91-lər hərəkatının üzvü
SİRUS TƏBRİZLİ! Varlığı və düşüncəsi ilə, amalı və əməli ilə, peşəkar jurnalist fəaliyyəti ilə Azadlıq uğrunda, Azadlıq yolunda sona qədər fədakarlıqla, sədaqətlə, cəsarətlə döyüşən millət əsgəri!
SİRUS TƏBRİZLİ! Azad söz, azad düşüncə, demokratiya, həqiqət, ədalət, yüksəliş uğrunda milli mücadilənin önündə gedən ziyalı-döyüşçü!
SİRUS TƏBRİZLİ! Müstəqillik uğrunda milli-azadlıq hərəkatının öndərlərindən biri!
SİRUS TƏBRİZLİ!Millət ziyalısı! Ziyalılıq nümunəsi!
SİRUS TƏBRİZLİ! Humanist, humanist olduğu qədər də sadə bir insan!
SİRUS TƏBRİZLİ! Kürəyini namərd gülləsinə verməyən mərd Azərbaycan kişisi!
SİRUS TƏBRİZLİ! Əqidəsinə sadiq vətəndaş! Dönməzlik və əyilməzlik nümunəsi!
SİRUS TƏBRİZLİ! Millətinə, cəmiyyətinə təmənnasız, səmimi xidmət edən, sadiq olan böyük şəxsiyyət!
SİRUS TƏBRİZLİ! Satqınlığı, xəyanəti, ikiüzlülüyü, hər gələn hakimiyyətə yaltaqlığı, saxtakarlığı, mənəvi aşınmanı rədd edən mənəviyyatlı insan!
SİRUS TƏBRİZLİ! Hər kəsin həyatda, fəaliyyətdə, xalqa xidmətdə öz yerində olmasını və məhz öz yerində cəmiyyətə fayda verməsini istəyən dəyərli şəxsiyyət!
SİRUS TƏBRİZLİ! Kimin üçün "qaranlıq", kimin üçün "ziddiyyətli", kimin üçün "yarımçıq" olan, əsl həqiqətdə şəxsiyyət bütövlüyünə malik, kin-küdurətsiz, birmənalı baxış və mövqeyindən dönməyən işıqlı, ziddiyyətsiz, açıq və xeyirxah bir insan!
SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN yüksək dəyər verdiyi insanların son təmsilçilərindən biri!
SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN sağlığında YAP-da adı HEYDƏR ƏLİYEVDƏN sonra şəkilən və sevilən görkəmli ictimai-siyasi xadim! Sədaqətli və saf YAP-çıların sevimlisi!
SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN ƏN YAXIN DOSTLARINDAN BİRİ!
SİRUS TƏBRİZLİ! 91-lər ziyalı ordusunun son magikanı!
SİRUS TƏBRİZLİ! Bir bölük "yeni azərbaycanlı"nın, siyasi rəqiblərin, onun özündə və sözündə "düşmən" axtaranların, onu YAP-a qarşı qoyan saxtakarların heç zaman sındıra bilmədiyi Heydər Əliyev məktəbi!
SİRUS TƏBRİZLİ! Azərbaycan ictimaiyyətində "YAP-ın qurucusu" kimi yüksək ictimai-siyasi status qazanan, həyatında bu ada və statusa sona qədər sədaqətli qalan nüfuzlu ictimai-siyasi xadim!
SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVLƏ birlikdə yaratdığı partiyaya "Yeni Azərbaycan partiyası" adını qoyan, partiyanın ilk proqram və nizamnaməsinin yazılmasında yaxından iştirak edən siyasətçi! Yazdığı proqram və nizamnaməyə, qurduğu partiyanın ideyalarına və məqsədlərinə həmişə əməl edən və sadiq qalan partiyadaş, mütərəqqi azərbaycanlı!
SİRUS TƏBRİZLİ! Dövləti vəzifəsi, kapitalı, səlahiyyətli məmur hökmü, varlı və vəzifəli özvladları olmadığı üçün malik olduğu insanlığı, sadəliyi və humanistliyi ölümündən sonra belə sui-istifadələrə səbəb olan, ölümündən sonra da barəsində haqsız dedi-qodular, qarayaxmalar, gözdənsalmalar düzənlənən qeyrətli azərbaycanlımız!
SİRUS TƏBRİZLİ! Azərbaycanda düz sözünə, həqiqəti dediyinə, ağıllı danışdığına, səhvləri göstərdiyinə görə sevilməyən yaxşı insanlardan biri!
SİRUS TƏBRİZLİ! Vətən Təbrizimizin adını öz adında yaşadan və vətən adını özü ilə haqq dünyasına qovuşduran "vətənində qərib"!
SİRUS TƏBRİZLİ! "Milləti, dövləti bu ağır faciələrdən xilas edə bilən yeganə bir siyasətçi var. O da Heydər Əliyevdir!" "Azərbaycanı Heydər Əliyev idarə etməlidi. Bunu xalq tələb. edir, zaman tələb edir, tarix tələb edir!" "Mən Sirusam, mən susa bilmərəm!" "Sonra da deyirlər Sirus sərt danışır, bizi tənqid edir, filan. İstər iqtidar olsun, istər müxalifət, mən səhvləri həmişə üzlərinə demişəm, deyəcəm də. Sən danışma, mən danışmayım, bəs bu millətin sözünü kim deməlidi?" "İndi Heydər Əliyevə əl çalanlar, tərif deyənlər, ev, maşın alanlar ölkənin, millətin o ağır günlərində niyə Heydər Əliyevin yanında deyiildilər, onu dəstəkləmirdilər, yada salmırdılar!" "Başa düşürsən? Bizim bu xalq qarşısında öhdəliyimiz var, vəzifəmiz var, onlara mütləq əməl etməliyik. Sabah yaxamdan yapışıb deyəcəklər, Sirus, bəs hanı vəd elədiklərin!" "Mən bunlara çoxdan bələdəm, hakimiyyətin sükanını bunlara etibar eləmək olmaz. Xalq bir dəfə səhv elədi, hələ də səhvini özünə bağışlamır!" "Mənim İlham Əliyev haqqında mövqeyim hamıya məlumdur. Mən İlham Əliyevi dəstəkləyirəm, onun prezidentliyinə səs verənlərdən biri də mənəm. Azərbaycanda bu qədər yenilikləri, inkişafı, abadlığı görməmək insafsızlıq olar. O, bunlardan da çox iş görə bilər. Gəncdir, enerjilidir, təcrübəlidir, ağıllı siyasətçidir. Millətini sevəndir. Hamımız ona kömək etməliyik. Başqa yolumuz yoxdu! Mən xalqımı sevirəmsə İlham Əliyevdən başqa kimə səs verməliyəm, kimi dəstəkləməliyəm. Var onu əvəz eləyən, dövləti idarə edə bilən siyasətçin? Yox!"
SİRUS TƏBRİZLİ! İnqilabçı! İslahatçı! Yenilikçi! Tribun!
SİRUS TƏBRİZLİ! Ölümü ilə də iqtidarı və müxalifəti bir araya gətirə bilən böyük millətsevər, böyük vətəncevər!
SİRUS TƏBRİZLİ! Vətənində peyğəmbər ola bilməyən millət şəhidi!
SİRUS TƏBRİZLİ! İllərlə içində gəzdirdiyi haqsızlıqlardan ürəyi partlayan tənha haqq yolçusu!
SİRUS TƏBRİZLİ! Deməyə, yazmağa hələ nə qədər sözü olan dostumuz!
SİRUS TƏBRİZLİ! Allah rəhmət eləsin!
P.S. Bağışlayın. Yazmaya bilmədim.
Onunla hələ "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyi vaxtlarda, 1992-1993 illərdə, ondan sonralar da görüşmüşəm, danışmışam, dinləmişəm. Sağlığında barəsində yazmışam, 60 illiyində yubiley məqaləsi yazmışam, olub ki tənqidi fikrimi də demişəm. Xatirə deməyə, yazmağa mənim də sözüm var.
Amma...
Ölümündən sonra...
Yazmaya bilmədim.
İstədim "Sirus olduğu kimi" yazım.
Bacardımmı...
Müqəddəs Quran: "Hamınızın son dönüşü Allahadır".
Ruhu şad olsun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM