Bu günlərdə Polşada, Vroslavın məşhur "ATUT" nəşriyyatında Sona Vəliyevanın "Dünya Tanrı biçimdədir" kitabı polyak dilində nəşr olunub. Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanıb. Kitabın tərtibçisi Səlim Babullaoğlu, Anna Augustınyak, tərcüməçisi İlahə Kərimova, nəşriyyat redaktoru Maqdalena Kovalska, naşiri Vitold Podedvornıdır. Sona xanım Vəliyevanın Polşada nəşr olunan kitabı haqqında nəşrin tərtibçisi Səlim Babullaoğlunun və redaktoru - Anna Augustınyakın məqalələrini təqdim edirik.
Anna Augustınyak
Dərketmə anı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva tanınmış Azərbaycan şairəsi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, eyni zamanda, bir çox ədəbi mükafatların - "Qızıl Kəlmə" və "Ali Media Mükafatı" kimi ödüllərin sahibidir. O "İşığa gedən yol" romanı, "Ruhun yaddaşı", "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" (Bakı-2002), "Hüseyn Cavid sənətinin qüdrəti" kimi nəsr və elmi-publisistik kitabların müəllifidir. Sona xanımın "Çəhrayı rəngli dünyam", "Arazbarı", "Zaman xəbərsiz ötdü", "Türkün gəlişi", "Dualar, sevgilər", "Dünya görüş yerimiz", "Dünya Tanrı biçimdədir" adlı şeir kitabları da işıq üzü görmüşdür.
Tərcüməçi İlahə Kərimovanın çevirməsində adıçəkilən sonuncu şeir kitabı ilə bu gün Sona Vəliyevanın şeirləri ilk dəfə polyak oxucusuna təqdim edilir.
Sona Vəliyeva bu kitabdakı şeirlərində nədən bəhs edir? Əsasən insanın özünün özü ilə dayanmadan apardığı mübarizəsindən danışır və hər bir azərbaycanlı üçün indiki zamanda aktual olan tarixi sərf-nəzər edir, bunun vacibliyini diqqətə çatdırır. Çünki həm əski tarixi obrazlar, həm dahi şəxsiyyətlər, eləcə də bizim hər birimizin "sıravi insan olan" ulu babalarımız - onları yalnız indi həssaslıqla hiss etdiyimiz zaman müasir kimliyə malik olurlar.
Şairənin fikrincə, həmin şəxslərə keçmişdən "qoparıb" nəzər salmaq, onların dövlətçi sədaqətindən nümunə götürərək əməllərinin eynisini etmək lazımdır. Yəni ideyalar, istedadlar və ideallar bütövlükdə xalqın işlərinə və çağdaş ehtiyaclarına tabe edilməlidir. Ona görə ki, xalqın, onun zəngin mədəniyyəti və dilinin eyni ruhda qorunub saxlanılması, islam mənəviyyatının mənsubiyyəti, bu ətrafdakı mövzularla bağlı yeni müzakirələr açılmalıdır, çünki həll olunmalı məsələlər vardır.
Sona Vəliyeva şeirlərində Allahla özü arasında dolaşır, dialoqlar aparır, hikmətin yeni təriflərini axtarır, bizim üçün yeni imkanlar yaradacaq və bu günümüzdə çox ehtiyac duyduğumuz əxlaq məsələləri üzərində düşünür, fikir dairələri cızır. Onun fikrincə, çağdaş və yazıq bir adam kimliyindən asılı olmayaraq, danışmağı bacararsa, ilahi bir qüvvə ilə, Tanrının özü ilə belə dialoq qurma, söhbət etmək səviyyəsinə yüksələrsə, o zaman o, bütün çoxmənalı, qəliz suallara və müasir dilemmalara cavab tapma şansı əldə etmiş olur.
"Dünya Tanrı biçimdədir" şeir kitabında bəzən o qədər riqqətli, kədərli və təsirli kəlmələrə rast gəlirik ki, elə bil bu kəlmələri adi insan yazmayıb, sanki Tanrı özü diktə edib və buna görə də bəzən həmin kəlmələr, sanki ilahi bir missiya təsiri bağışlayır. Lakin müəllif qəhrəmanını gah qadın, gah kişi kimi təsvir edərək oxucuları, əslində, heç bir cinsiyyətə mənsub olmayan insanı çarəsizliyinin perspektivləri ilə qarşılaşdıraraq, ilahi sublimasiyanı bir növ aradan qaldırır. Sonda isə bütün metafiziki, fiziki məsələlər çulğaşır, sonda ən əvvəl insan olmağımız, daha sonra isə ilahi və milli kimliyə malik olmağımızın dərk etmə anı yaranır.
Səlim Babullaoğlu
Ağappaq işıqla
Deyirlər, bütün dövrlər tarix olmur, rus-sovet imperiyasının çöküşü ilə Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsi kimi böyük hadisələrin fonunda son 30 il Azərbaycan üçün büsbütün tarix olan bir dövr, Azərbaycan ədəbiyyatı üçün kəskin dəyişmələr dövrü kimi yadda qaldı. Qadağaların aradan qalxması açıq dünyanın bərabərhüquqlu üzvü olan Azərbaycan cəmiyyətində həm də sənəti baxımdan, xüsusən də, yeni nəsillər arasında "hər şeyi - xüsusən ədəbi-bədii irsi inkar meyilləri" kimi müxtəlif reaksiyalar doğururdu. Amma daha əvvəl eyni tarixi dövrü yaşamış digər xalqların ədəbiyyat tarixlərindən bunun qaçılmaz olduğunu da bilir və bilirik ki, bu meyillərin təsiri ilə həm formal, həm məzmun baxımından yeni və maraqlı milli ədəbi nümunələr yaranır və yaranmaqdadır.
Böyük polyak şairi Çeslav Miloşun "poeziya - həm də tərəddüd etmək sənətidir" kimi deyiminin yeridir. Müasir Azərbaycan ədəbiyyatında elə imzalar da oldu ki, onlar inkara yox, araşdırmaya, təqdirə, sərf-nəzər etməyə meyilləndilər. Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və istedadlı nümayəndəsi, şair, yazıçı Sona xanım Vəliyeva məhz üstünü "laqeydlik" və "dəb tozu" örtmüş dəyərlərin, ədəbi-fəlsəfi platforma və üslubların tozunu almaq, onları yeni poetik nəfəslə aktuallaşdırmaq yolunu tutdu.
Azərbaycan klassiklərinin ideya və forma baxımında əldə etdiyi poetik irsi öz təcrübəsində təzələdi ki, bu gün onun şeirlərinin də polyak oxucusuna təqdim olunması, əlbəttə, təsadüf deyil.
Bu şeirlər həm şəxsi, həm milli və ictimai məsələlərə onları bir-birindən ayırmayaraq (!) öz orijinal münasibətini sərgiləyən şairin eyni zamanda bəzən tarix ilə, bəzən Yaradan və təbiət ilə dialoqu, mükaliməsidir.
Müsahibələrinin birində Sona xanım deyir: "Ən böyük sevgi, vətənə, torpağa olan sevgidir. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən gedəndə insan dünyasını itirir...".
Bu gün çox az şair vardır ki, Vətən sevgisini şəxsləşdirə bilir və bu hisslərin ifadəsində səmimi ola bilir - Sona xanım müasir Azərbaycan şairləri arasında bu yaradıcı keyfiyyəti ilə xüsusi yeri olan ədibdir.
İstedadlı tərcüməçi, son on ildə Azərbaycan ədəbiyyatının polyak dilinə tərcüməsi və təbliği işində ardıcıl fəaliyyət göstərən İlahə Kərimovanın tərcümələrindəki bu şeirlər vasitəsilə hörmətli oxucular eyni vaxtda həm müasir Azərbaycan şairəsinin, həm ənənəyə bağlı Azərbaycan türk qadını və bir şərqli xanımın düşüncələri, poetik hiss-həyəcanı ilə tanış olacaqlar. İşdir, öz-özlərinə sual etsələr ki, niyə bu fikirlər, bu düşüncələr şeirlə ifadə olunmalıdı, suallarının cavabını onlar yenə də Sona xanımın misralarında gözləyəcəklər:
"...qürbətlər, ayrılıqlar,
sevib unudulanlar,
kədərdən ağlayanlar
ağappaq işıqla
boylandılar şeirdən...".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM