“Vağzalı“ sədaları altında yas mərasimi - allah rəhmət eləsin

16:57 / 13.01.2014

Onun ölüm xəbəri media nümayəndələrini də sarsıtdı. Hətta üzünü görməsələr belə, telefonla bir neçə dəfə səsini eşidən həmkarlarım da çox üzüldü bu xəbərə. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı olan Pərvanə Məmmədovanın faicəli və qəfil ölüm xəbərini eşidən hər kəs kimi mənim də dilimə ilk gələn söz bu oldu "heyif o qızdan”. 

İndiyədək bircə dəfə belə olsun incitmədi bizləri. Hər zəng etdiyimdə lazım olan informasiyanı almağa əlindən gəldiyi qədər köməyi əsirgəmədi. Həmişə fikirləşirdim ki, bu onun əvvəllər mətbuatda çalışması, vaxtıilə jurnalist kimi bu əziyyətləri yaşaması ilə bağlıdır. Çalışdığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsində elə də böyük vəzifə tutmasa da, jurnalistlər, dost-tanış arasında böyük hörmət qazanıb getdi Pərvanə. Bəlkə də elə bu səbəbdən idi ki, ötən gün onun yas mərasiminə gələnlər arasında xeyli sayda jurnalist vardı.

Sosial şəbəkədə paylaşdığı son şəkili yas məclisinə qismət oldu


Məclisə girən kimi diqqətimi ilk cəlb edən Pərvanənin şəkli oldu. Bu şəkli onun sosial şəbəkədəki profilində paylaşdığı son şəkli idi. 

Şəkildən nəzərimi ayırmadığımı görən yanımda əyləşmiş xanım da sosial şəbəkədə ən son bu şəklinin paylaşdığını deyir Pərvanənin. Onunla söhbət zamanı öyrənirəm ki, Pərvanənin xalası qızıdır: "Ölüm onu aramızdan vaxtsız apardı. Pərvanə çox həyatsevər qız idi. İnana bimirəm ki, Pərvanə dünyasını dəyişib. Ölümü o qədər ani oldu ki…”.

"Elə qardaşını da yuxudan özü oyadıb"


Nitqi qırılan xanım özünü ələ aldıqdan sonra Pərvanənin ölümünə səbəb olan qəzadan danışır: "Xalam deyir ki, həmin gün lap erkən oyanıb yuxudan Pərvanə. Durub saçlarını darayıb, bəzənib-düzənib. Elə qardaşını da yuxudan özü oyadıb. Deyib Rafiq bəsdir yatdın dur gedək işə. Qardaşı deyib bir az da yatım qalxacam. Əl çəkməyib qardaşından. Axır ki, yataqdan durquzub onu. Birgə hamısı səhər yeməyini yedikdən sonra yola çıxıblar. Az keçməmiş qara xəbərləri gəlib”. 

"Rafiq nə qədər Pərvanənin bağladığı təhlükəsizlik kəmərini açmağa çalışsa da, kəməri aça bilməyib"


Pərvanənin xalası qızı ilə söhbət zamanı öyrənirik ki, qardaşı qəza zamanı Pərvanəni nə qədər xilas etməyə çalışsa da buna nail ola bilməyib: "Qəza baş verdikdən sonra ikisi də huşunu itirib. Maşın kanala düşdüyündən Rafiqin üzünə su dəyəndə huşu özünə gəlib. Bu zaman görüb ki, Pərvanə boğulur. Su maşının Pərvanə olan tərəfinə daha çox dolub. Rafiq nə qədər Pərvanənin bağladığı təhlükəsizlik kəmərini açmağa çalışsa da kəməri aça bilməyib. Bacısını xilas edə bilmədiyindən indi də şokdadır Rafiq. Deyir kaş o təhlükəsizlik kəmərini aça biləydim”.

Deyirlər yaxşı dost qazancdır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Pərvanəni özünə əsl dost hesab etdiyini deyir: "5 ilə qədər idi birgə çalışırdıq. Biri-birimizdən gizlin saxladığımız sirrimiz demək olar ki yox idi. Pərvanənin ölümü mənə böyük itgi odu. Elə itgi ki, mən həyatda o itginin yerini doldura bilməyəcəm. Pərvanə hər dərdimə oduma pərvanə kimi yanardı. Həyatda güvəniləsi dost idi Pərvanə. Heyif vaxtsız getdi aramızdan”.

"Arzulayırdı ki, möhtəşəm bir sarayda baş tutsun toyu"


Deyir ki, toyunu bu qədər gözlədiyi halda onun ailə qurmadan bu dünyadan köçdüyünü yada salmaq çox çətindir: "Arzulayırdı ki, möhtəşəm bir sarayda baş tutsun toyu. Həmişə deyirdi ki, Səfayə mənim toyum istəyirəm gözəl bir məkanda olsun. Övlad sahibi olmasını çox arzulayırdı. Bununla belə ailə qurmağa tələsmirdi. Çox istəyənləri vardı. Amma deyirdi ki, ailə məsələsində seçimi düzgün etmək lazımdır. Mədəni, təhsilli, dünyagörüşlü insanla ailə quracağını deyirdi həmişə. Bir də arzulayırdı şəhərdə gözəl bir evi olsun. Hövsandan heç xoşu gəlmirdi. Yolu uzaq olsa da heç vaxt işə gecikməzdi. Həmişə gəlib görürdüm ki, gələn kimi otağı səliqəyə salıb. O qədər geyinib-geçinməyi, şəkil çəkdirməyi sevirdi ki. Deyirdim axırda məni fotoqraf edəcəksən. Elə bil aramızda xatirəsinin qalacağını bilirdi Pərvanə. Arzularına çatmamış dünyasını dəyişdi əziz dostum”.

Ağ kəfəndə vağzalı sədaları ilə...


Yas mərasimində öyrəndik ki, anası Pərvanəni ağ gəlinlikdə, qırmızı duvaqda evindən gəlin köçürtmək arzusuna çatmasa da, onu son mənzilə xonça bəzəyərək, vağzalı sədaları altında yola salıb. Bir neçə gün öncə ömrünün 32-ci qışına qədəm basan Pərvanə Məmmədova son mənzilə beləcə vağzalı sədalarının altında yola salınıb. Allah rəhmət eləsin!

Xatırladaq ki, P. Məmmədova yanvarın 9-da saat 10:00 radələrində Bakının Suraxanı rayonunda baş verən ağır yol qəzasında həyatını itirib. Hövsan qəsəbəsində, qardaşı Rafiq Məmmədovun idarə etdiyi "Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan P. Məmmədova dünyasını dəyişib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM