MUSTAFA  KAMAL  ATATÜRKÜN CANLI  RƏSMİNİ ÇƏKƏN  DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLI  RƏSSAM  İBRAHİM SƏFİ  

22:04 / 27.04.2019

Səməd Vəkilov

Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru

Rəngdən və işıkdan bir devdi  Səfi

Aramadı, rütbə, şan,  sənəti sevdi  Səfi

                 Prof. Enver Tali Çetin

 

Yaratdığı əsərlərlə dünya rəssamlıq sənətinin bir parçasına çevrilmiş Türkiyə və Azərbaycan xalqının ortaq dəyəri, dünya şöhrətli rəssam İbrahim Səfi kimdir?

Səfiyev Rəhman Qafar bəy oğlu(sonradan İbrahim Səfi kimi tanınmışdır) 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olmuşdur. Tarixçi alim Əli Əliyevin verdiyi məlumatlara görə soy-kökü Səfəvilər nəslinə söykənir.  Rəhman Səfiyevin mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Tağı bəy Səfiyev, Abo Fətəli bəy Düdənginski Səfiyev kimi nəhəng simalar bəxş etmişdir.   

    Qafar bəy Səfiyevin  6 övladı  o cümlədən  Bədirnisə, Şiəmən, Mina, Xırdaxanım adlı dörd qızı   Kərim və Rəhman adlı iki oğlu olmuşdur.   İbrahim Səfinin ailə məlumatlarını  dəqiqləşdirilməsinə   rəssamın    yeganə qardaşı Kərim bəy Səfiyevin nəvəsi dosent  Elşad Səfiyev işıq salır. Həmçinin Elşad Səfiyev bir neçə il bundan əvvəl  İbrahim Səfinin məzarını taparaq  Azərbaycandan ilk ziyarət edən şəxs olmuşdur.  

 
 Səfiyev Rəhman Qafar bəy oğlu Cəlilkənd orta məktəbini, İrəvan Müəllimlər Seminariyasını bititrdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbini qəbul olmuş Rusiyada baş verən inqilab onun təhsilini yarımçıq qoyaraq   vətənə geri  qayıtmasına səbəb olmuşdur. 1918-ci ildə Azərbaycanın bütün coğrafiyasında o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar   Rəhman Səfiyev   Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak etmişdir.  Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdan Rəhman Səfiyev 1919-1920-ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923-cü ildə  İstanbul İncəsənət Akademiyasından məzun olmuşdur.

 MUSTAFA KAMAL ATATÜRKÜN  NATURADAN ŞƏKİLİNİ ÇƏKƏN RƏSSAM KİMİ MƏDƏNİYYƏT TARİXİNƏ DÜŞÜR.

Yaxın dostu Türkiyənin məhşur rəssamı və kolleksiyoneri  Naci Tərzi   İbrahim Səfinin Türk dünyasının böyük lideri Qazi Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkdiyini bildirir. Lakin təəsüf ki, əsərin çəkilməsinin digər təffərüatları barədə geniş məlumatlar məlum deyil.

RƏHMAN BƏY SƏFİYEV- İBRAHİM SƏFİ OLUR.

Türkiyədə 1934-cü ildə Soyad haqqında qanun qəbul edilddikdən sonra  Rəhman Səfiyev adını dəyişmək məcburiyyətində qalır. Qəbul edilmiş qanuna əsasən “ağa”, “hacı”, “hafız”, “hoca”, “efendi”, “bey”, “beyefendi”, “hanımefendi”,”paşa”, “hazret” təxəllüslərinin qəbul edilməsi  həmçinin ov, yev və digər soyad sonluqları  qadağan edilmişdir.  Beləliklə Rəhman Səfiyev bu qanundan sonra Türkiyədə artıq İbrahim Səfi ad soyadı ilə yaşamağa başladı.  

 

İlk yaradıcılığı dönəmində Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında  «Misafir Talebe»  olaraq çalışmışdır.  Müharibənin ağrı-acısını görmüş rəssam sonralar 1938-ci ildə çəkdiyi “Müharibənin nəticəsi” tablosunda yaşadıqlarını, gördüklərini insanların simasında əks etdirmişdir.  

1953-cü ildə 55 yaşındaykən Zaharina adlı yunan qadınla evlənib. Yaxın dostu Türkiyənin məhşur rəssamı Naci Tərzi dostu İbrahim Səfinin dul yunan qadınla evlənməsinin səbəbini rəssamın maddi durumunun yaxşı olmaması ilə əlaqələndirmişdir.  

      İbrahim Səfinin yaxın qohumu hərbi jurnalist, ictimai xadim mərhum  Leyla  Vəkilli (bu sətirlərin müəllifinə 2011-ci ildə Bakıda qonaq olarkən söyləmişdir) İbrahim əmi  dediyi məhşur rəssamın yunan Zaharina ilə evlənməsini rəssamın yaxın ətrafı və o cümlədən  atası Həsənalısultan Vəkillinin    müsbət qarşılamadığını lakin bu qərara hörmət etmək məcburiyyətində olduğunu bildirmişdir.   

      Uğursuz bir yunan qadınla evlənmək məhşur rəssama sonralar zəngin irsinin çox hissəsinin dağılmasına səbəb olmuşdur.  Dünya şöhrətli rəssamla yaşayan Zaharina Türkiyəyə bağlayan müqəddəs bir şeyin olmadığı üçün o rəssamın ölümündən sonra öz vətəni  Yunanıstana qayıtmışdır.  Zaharina   Afinaya   birinci ailəsindən olan övladlarıının yanına köçərkən  həyat yoldaşının ən dəyərli tablolarını da özü ilə aparır. Sonralar Zaharina xanım maddi ehtiyac üzündən İbrahim Səfinin ən dəyərli tablolarını satmışdır.   Bu tabloların bəziləri rəssamın yaradıcılığına böyük mənəvi dəyər verən professor, kolleksiyaçı Ənvər Tali Çətin tərəfindən bir neçə tablonun qarşılığında geri qaytarmışdır.  Digər əsərlərinin taleyi isə nəməlum qalır.

Professor Ənvər Tali Çətin

  İbrahim Səfi haqqında yazarkən professor Ənvər Tali Çətindən söz açmamaq mümkün deyil. Peşəcə həkim olan  professor Ə.Tali Çətin  uzun illər dostluq etdiyi İbrahim Səfi haqqında ayrıca   kitab nəşr elətdirmişdir. 1990-cı ildə nəşr edilən İbrahim Safi adlı kitab, 281 səhifədən ibarət olmaqla həmin ildə  Atatürk Kültür Mərkəzində açılan İbrahim Safi sərgisinin dəyərləndirən bir yazı ilə başlayır. Müəllifin “İ.Səfinin həyatı və sənəti” adlı yazı ilə davam edir. Bundan başqa kitabda Ali Rza Jadidinin “İbrahim Səfinin sənəti”   başlıqlı  yazısı və Haluk E.Atamın yazdığı “Safiden Deyişiler, Anılar” başlıqlı bir başqa sonra isə  Ə.Talinin qələmə aldığı  “İbrahim Səfinin kimliyi” adlı bölmə ilə davam edir. Feriha Büyüknalın Ə.Tali ilə “İbrahim Safi Kolleksiyonu və İbrahim Safi sərgisi” mövzusunda dialoqu da kitaba xüsusi rəng qatmışdır.  Həmçinin kitabda Sezer Tansuğ, Tekin Erer, Moşe Grosman, Selim İleri kimi sənətşünasların İbrahim səfi haqqında  fikirləri yer almaqdadır.    

  

 Dünya şöhrətli rəssam  Almaniya,  İtaliya,  Avstriya, Yunanıstan və İsveçrədə  açdığı rəsmi sərgiləri ilə dünya rəssamlıq sənətinə öz tövhələrini vermişdir. İbrahim Səfi əsərlərini müxtəlif janrlarda və fərqli mövzularda yaratmışdır. Portret, mənzərə, natürmort,  süjetli tablo və.s. Tədqiqatçılar onun əsərlərindəki rəng və bədii ifadə gücünə görə  onu   “Neo-Rembrandt” axınının həmçinin  Türkiyədə rus realizminin  nümayəndəsi hesab edilməklə impressionizm ən-ənələrinə güclü meyllər olduğu söylənilməkdədir.  

 

Məhşur rəssamın  Türkiyədə 100 fərdi rəsm sərgisi keçirilmişdir.  Sonuncu yüzüncü fərdi sərgisi 4 yanvar  1983-cü il tarixində   İstanbulda Oda Kule İş Mərkəzinin sənət salonunda   keçirildikdən sonra axşam saatlarında İbrahim Səfi  vəfat etmişdir.

    İbrahim Səfini Azərbaycan oxucusuna tanıdan onun barəsində ilk məqaləni yazan görkəmli alimlərimiz Abbas Zamanov və Mürsəl Nəcəfov olmuşdur. Bundan başqa ayrı-ayrı vaxtlarda Ramiz Abutalıbov, Əzizə Cəfərzadə, Ülkər Veysəli, Elşad Əlili, Ziyadxan Əliyev, Fizzə Quliyeva, Mais Əliyev dünya şöhrətli rəssama həsr edilən  məqalələr yazmışlar. Naxçıvan Rəssamlar Birliyinin rəhbəri Ülviyyə Həmzəyeva isə “İbrahim Səfinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri mövzusunda” diserrtasiya mövzusu işləməkdədir. Həmçinin Ü.Həmzəyeva İstanbulda İbrahim Səfinin mənzilinin aşkar etmiş və mənzilin ev muzeyinə çevrilməsi ilə bağlı təklif irəli sürmüşdür.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM