Azərbaycan Respublikasının Əməkdar müəllimi
M.Ə.Sabirin bu gün 108 yaşı tamam olan maraqlı bur şeiri var.
Şeirin əsas ideyası xalqın milli təfəkkür tərzinin formalaşmasında əhəmiyyətli işlər görən insanların fəaliyyətinə layiqli qiymət verilməsinin vacibliyidir. Şeirin adı "VAQİEYİ-YUBİLEYKARANƏ"dir. Şeir “Girdim yerimə başımda qayğu” misrası ilə başlayır.Şeir vahidi beytdir, aa,bb,ss,dd,...şəklində qayiyələnmişdir.Janrına və məzmununa görə epik məsnəvidir Həcmi 37 beytdir. Beytlərdən birinin nəşrlərə düşməsi nədənsə məsləhət görülməmişdir. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuхulu” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir.
Yeri gəlmişkn qeyd edək ki,M..Sabirin yuxu ilə ilgili bir neşə şeiri vardır. Oxucuların diqqətinə ünvanlanan bu şeirin qısa məzmunu belədir: Başında həyatın müəyyən qayğıları olan şair gecə qəribə bit yuxu görür. Yuxu görmək təbii bir proses olsa da, şair bu yuxunu ömrünün çətin günlərində, həyatının sonuna təxminən
4 ay qalmış görür.(M.Ə.Sabir 1911-ciil iyulun 12-də ( yeni təqvimlə iyulun 24-də vəfat etmişdir)..
Şair bu aylarda hətat uğrunda ölüm-dirim mübarizəsi aparırdı.
Şair yuxuda görür ki,elə bir şəhərdədir ki, "cümlə dəhri ( bütün dünyanı-N.N.) gəzsən, bilamazsan (tapmazsan-N.N.) öylə şəhri".Bura elə bir şəhərdir ki,ləzzətli suyu,gözəl havası,bəhcəti (gözəlliyi -N.N. ), zövqü-səfası var. Əhli bütün əhli-fəzlü insaf, mömini-pak,müslümü -safdır.Bura füzalə (fazil adamlar-N.N.) şəhəridir, irfan diyarıdır.Möminləryatağı olan bu məkan-qədim Şirvandır.
Qısası şair bu şəhərin hər yerini gəzib,tamaşa edir.Qəribədir ki,gəzdiyi yerlərdə gözünə dəyən adam, demək olar ki, yoxdur.
Ancaq bir səmtdə yığıncaq, ,izdiham görür.Şair bu fürsəti itirmək istəmir, izdihama axışan insanlara qoşulur.
Baxdm ki,əzim bir cəmiyyət,
Eyzən ürəfa,əvət ,həqiqət!
Lakin nə üçündür işbu əhval?-
Sordum, birisi dedi bu minval:
"Rahi -mədəniyyəti tey etdik,
Bir şəxsi- əzizə yubley etdik".
Şair camaatın seincini başa düşür, bir nəfərdən yuvileyi keşirilən bu əziz şəxsin kimliyini soruşur.
Ağlına gələn ilk yubiley səbəbkarının Xaqani olduğunu düşünür. Sonra yadına Şamaхıda doğulmuş Azərbaycan şairlərindən biri olan. Zülfiqar Şirvani düşür.
Z.Şirvani ХIV əsrin əvvəllərində Təbrizdə vəfat eimiş və məşhur Sürхab qəbristanında dəfn edilmişdir.Onun yubileyinin keçirilməsi təəccüblü görünmür.Yuvileyə onun da haqqı çatır.
Yox,o da deyil.Həsən bəy Məlikov (Zərdabi) yada düşür.
Həsən bəy Zərdabinin yada düşməsi də səbəbsiz deyil.
Mənbələrin birində Şamaxıdan köçüb, Zərdabda yaşayan Şamaxılılar haqqında məlumat verilir.
Çox güman ki,bu fakt Sabirə də məlum içiş.Məhz buna görə o,Həsən bəy Məlikovu da Şamaxılı
hesab edir. H.Məlikovun Şamaxı Ali İbtidai Məktəvində oxuması da bu faktı qüvvətləndirə bilər.
Yox,o da deyil.Güman görkəmli maarifçi Səid Ünsizadəyə (1842,Şamaxı-1903,İstanbul) - "Kəşkül"ün redaktoruna gəlir.
Əslində,S.Ünsizadə "Kəşkül"ün yox, "Ziya" qəzetinin (1879,25 yanvar-1884,26 iyun) təsisçisi
və ikinci redaktoru olub. Amma hər halda "Kəşkül" ( 1883-1891) Ünsizadə qardaşlarının çar hökuməti məmurlarını aldadan layihəsi idi. Qardaşlar milli türkdilli mətbuatı nə yolla olursa-olsun inkişaf etdirmək istəyirdilər.Cəlal Əfəndinin böyük qardaşından aralanıb, müstəql mətbuat açması bununla ilgili idi.
Daha sonra yubiley keçirilməsinə mənəvi hüquqları olan digər məşhur Şamaxılıların adları çəkilir:
S.Ə.Şirvani (1835-1888),S.M.Qəniyev (1866-1938) və onun ali məktəb yoldaşı Həbib bəy Mahmudbəyov (1864-1928). Ən sonda "Rəhbər" (1906,sentyabr-1907,yanvar) uşaq jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovun (1863-1923) adı gəlir.
Müsahibi "Lal ol!" deyerək adları çəkilənlərin heç birinin belə şərəfli yubileyə layiq olmadıqlarını söyləyir, onların hər birinin xidmətlərini ucuz sözlərlə dəyərləndirir,sorğuya və şairin gümanına
istehza ilə yanaşır:
Hər elmi -ufaq əsla,
Layiq olamaz bu feyzə illa.
Layiq belə yubleyə ziyada,
Əlhafiz əfəndi Şeyxzadə...
Hafiz əfəndi Şeyхzadə – Məshəti türki idi.O,bir müddət Şamaxıda müəllimlik etmiş,1902-ci il zəlzələsindən sonra Şamaxıdan Şəkiyə köşmüş, burada da müəllimlik işini davam etdirmişdir.
Şeirdən hiss olnur ki,M.Ə.Sabirin Hafiz Əfəndi ilə münasibətləri yaxşı olmamışdır. Bu,hər nəsnədən əvvəl onların təhsilə fərqli münasibətləri ilə bağlı ola bilərdi.Bəlkə də bu şeir Hafiz Əfəndini bəyənməyən bəzi qələm əhlinin birinin sifarişi ilə yazılmışdır.M.Ə.Sabirin yaradıcılığında
sifarişlə yazılmış bir neçə şeir də vardır ki,bunlar haqqında ucadan danışılmır.
"Vaqieyi-yubileykaranə" şeirində M.Füzuliyə istinadən söylənilən bir beyt bu fikri
sööyləməyə əsas verir:
"Dinmə",- dedim, -oldu qissə məfhum,
Rumi ki dedin,qəziyyə məlum..."
Şair məsnəvinin sonunda maraqlı bir nəticəyə gəlir:
"İnsandakı cəhldən ziyadə
Həqsizlər edərlər istifadə ".
***
M.Ə.Sabirin bu şeiri təsisçisi Səid Ünsizadə olan "Ziya" qəzetinin (25.01.1879-26,06.1884)
140 illik yubileyinin keçiriləsinin vacibliyini bir daha yada salır
Məzkur şeiri - "VAQİEYI-YUBİLEYKARANƏ"
məsnəvisini oxuculara təqdim edirik.
(M.Ə.Sabir.Hophopnmə.
2 cilddə.II cild..Şərq-Qərb. Bakı -2004.Səh.32-35)
Girdim yerimə başımda qayğu,
Gördüm gecə bir qəribə uyğu:
Bir şəhrdəyəm ki, cümlə dəhri
Gəzsən, bulamazsan oylə şəhri;
Ləzzətli suyu, gözəl havası,
Var behcəti, zövqü, həm səfası;
Əhli bütün əhli-fəzlü insaf,
Həp mö’mini-pak, müslimi-saf;
Şəhri-füzəla, diyari-irfan,
Mö’min yatağı, qədim Şirvan.
Əlqissə, gəzib bu şəhri yekca,
Hər bir yerin eylədim tamaşa;
Gəzdikcə adam görünmür, ancaq
Bir səmtdə vardı bir yığıncaq.
Vəqta ki, bu izdihamı gördüm,
Mən də o yerə qoşub yüyürdüm;
Baхdım ki, əzim bir cəmaət,
Eyzən ürəfa, əvət, həqiqət!
Lakin nə üçündür işbu əhval? –
Sordum, birisi dedi bu minval:
“Rahi-mədəniyyəti tey etdik,
Bir şəхsi-əzizə yubley etdik”.
“Əhsən, – dedim, – ən gözəlcə bir şey,
Хaqani üçünmü işbu yubley?
Ya seyyidi-paki-Zülfüqari
Yad etdiz o şairi-diyari?
Yoхsa Məlikov Həsənbəyi-pir
Əlyövm olunur vətəndə təqdir?
Əkdikləri danələr göyərdi,
Bəh, bəh, necə dadlı meyvə verdi!
Yaхud, de görüm, müdiri-“Kəşkül”
Ünsizadə Səidi-mə’qul
Etdikləri ictihadə nisbət
Millətdən alır bu gündə qiymət?
Yainki o Seyyidi-Əzimi
Şad etdiz o şairi-nədimi?
Yoхsa Qəniyev Məcidi- təbcil
Etmək səbəbincədir bu təşkil?
Məhmudbəyov ol Həbibi yoхsa,
Alqışladız ol ədibi yoхsa?
Yaхud, de görüm, müdiri-“Rəhbər”
Məhmudbəyəmi bu e’tinalər?”
“Lal ol, – dedi, – Zülfüqar kimdir?!
Хaqaniyi-namdar kimdir?!
Kimdir Məlikov Həsənbəyi-pir?
Millət onu çoхdan etdi təkfir!
Kimdir, nəçidir o Ünsizadə?
Həp dinimizi verirdi badə!
Ya Seyyid Əzim kimdir, oğlan?
Bir şair idi yazırdı hədyan!
Məhmudü Həbib, ya Məcidin
Çəkmə adını o üç pəlidin!
Ömründə belə niyaz qılmaz,
Bunlar üçü də nəmaz qılmaz
.
Yubleydir bu, həba deyildir,
Var qiyməti, kəmbəha deyildir;
Hər elmi ufaq müəllim əsla
Layiq olamaz bu feyzə, illa.
Layiq belə yubleyə ziyadə
Əlhafiz əfəndi Şeyхzadə”
.
İşbu sözü söyləyib də təkrar,
İstərdi edə bir az da göftar.
“Dinmə, – dedim, – oldu qissə məfhum,
Rumi ki, dedin, qəziyyə mə’lum ...”
. . . . . . . . . . . . . . . . . . . . . . . .
Dərpərdə olan rümuzu qandım,
Bu halda хabdən oyandım.
Gördüm bu rübaiyi mükərrər
Təb’im ediyor dəmadəm əzbər:
Qanunü qəvaidi-təbiət
Qoymuş bu cəhanda boylə adət:
“İnsandakı cəhldən ziyadə
Həqsizlər edərlər istifadə”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM