"Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır

11:20 / 23.10.2017

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi



İyulun 4-də FACEBOOK dostlarımın birindən bir məktub aldım. Məktub Azərbaycanın görkəmli maarifçisi Səid Ünsizadənin (1825, Şamaxı - 1905, İstanbul) bir əsrdən bəri axtarılan şəklinin tapılması haqqında yazdığım məqalə ilə ilgili idi.

... Aydınlıq məqsədilə bütün oxuculara Səid Ünsizadə haqqında bir neçə söz söyləmək istəyirəm. Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi görkəmli maarifçilərimizdən biridir. O, Şamaxıda qazı işlədiyi illərdə burada 1874-cü ildə "MƏCLİS MƏKTƏBİ" adlı nümunəvi ibtidai məktəb açmış, 

1878-ci ildə Tiflisdə nəşriyyat fəaliyyətinə başlamış, 1879-1884-cü illərdə Zaqafqaziyanın inzibati mərkəzində-Tiflisdə "ZİYA" adlı həftəlik ictimai, ədəbi və pedaqoji  məzmunlu  qəzetin nəşrinə müvəffəq olmuşdur.

 Səid Ünsizadə Tiflisdə Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü  olsa da, tutduğu vəzifə çərçivəsində ən çox maarifçilik məsələləri ilə məşgul olmuş, gənc nəslin mükəmməl məktəb təhsilinə cəlbi yolunda böyük işlər görmüşdür.

Ana dilində yazıb çap etdirdiyi dərsliklər, oxu kitabları, "Kəlilə və Dimnə" adlı nəsihətnamə və öyüdnamə əsərinin "Hümayünnamə" adı ilə  türk dilinə tərcüməsi, Quranın türk dilində təfsirinin hazırlanması, ədəbi dilimizin formalaşdırılmasındakı xidmətlər- Səid Ünsizadənin pedaoji və ictimaii-siyasi fəaliyyətinin yaxşı və aydın görünən istiqamətləridir.

Təəssüf ki, Səid Ünsizadənin maarifçilik fəalliyyəti onun sağlığında da, sonralar da qısqanclıqla üzləşmişdir. Tiflisdə bədxahları tərəfindən çətinliklərlə üzləşən Səid Ünsizadə  müftilik uğrunda mübarizədən uzaqlaşdırılıb, doğma şəhəri Şamaxıya göndərilir və o, burada vaxtilə işlədiyi vəzifəyə yeni təyinat alır. 

S.Ünsizadənin Şamaxıya qayıdışı əksəriyyət tərəfindən rəğbətlə qarşılanır. Bu qarşılanma və Səid  Ünsizadənin yeni təyinatla Şamaxıda görəcəyi işlər onun ən yaxın dostlarından biri olan  S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində ustalıqla nəzmə çəkilmişdir. Bu qəsidə ilk dəfə "Ziyayi -Qafqasiyyə" qəzetinin 1884-cü ildəki 4-cü nömrəsində dərc olunmuşdur.

Tiflisdəki bədxahları S.Ünsizadəyə Şamaxıda da dinclik vermirlər. Səid Ünsizadə haqqında yazılan dedi-qodular gündən-günə artır. S.Ünsizadə bədxahların pis əməllərindən bezib, ərizə yazıb işdən çıxır və Bakıda işləmək qərarına gəlir. Mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oyatmaq istəyən Səid Ünsizadə Bakıda da qala bilmir, 1890-cı ildə türk dünyasının baş şəhərinə-İstanbula  gedir.

S.Ünsizadə ömrünün son 15 ilini İstanbulda  yaşayır və təhsil sahəsində geniş və səmərəli fəaiyyət göstərir. Bakıda nəşr  olunan "Həyat "qəzetində verilən bir acı xəbərə görə türk dünyasının fazillərindən biri olan Səid Ünsizadə ömrünün 80-ci sinnində İstanbulda vəfat edir. ("Həyat" qəzeti, 5 iyul 1905-ci il, N 21).

 

       ***

...Yenidən dostdan gələn məktuba qayıdıram.Məktubda "Ziya" qəzetinin tədqiqi yolunda gördqyüm işləri dəyərləndirən dostum  mənə ərkyana  şəkildə bildirir ki, guya mən "Ziya" qəzetinin ilk nömrəsinin çıxdığı tarixi bilmirəm,onlarınAMEA Ədəbiyyat İnstitutunda gördükləri işlərə kölgə salıram.

Ciddi  ittihamdır.Lakin layiqli deyil...

 


 Məsələ burasındadır ki,mənim bu mövzuda yazdığım yazılar Azərbaycanda da,Türkiyədə də,Rusiyada da oxucular və elmi ictimaiyyət  yərəfindən maraqla qarçılamışdır.  

Məktub müəllifi "Ziya" qəzetinin  ilk nömrəsinin 1879-cu il dekabrın 6-da çap olumnasında  israrlı idi.Mənim yazılarımda isə bu tarixdə çıxan nömrə "Ziya"nın  müsəlman təqvimi ilə  çıxan ikinci sənəsinin-1297-ci ilin ilk nömrəsi kimi göstərilir.

Mən  "Ziya" qəzetinin 1879-1880-ci illərdə çıxan 30 nömrəsinin  latın qragfikasına transliterasiya edilərək  2013-cü ildə "Qanun" nəşriyyatı tərəfindən çap edilməsini böyük maraqla qarşılamışdım.

Təəssüf ki,  "Ziya"nın  1879-cu ildə çıxan ilk  46  nömrəsi (N1, 25.01.1879  -... N 46, 30.11.1879)-qəzetin  ilk sənəsinin  nömrələri- transliterasiya kitabına düşməyib.Əslində bu, tədqiqatçıların böyük günahıdır.Bu günahı yumağın ən yaxşı yolu rəsmi etirafdır.Və bu etirafdan sonra unudulmuş 46-ların nəşrinə başlamaq lazımdır. Özü də ciddiliklə və məhəbbətlə...

 

 

P.S.Facebook dostum filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin mənə ünvanladıı məktubu olduğu kimi diqqətinizə çatdırıram.

 

Asif Rustemli

 

· 6 İyul · 

 

“ZİYA” QƏZETİNİN YARANMA TARİXİ, yaxud bir hərf düşümünün yaratdığı yanlışlıq

 

 

 

Hörmətli Nazim Nəsrəddinov!

Mənim elektron poçtuma ünvanladığınız materialları alıb oxudum. Sizin "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı qaldırdığınız məsələ Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin bugünkü (5 iyul 2017-ci il) iclasında geniş müzakirə olundu. "Ziya" qəzetinin 2013-cü il transfoneliterasiya nəşri (“Qanun” nəşriyyatı, Məsləhətçi və redaktoru Əflatun Amaşov, rəyçi və ön sözün müəllifi prof. Şamil Vəliyev, ərəb əlifbasından latın qrafikasına çevirəni Müştəba Əliyev) faksimilesi ilə tutuşdurularaq nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, kitabda “Ziya” qəzetinin 1-ci nömrəsindən (hicri-qəməri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il) 30-cu sayınadək (29 rəcəb 1297-ci il – miladi 26 iyun 1880-ci il) ardıcıl müasir əlifbaya çevrilərək nəşr edilmiş, kitaba geniş lüğət yazılmış, qəzetin dili və üslubu olduğu kimi saxlanılmışdır. Baxmayaraq ki, “Ziya” kitabı Mətbuat tarixi və publisistika şöbəsinin yaranmasından (iyun 2014) bir il əvvəl işıq üzü görüb, ədalət naminə qeyd olunmalıdır ki, nəşrə böyük zəhmət çəkilib və “Sizin transliterasiya etdirdiyiniz "Ziya" çox nöqsanlıdır” – deyilərək gözdən salınmasına lüzum yoxdur.

Mən “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsinin ilk səhifəsinin fotosunu diqqətinizə təqdim edirəm. Səhifənin yuxarı başında, sağdan birinci sözdə “əlif” hərfi düşdüyü üçün Müştəba Əliyev söz birləşməsini “Yekinci səne” yəni “birinci il” kimi oxumuşdur. Azərbaycanda “Ziya” qəzetinin tam dəsti olmadığını nəzərə alsaq bəzi mütəxəssislərin, o cümlədən prof. Ş.Vəliyevin, M.Əliyevin və b. “Ziya”nın hicri 4 məhərrəm 1297-ci il - miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsini qəzetin ilk sayı hesab etməsi təəccüblü görünməməlidir. Amma həmin qəzetin 13 dekabr 1879-cu il 2-ci sayını nəzərdən keçirdikdə görürük ki, “Yekinci səne” kimi oxunan sözün əvvəlində “əlif” hərfi var və bu halda söz “ikinci sənə” yəni “ikinci il” kimi oxunur. Beləliklə bir hərf düşümü “Ziya” qəzetinin tarixini bir il geri atmış, ciddi yanlışlığa səbəb olmuşdur.

Nazim müəllim, sizin qeyd etdiyiniz kimi həqiqətən “Ziya” qəzeti 1879-cu ilin yanvar ayından nəşrə başlamış, həmin ilin dekabrın 6-dək 46 sayı üşıq üzü görmüşdür.

Bu məqamda belə bir sual da meydana çıxır: Necə olub ki, 1879-cu ildə “Ziya” qəzetinin iki dəfə birinci nömrəsi çap olunub? Nəzərə almaq lazımdır ki, qəzetdə hicri-qəməri təqvimi əsas idi və nömrələr də bu təqvimə uyğun sıralanırdı. Qəzet fəaliyyətə 1296-cı ilin səfər ayında başlamış, zilhiccə ayının sonunda il başa çatmışdır. Məhərrəm ayının 1-dən isə 1297-ci il başlamışdır. Beləliklə “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il, yaxud miladi ilə 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsi qəzetin nəşrinin ikinci ilinə aiddir.

“Ziya”nın ikinci ilinin 30 sayını nəşrə hazırlayan Müştəba Əliyevin mətbuat tariximiz üçün xidmətlərinin üzərinə kölgə salmadan qəzetin birinci ilində çap olunmuş 46 sayının transfoneliterasiya edilməsi məsələsi gündəmə gəlir.

Hörmətli Nazim müəllim. "Ziya" qəzetinin nəşr tarixi ilə bağlı səmərəli tədqiqatlarınıza görə təşəkkürlər. Qəzetin birinci ilinin 46 sayını nəşrə hazırlamaq arzusunda olsanız Mətbuat tarixi və publisistika şöbəsi Sizinlə bu məsələni müzakirə etməyə hazırdır.

Bakı, 05.07.2017

Asif Rustemli adlı şəxsin şəkli.
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM