Rauf Arifoğlu Əli Kərimlini lənətlədi - Mətn

09:14 / 13.01.2014

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da bugünkü yazısısını AXCP sədri Əli Kərimliyə həsr edib. "Səni şiddətlə qınayıram, Əli Kərimli" adlanan həmin yazını təqdim edirik: 



"Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyin Elçibəyi mənə qarşı apardığın çirkin kampaniyana qarışdırma

Əli Kərimli bütün potensialını üstümə salıb. Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyi Elçibəyi mənə qarşı apardığı öz çirkin kampaniyasına alət edib... Ondan mötəbərliyi şübhəli olan sitatlar düzəldib, sanki Bəydən mənə qarşı ifadə alıblarmış kimi, veriblər “Azadlıq”a... Elçibəyin Əli Kərimli haqda Kələkidə və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm. Dözəmməyəcək, çatlayacaq, əminəm... Onun məni iki dəfə Baş prokurora şikayət etməsinin səbəbini və prokurorluq əhvalatlarının Bəylə bağlılığını da aça bilərdim... Elçibəy ölən günü “Azadlıq” qəzetində onun haqqında çıxan o təhqiramiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə incitmək istəmirəm. Xatırlayırsanmı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilirsənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən? Bu mövzu prinsipcə sənə sərf etmir, axı. 

Hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada salıram: “Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf...Mənə bir az kömək edin, daha gücüm çatmır...” ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. “Kələki gündəliyindən”...) Bir Allah şahiddir ki, Bəyin bu xahişini icra etdim və onun olmadığı bir zamanda da mən Əli Kərimlini dartıb bu tərəfə gətirmək üçün bütün imkanlarımı istifadə etdim... 

Mən Elçibəyin qurduğu və yönəltdiyi gizli təşkilatın üzvü olmuşam. Prezident olarkən qurulub, Kələki illərində formalaşıb və davam edib. Artıq o təşkilat yoxdur deyə, bunu yazıram; təşkilatın missiyasını indi də söyləməm; lakin bunu bilən iki nəfərin adını şahid kimi çəkirəm - Arzu Səmədbəyli və Arif Rəhimov. Hər ikisi sağdır. Qoy bu adamlar desinlər, mən Bəy üçün kim olmuşam və nələr etmişəm... Bəyin mənə Kələki illərindəki tapşırıqlarından biri də mətbuat vasitəsi ilə AXC və onun Bakıdakı liderlərinin “cızığından kənara çıxmasına imkan verməmək” olub... Xüsusi ilə də Əli Kərimlinin. İndi belə birisi Elçibəydən sitat gətirib, ondan mənə qarşı “ifadə alır”. Bu murdarçılığı edən hər kəsə Bəyin əməyi haram olsun...
Bundan sonra nə etsələr yaxşıdır? İndi də tanımadığım bir Salyan sakinindən ərizə alıblar ki, Rauf Arifoğlunun açıqlamalarına görə Müsavatdan çıxıram, keçirəm AXCP-yə. Sonra bu ərizədən məqalə düzəldib, veriblər "Azadlıq" qəzetinə. Üçüncüsü də var: “Azadlıq” qəzetinə yazıblar ki, "Azərbaycan" qəzeti Rauf Arifoğlundan sitat gətirdi”... Ya, sən nə günə qalmısan, Əli Kərimli! Sənin metodların mənim adıma bağladığın Ramiz Mehdiyevin metodlarından daha nə ilə fərqlənir ki! Bir neçə il əvvəl YAP-çılar da yerlərdəki müsavatçı, qeyri-müsavatçıları efirə çıxarıb, "Rauf Arifoğlunun yazdıqlarına etiraz olaraq Müsavatdan çıxıb, YAP-a keçirəm", dedizdirirdilər. İndi bunu sən edirsən. Müsavatdan adam çıxarıb, bəlkə də ona rüşvət verib, yanına çəkirsən. Amma məntiq harada qaldı? Bu partiyanın başqanı var, DİVAN-ı var. Allahdan qorxmursan, heç olmasa məntiqdən qorx! Gözünü mənə nifrət elə bürüyüb ki, deyəsən mənim qəzetdə işlədiyimi də unutmusan? Mən partiya başqanıyam? Səni şiddətlə qınayıram, Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunu sonu sənin üçün yaxşı görünmür; demədi demə... 

Bu yazının yekununda onu deyim ki, "Azərbaycan" qəzeti məndən sitat gətiribsə, sənin müavinin, ideoloqun Fuad Qəhrəmanlı "Səs" qəzetinə Müsavatın əleyhinə açıqlama verib. Bunu da imkanın olanda oxuyarsan.

P.S. Sənə e-posta ilə yazdığım son məktubum yadındamı? Unutma ki, artıq o dediyim son etap gəlib və daha aramızda heç bir körpü, heç bir mənəvi bağ, heç bir baryer qalmayıb. Bunun da suçu məndə deyil..." 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM