Azər TURAN
Arxada ayaq üstə (soldan): Mirzə Cəlal Yusifzadə, Bədrəddin Seyidzadə, Salman Mümtaz, Süleyman Sani Axundov, Abdulla Şaiq, İsmayıl Hikmət, Hüseyn Cavid, Əli Kərimov, Qulam Mirzə, Sami Kamal, Soltan Məcid Qənizadə, Əhməd bəy Pepinov, Əliskəndər Cəfərzadə...Seyid Hüseyn.
İkinci sırada oturanlar (soldan): Mirzə Rəhim Fəna, Əbülxalıq Cənnəti, Səməd Mənsur, Azər Buzovnalı, Mədinə Qiyasbəyli, Həbib Cəbiyev, Fuad Körpülü, Böyükağa Talıblı, Şəfiqə Əfəndizadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cəlil Məmmədzadə, Ağadadaş Müniri. soldan
Öndə oturanlar (Soldan): Əraqi, Əliağa Vahid, Əli Hüseynzadə, Adil Əfəndiyev, Əhməd Cavab, Cabbar Əfəndizadə, Atababa Musaxanlı, Mikayıl Rəfili, Həmmal, Ağahüseyn Rəsulzadə.
Bu şəkil 1926-cı il martın 5-də Ədəbiyyat Cəmiyyətində çəkilib. 11 ildən sonra, yəni 1937-ci ilin 23 aprelində "Ədəbiyyat qəzeti"ndə Ədəbiyyat Cəmiyyətinə məhz bu şəklin çəkildiyi günə görə siyasi hökm oxunub: "Köhnə yazıçıları birləşdirən "Ədəbiyyat Cəmiyyəti" əsas etibarı ilə mürtəce yazıçılardan ibarət idi. Bu cəmiyyətin sədri Böyükağa Talıblı, katibi isə Əhməd Cavad idi. Bu "cəmiyyətin" "marksist" fikri ifadə edən partiya yadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kimi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar kontrrevolyusyon mahiyyətlərini göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və Səməd Mənsurların təsirində qul olmağa qədər enmişlərdi. Bunların sayəsində "Ədəbiyyat Cəmiyyəti"nin orqanı olan "Ədəbi parçalar" jurnalının səhifələrində "Rəngidir" kibi mürtəce şeirlər çap olunurdu. Cəmiyyət özünün bütün fəaliyyəti ilə demək olur ki, o zamankı gənc proletar yazıçılarının pozisiyasını da zəiflətməyə çalışırdı. Bir faktı göstərmək kifayət edər ki, cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdir".
Şəkil də həmin tədbirdə Hüseynzadənin cəmiyyətə fəxri üzv seçildiyi gün - martın 5-də çəkilib.
Şəkildə Səməd Mənsur da var. Ölümünə on ay qalıb. Bəlkə də, Səməd Mənsurun son şəklidir. Sağında Əbdülxalıq Cənnəti, solunda "türklüyün varlığı qeyrə nə böyük qorxuymuş, / Dost-düşmən onu məhv etməyi istər, Azər" deyə dərdlərini bölüşdüyü Azər Buzovnalı. Ətrafında hamı - o illərin Mirzə Cəlil və Cəfər Cabbarlıdan başqa, bütün ədəbi elitası... Şəkildə bir də Əli bəy Hüseynzadə yoxdur. Çünki bu fotonu Hüseynzadənin özü çəkib. Şəkildəkilər də martın 5-də Ədəbiyyat Cəmiyyətinə o günlərdə Türkoloji Qurultayın işində iştirak etmək üçün Bakıya gələn Əli bəy Hüseynzadəyə görə toplaşıblar.
Bu şəkildən iki ay sonra - may ayında Ədəbiyyat Cəmiyyətinin "Ədəbi parçalar" jurnalının ilk sayı dərc olunub. Və jurnalda 1920-ci illərdəki ədəbiyyatımızın istər marksist, istər idealist ədəbi-nəzəri, estetik mənzərəsini bütövlükdə yansıdan yazılar - Hüseynzadənin Ədəbiyyat Cəmiyyətində keçirilən görüşdəki tarixi nitqi, Bəkir Çobanzadənin, Hənəfi Zeynallının, İsmayıl Hikmətin məqalələri, Cəlil Məmmədquluzadənin "Şərq fakültəsi", Süleyman Sani Axundovun "Zarafat" hekayələri dərc olunub. Hüseyn Cavidin "Həp sənsən" şeiri ilə açılan "Ədəbi parçalar" Səməd Mənsurun "Həpsi rəngidir" şeiri ilə davam edir və Süleyman Rüstəmin "Üsyan yarat, üsyan", Almas Yıldırımın "Qərbə" şeirləriylə ilə tamamlanır...
"Həpsi rəngidir" şeirinin altında tarix olaraq "22 mart 1919" yazılıb və şeir "Klassik ədəbiyyatımızdan" rubrikasında təqdim edilib... Doğrudanmı, şeir 1919-cu ilin martında qələmə alınıb? Bəlkə, bolşevik tənqidinin diqqətini yayındırmaq üçün şeirin sonuna 1919-cu il tarixini 1926-cı ildə əlavə ediblər. Həm də axı 47 yaşlı şairin yazdığı şeir niyə 1926-cı ildə klassik ədəbiyyat nümunəsi kimi təqdim edilməliydi?
Şeir çap olunandan səkkiz ay sonra 48 yaşlı Səməd Mənsur dünyasını dəyişib.
Sonrakı illərdə "Həpsi rəngidir" marksist ədəbiyyatşünaslığın hədəfinə çevrilib. "İdealist romantizm xəstəliyinə", "...təşkilati cəhətdən rəvac verən" Ədəbiyyat Cəmiyyəti və "Ədəbi parçalar" jurnalı "öz səhifələrində nəinki H.Cavidin "Həp sənsən", Səməd Mənsurun "Həpsi rəngidir" şeirlərini" dərc etdiyinə, "hətta mürtəce romantizmi nəzəri cəhətdən əsaslandırmağa çalışan burjua ideoloqu Əli bəy Hüseynzadəyə tribuna verdiyinə" görə tənqid olunub.
Bu da təbii idi...
Səməd Mənsur yaşadığı sistemdə, cəmiyyətdə, hətta dünyada bir az da Berqsonçu təbirlə bütövlükdə varlığın rəngləndiyini - təhrif olunduğunu yazırdı. Amma "Həpsi rəngidir"in yazıldığı dövrdə Mustafa Quliyevin timsalında məmləkətin marksist tənqidçiləri Berqson fəlsəfəsinə, Azərbaycan (o zaman türk) ədəbiyyatında sağ təmayülçülərə, "cığırdaşlara" qarşı ideoloji savaş açmışdılar. Berqsona görə, sənətin, o sıradan "şeirin məqsədi varlığı insandan gizlədən şeyləri kənar etməkdən ibarət idi və yalnız bu şərtlə biz varlıqla qarşı-qarşıya, üz-üzə gələ bilərdik". Bu mənada Səməd Mənsurun "Həpsi rəngidir" şeiri Berqson fəlsəfəsi ilə həmahəng idi və ilk dəfə o, varlığı bizdən gizlədən rəngin Azərbaycan poeziyasında təkrarsız metaforasını yaradırdı.
"Həpsi rəngidir" şeiri "Əlvahi-intibah" dalğasındadır, Hadidəki fəryadın metafizik rəngi Səməd Mənsurun "Həpsi rəngidir" şeirindəki absurd sükutla qarışıb. Hadidə "Məsərrət (sevinc) ani bir şeydir, məlalətlər (hüznlər) həqiqətdir". Səməd Mənsurda isə matəmin, məlalətin, hüznün, ələmin özü də rənglənib. "Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir". Bu məqamda yadıma Kazimir Maleviçin "Qara kvadrat" əsəri düşür. Tablonu tədqiq edənlər yüz ildən sonra aydınlaşdırdılar ki, sən demə, yalnız qara rəngdən ibarət olan tablonun dərinliyində başqa rənglər də varmış. Görünən "Qara kvadrat"ın bətnində "Zəncilərin savaşı" tablosu gizlənibmiş. "Həpsi rəngidir"in də dərinliyində "Əlvahi-intibah"dakı cizgilər gizlidir və sanki Səməd Mənsur palimpsest üsulu ilə Hadinin "Əlvahi-intibah"ı üzərində yeni mətn yaratmışdır.
"Həpsi rəngidir" yaddaşlarda proses kimi yaşayıb. Bir dəfə bir jurnalın səhifəsində çap olunub, az qala, bir əsr boyunca dildən-dilə, yaddaşdan-yaddaşa cərəyan edib. Bəlkə də, sonun, puçluğun, faninin barəsində yazılmış ən bənzərsiz şeirlərdən biri kimi, üstəgəl, absurd fəlsəfəsini şəkilləndirən mistikası, müəllifinin özünün dediyi kimi, dərvişməcaz halı, sufiyanə, tərki-dünya ədası "Həpsi rəngidir"i Azərbaycan poeziyasının miflərindən birinə çevirib.
Səməd Mənsur
HƏPSİ RƏNGİDİR
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir.
Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,
Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.
Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,
Biqərəz insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə,
Azma, fikrim, cümlə ecazü kəramət rəngidir.
Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin, dinidir, imanıdır,
Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,
Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,
Mabəqi övhamdır, şərü təriqət rəngidir.
Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,
Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,
Anladım ki, zöhdü təqva, eyşü işrət rəngidir.
Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşiqi-zarın başında seyr qıl sövdasını,
Qəbri aç, göstər ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını,
"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngidir".
Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,
Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət rəngidir.
Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,
Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,
Böylə halda kimsədən bihudədir ummaq kərəm,
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,
Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngidir.
İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngidir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM