Cinlə bağlı açıqlama- “İki-üç axmaq ağızlarına gələni danışır”

11:35 / 13.01.2014

“Bu cür işlərlə məşğul olan adamlar da xəstədir və özlərini həkimə göstərmlidirlər”

 “Bu adamlar insanları dolayırlar. Elmin inkişaf etdiyi bir dövrdə bu cür şouların yaradılması nəyə lazımdır?”

Strategiya.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. Azərbaycan bəzi televiziya kanallarında, o cümlədən sosial şəbəkələrdə yer alan “cin çıxarma əməliyyat”ı haqda danışan M. Seyidzadə bu cür halların mediaya yol tapmasını kəskin pisləyib:

“İki-üç nəfər axmaq, ANS-in təşkil etdiyi verilişdə cəmləşib, bilmədikləri məsələlər haqqında ağızlarına gələni danışırlar. Həzrəti Əlinin bir kəlamı var. O deyir ki, nadan özünü tanımırsa, Allahı necə tanıyacaq? Bunlar nadan adamlardır, axmaqdılar və onların ağılları sıfır dərəcəsindədir. Cinlə oturub-dururlar. Bunlar cindən yapışıb, dünyanı bizə güldürürlər”. QMİ rəsmisi həmin vətəndaşlara da müraciət də edib, belə məsələlərə inanmamağa çağırıb:

 

“Əlbəttə, cin var və o öz işindədir, sən də öz işində ol. Xəstə adamdır, getsin həkimə müraciət etsin, bu nədir axı... Həmin verilişi təşkil edən və aparan insanlar da özləri üçün şou yaratmaq istəyir. Bu cür verilişlərlə də insanları biabır edirlər. İnsan belə verilişlərə baxdıqca artıq psixoloji problemlər yaşayırlar.

 

Hansı kütləvi informasiya vasitəsinə baxırsan “cin belə getdi, şeytan da belə gəldi” danışırlar. Bunlar boş-boş söhbətlərdir. Onlara ağıl qoyan yoxdur. Bir ağıllı adam yoxdur ki, onlara desin, gedin oturun yerinizdə, bu nə işdir edirsiniz?

 

Onlar Allahı, Peyğəmbəri tanısalar belə etməzlər. Deməli, tanımırlar və bu cür hərəkətlərə yol verirlər”.

 

O, məsələnin dini baxımdan şərhini də verib: “Qurani-Kərimdə Cin sürəsi var və Allahu-Təala bununla bağlı insanlara bəzi məsələləri çatdırır. Allah-Təala buyurur ki, mənim adım gələn yerdə nə şeytan qalar, nə də cin.

 

Həmin adamlar özləri cindir və cinləri də yığırlar başlarına. Axmaq-axmaq hərəkət edirlər. Bu gün mən xəstələnmişəm və ağzıma gələni danışıram. O demək deyil ki, cin mənim içimə girib. Cinin girməyə başqa yeri yoxdur? Ümumiyyətlə, bu cür işlərlə məşğul olan adamlar da xəstədir və onların özlərini həkimə göstərməyə ehtiyacları var”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatı ilə ANS televiziya kanalında yayımlanan “Adam içində” proqramı zamanı Həsən adlı ekstrasens canlı efirdə bədəndən cin çıxardığını iddia edib.

 

O, veriliş boyu epilepsiya xəstəsi olan və daxilində cin olduğu deyilən gənc qızın bədənindən cin çıxardığını iddia edir. Proqramda iştirak edən həkim isə "Bu insan xəstədir, müalicə almalıdır" - deyib.

 

Verilişdən sonra da “Cin çıxarma” əməliyyatı davam edib və bu proses çəkilərək, sosial şəbəkələrdə yayılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM