“Yeni Qazax Şeiri Antologiyası” təqdim olundu

13:14 / 05.12.2017

Antologiya, Azərbaycan oxucusunun müasir qazax ədəbiyyatı nümayəndələrini tanıması baxımından böyük əhəmiyyətə malikdir 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi və "Kaspi" qəzetinin təşkilatçılığı ilə "Yeni Qazax Şeiri Antologiyası”nın təqdimat mərasimi keçirilib. 
Tədbiri giriş sözü ilə "Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, şairə Sona Vəliyeva açaraq qonaqları salamladı. Sona xanım "Yeni Qazax Şeiri Antologiyası”nın Bakıda işıq üzü görməsinin bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirdi. O, bu kitabın çağdaş qazax ədəbiyyatı nümayəndələrini, ələlxüsus, perspektiv vəd edən yeni nəsli tanımaq baxımından önəmli olduğunu vurğuladı, neçə-neçə dostluqların, işbirliklərinin əsasının qoyulacağını qeyd etdi. 
 Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya verildi. O, təqdimat mərasiminin təşkilinə görə təşəkkürünü bildirərək, nəşrin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışdı. 
 Qeyd edək ki, antologiyada Sona Vəliyevanın "Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Mükafatı laureatı Temirxan Mədətbəkin isə "Ön söz”ü yer alıb. 57 nəfər yeni nəsil qazax şairinin şeirləri toplanmış kitabın baş redaktoru Əkbər Qoşalıdır. Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov (Qazaxıstan), Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, rəyçiləri akademik Nizami Cəfərov, Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir.
Antologiyaya daxil edilən şeirlər qazaxıstanlı yeni nəsil yazarlardan Gülnaz Faizulla, Gülnaz Satbay, azərbaycanlı yazarlar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib. 
 Təqdimat mərasimində Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi Gülnaz Faizulla, "Yeni Qazax Şeiri Antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi mükafatları ilə təltif olunmuş digər şair-publisistlər, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa Respublikasından Rüstəm Kazhenkin, Qırğızıstandan gənc şair Bekbolat Sarıbay, Özbəkistandan şair-tərcüməçisi Şoxista Artukova iştirak edirdilər. 
Təqdimat mərasimində, analogiyanın ərsəyə gəlməsində müstəsna rolu olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədri Umud Rəhimoğlu, həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət və başqa ziyalılar çıxış edərək "Yeni Qazax Şeiri Antologiyası”nın türk xalqları arasındakı əlaqələrə və ədəbiyyata önəmli təsirini vurğuladılar. Umud Rəhimoğlu şeirlər toplusunda tanımalı olduğumuz müəlliflərlə yanaşı, Abay, Cambul və Oljas Süleymenov kimi ədiblərin adlarına da rast gələcəyimizi vurğuladı.
Təqdimat boyunca məhz bu kitab vasitəsilə Qazaxıstanın mövcud ədəbi mənzərəsini izləmək imkanımızın yarandığı, qardaş xalqların gələcəkdə bu kimi layihələri genişləndirməsinin məqsədəuyğunluğu vurğulandı. 
Çıxışlardan sonra tədbirdə iştirak edən şairlər şeirlərini səsləndirdilər. Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu isə dombrada qazax xalq musiqisini ifa etdi. 

Tədbirə yekun vuran S.Vəliyeva qardaş ölkələrdə böyüyən gənc nəslin bir-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin daha da yaxınlaşması məqsədlərini güdən bu nəşrin hazırlanmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, kitabın 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Qazaxıstanın Türkistan şəhərində də təqdimatının keçirilməsi nəzərdə tutulub.

 
Aysu Kərimova

 








Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM