yox, biz sənə onların şübhə etdikləri şeylə birlikdə gəlmişik. Biz sənə o həqiqəti gətirmişik. Biz əlbəttə, düzgün kəslərik. Gecə vaxtı ailəni dərhal yola çıxart. Sən də onların arxasınca get. Sizin heç biriniz dönüb arxaya baxmasın. Sizə əmr edilən yerə tərəf keçib gedin. Ona bu məsələyə dair qərarı bildirdik: Səhər açıldığı vaxt bunların kökü kəsilmiş olacaq. O şəhərin əhalisi bir-birinə müjdə verərək gəlmişdilər. Dedi ki, bunlar mənim qonaqlarımdır; məni utandırmayın. Allahdan qorxun, məni biabır etməyin. Onlar: “Biz sənə deməmişik ki, başqalarının işinə qarışmayasan?”, – dedilər. Lut: “Edəcəksinizsə, budur, qızlarım!”, -dedi. Sənin həyatın haqqı, onlar öz sərxoşluqlarının içində yellənirdilər. Günəş şüaları yayıldığı vaxt həmin səs onları yaxaladı. O yeri alt-üst etdik. Üstlərinə palçıqdan bişmiş daş yağdırdıq. Bunda təsirlənənlər üçün dəlillər var. Onlar hələ də bir yol üstündədirlər. Bunda inananlar üçün bir dəlil var (Hicr, 15/61-77).

Allah alt-üst olan o şəhəri süquta uğratdı. Onu yaman basdırdı (Nəcm, 53/53-54)!

Budur, artıq Allah təala bu əməlin olmasını və bu əməli edənlərin necə cəzalanmasını bizə xəbər vermişdir. Allahın elçisi Muhamməd səlləllahu aleyhi və səlləmdən bununla bağlı hədislər vardır. Həmin hədisləri xatırlamaqda fayda görürəm. Cabirin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Ümmətim üçün ən çox qorxduğum şey Lut qövmünün əməlidir.” Tirmizi (1457); İbn Macə (2563). Şeyx Albani-Allah ona rəhmət etsin-“Səhih əl-Cami” (1552) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir. İbn Abbasın belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “…heyvan ilə cinsi yaxınlıq edənə Allah lənət etsin (və yaxud lənətlənmişdir), Lut qövmünün əməlini edənə Allah lənət etsin (və ya lənətlənmişdir).” Əhməd (1878); Şeyx Albani “Səhih əl-Cami” (5891) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir. İbn Abbasın belə söylədiyi rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Lut qövmünün əməlini edən birini görsəniz faili də (aktiv tərəfi), (passiv tərəfi) də öldürün.” Tirmizi (1456); Əbu Davud (4462); İbn Macə (2561). Şeyx Albani “Səhih əl-Cami” (6589) əsərində bu hədisi səhih olaraq təsnif etmişdir. Bizim hüquq və qanunlarımızda öldürmə olmadığı üçün bu gün bu öldürmə əmrini biz icra edə bilmərik. Buna bizim nə dini, nə də dünyəvi hüquqlarımız icazə vermir. Biz sadəcə onların islahı ilə məşğul olmalı, onları bu əməllərdən hüquqlarımızın icazə verdiyi ölçülər əsasında davranmalıyıq.

Bilmək lazımdır ki, mavilər və lezbianlar, bu qrupun hər ikisi Allah təalanın insanda - o cümlədən heyvanlarda - xəlq etdiyi fitrətə zidd hərəkət edirlər. Halbuki fitrətə müvafiq olaraq kişilər qadınlara, qadınlar isə kişilərə meyilli olur. Kim Allahın insanda xəlq etdiyi bu fitrətə (təbiiliyə) qarşı çıxarsa, bəşər övladının fitrətinə (təbiiliyinə) qarşı çıxmışdır.

Homoseksuallığın yayılması bir çox xəstəliklərə səbəb olmuşdur. Nə Şərq, nə də Qərb bunun mövcudluğunun bunlardan dolayı olduğunu inkar edə bilməzlər. Hətta insanın təbiətinə zidd bu iyrənc əməlin nəticəsi sadəcə insanın immun sisteminə hücum edən AİDS olsa belə, bunun özü belə artıq kifayət edir.

Həmçinin ailələrin dağılmasına səbəb olur, bu iyrənc əməllər ilə məşğul olmaları səbəbindən insanlar öz işlərindən və təhsillərindən uzaqlaşmalı olurlar.

Bir halda ki, bu qadağa Allah təala tərəfindən qoyulmuşdur, müsəlman bir kəs Allah təalanın qadağan etdiyi bu əməli edən kəsin zərərə məruz qalacağı tibb tərəfindən sübut edilənə qədər gözləməməlidir. Əksinə o qəti bir yəqinlik ilə inanmalıdır ki, Allah Təalanın əmrlərində insanlar üçün yalnız xeyir var. Müasir kəşflər isə sadəcə onun yəqinliyini və Allahın hikmətinin əzəmətli olduğuna inamını daha da artırmalıdır.

İbn əl-Qeyyim demişdir:

“Həm zina, həm də homoseksuallığın hər ikisi Allahın yaradılış hikmətinə və əmrlərinə zidd olan fitnə-fəsaddan ibarətdir. Homoseksuallığın şərri, fitnə-fəsadı və zərəri saysız-hesabsızdır, buna bulaşan kəsin məhv olması, bu cür əməliin ona edilməsindən qat-qat yaxşıdır. Çünki, artıq bundan sonra bu şəxs o dərəcədə şərrli və azğın olur ki, onun düzəlməsinə artıq ümid yeri qala bilməz. Bütün xeyirlər ondan uzaqlaşır. O artıq Allahın qarşısında və yaxud onun məxluqunun qarşısında heç bir xəcalət çəkmir. Bunu ona edən (aktiv) tərəfin mənisi onun bədəni və ruhu üçün zəhər funksiyasını daşıyır. Elm əhli bu işə bulaşan tərəfin nə vaxtsa cənnətə daxil olacağı barədə ixtilaf etmişdirlər. Bu barədə Şeyxul İslamın rəvayət etdiyi iki rəy mənə məlumdur”. İbn əl-Qeyyim, “Əl-Cəvab əl-Kafi, səh.115”.

Bu fikirdə olanları tərbiyələndirmək və onları müalicə etmək əksinə cəmiyyətimizi və gələcəyimizi yaxşılığa doğru dəyişmək deməkdir. Gəlin bu işin reallaşması üçün hər birimiz özlüyümüzdə cəmiyyətdə maarifləndirmə işləri aparaq.

 

Əkrəm Həsənov (ilahiyyatçı).


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM