Məlumdur ki, dünyanın müxtəlif bölgələrində etnoslararası və lokal münaqişələrin həlli qlobal geosiyasət üçün aktual olaraq qalır. O cümlədən Cənubi Qafqazdakı münaqişələrin ədalətli və sülh yolu ilə həlli məsələsi bütün ciddiliyi ilə qarşıda dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə məşğul olan ATƏT-in Minsk qrupu isə kifayət qədər səmərəli fəaliyyət göstərmir. Beynəlxalq təşkilatlarda məsələ ilə bağlı qəbul edilən sənədlərdə bir sıra hallarda vəziyyət doğru əks etdirilmir. Bu baxımdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən illik sessiyasında münaqişələrlə bağlı qəbul edilən sənədin məzmunu böyük maraq doğurur. Sənəddə əhəmiyyətli fikirlər yer alıb. Onlara ermənilərin reaksiyası qeyri-adekvat olub. Çünki həmin fikirlərdə həqiqət ifadə edilib. Bu kontekstdə qəbul edilən sənədin müddəalarının geosiyasi analizinə ehtiyac görürük.
Dayanıqlı inkişaf naminə: ərazi bütövlüyü bərpa edilməlidir
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ATƏT üçün aktual məsələ olaraq qalır. Təşkilatın Parlament Assambleyasının 28-ci illik sessiyası çərçivəsində bu məsələ ilə bağlı məruzə edilib. Məruzə siyasi və təhlükəsizlik məsələləri üzrə komissiyada dinlənilib. "Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: parlamentlərin rolu" mövzusunda hazırlanan məruzədə regional münaqişələrə də yer verilib.
Konkret olaraq, Abxaziya, Cənubi Osetiya, Donbas, Krım, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş 7 rayonundakı vəziyyətlə bağlı məruzə edilib. Hazırlanan qətnamənin 10-cu bəndində bununla bağlı yazılır ki, münaqişə edən tərəflər arasında konstruktiv dialoqun olması üçün dayanıqlı inkişafın yoxluğundan dərin narahatlıq vardır. O cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və əlavə olaraq işğal olunmuş 7 rayonu ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur.
Belə görünür ki, ATƏT PA Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün vacib olan davamlı dialoqun olmadığını qəbul edir. Bu, prinsipial mövqedir. Çünki həmsədrlər də daxil olmaqla bir sıra dairələr bunun əksini iddia etməyə çalışırlar. Onlar hesab edirlər ki, danışıqlar prosesi normal gedir. Azərbaycan tərəfi isə dəfələrlə bildirib ki, rəsmi İrəvan danışıqları dalana dirəmək üçün süni maneələr yaradır. Və bu proses son zamanlar yeni dinamika alıb. Ermənilər Dağlıq Qarabağdakı separatçı-terrorçuların da danışıqlar prosesinə daxil edilməsi kimi absurd şərt irəli sürməyə çalışırlar. Onlara bununla bağlı rədd cavabı verilib. Lakin rəsmi İrəvan yenə də qeyri-konstruktiv mövqeyində qalmaqdadır. ATƏT-in Parlament Assambleyasının bu sənədi həmin səbəbdən erməniləri təlaşa salıb.
Bundan başqa, sənədin 19-cu bəndində daha konkret münasibət yer alıb. Orada Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüyünə hörmətin olmasına çağırış vardır. Konkret olaraq, ATƏT xəbərdarlıq edir: münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll edilə bilər. Onu deyək ki, sənədə etiraz etməyə çalışan erməni deputatlar və onların qulbeçələri onun qəbuluna qarşı heç bir təsir göstərə bilməyiblər. Bu da Azərbaycan rəhbərliyinin apardığı siyasətə olan inamın daha da yüksəldiyini və beynəlxalq təşkilatların həqiqəti getdikcə daha dolğun etiraf etməyə başladıqlarını göstərir.
Artıq ermənilərin bütün bəhanələrinin limiti tükənib. Onlar cəfəng fikirlərlə kimsəni inandıra bilmirlər. Artıq avropalılar da eyni qondarma tezisləri dinləməkdən tam beziblər. Bu səbəbdəndir ki, erməni tərəfi heç bir ciddi etiraz edə bilmir. O, ancaq sözdə nələrisə deyir və bununla da susur. Həmin aspektdə ermənilərin son qətnaməyə münasibəti maraqlı olub. Onlar gülünc bir iddia ortaya atıblar. Guya ATƏT Parlament Assambleyasının sənədi Bakıda hazırlanıb və Azərbaycanın pulu hesabına qəbul edilib (bax: "Аравот": "Это не резолюция, а купленный Азербайджаном документ" – Давид Бабаян о поставленной на голосование в ОБСЕ резолюции, касающейся Карабахского вопроса / Tert.am, 6 iyul 2019).
Gülünc erməni iradları: ədalətli həllin bir addımlığında
Bu, o qədər gülünc, əsassız və səviyyəsiz iraddır ki, normal insanların dinləməsi belə əziyyətdir. Ancaq, digər tərəfdən, məhz belə bir primitiv və böhtançı iddia göstərir ki, ermənilərin işğalı gizlətmək və ona haqq qazandırmaq üçün heç bir ciddi arqumentləri yoxdur. Onların informasiya sahəsində də manevrlər etməyə imkanları çox məhdudlaşıb.
Ermənilərin gülünc və ziddiyyətli bir halda olduqlarını elə erməni KİV-lərində dərc edilən bir informasiya da təsdiq edir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk İrəvanda baş nazir Nikol Paşinyanla görüşəndən sonra bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlarda sabit vəziyyət yoxdur. Həm atəşkəs pozulur, həm də danışıqlarda real nəticələr gözə çarpmır. D.Tusk deyib: "Hər iki tərəf təmkin nümayiş etdirməli və real danışıqlara və sülhə fayda verəcək mühitin yaradılmasına kömək edən qərarlar qəbul etməlidirlər" (bax: Карабахский конфликт не имеет военного решения, здесь необходимо политическое решение, которое будет соответствовать международному праву и принципам – Дональд Туск / Tert.am, 6 iyul 2019) Bu, ATƏT-in qətnaməsinin 10-cu bəndinə tam uyğun bir fikirdir.
D.Tusk sözlərinə davam edərək vurğulayıb: "Münaqişənin hərbi həlli yoxdur və burada beynəlxalq hüquqa və prinsiplərə uyğun olan siyasi qərar zəruridir" (bax: əvvəlki mənbəyə). Bunun ardınca Aİ Şurasının Prezidenti ATƏT-in Minsk qrupunun baza prinsiplərə, yəni hüquqi aktlara əsaslanan ədalətli, uzunmüddətli həll səylərini dəstəkləyir. Hamı bilir ki, hüquqi baza prinsipləri dedikdə, konkret olaraq, Helsinki Yekun Aktı, Madrid prinsipləri kimi sənədlərdə ifadə olunan müddəalar nəzərdə tutulur. Onlarda münaqişənin həllinin hüquqi əsası mövcuddur. Ermənistan rəhbərliyi isə məhz Madrid prinsiplərini qəbul etmək istəmir.
Beləliklə, D.Tusk yuxarıda vurğulanan sənədin 19-cu bəndini də tam təsdiq edib. Deməli, ATƏT PA-nın vurğulanan qətnaməsi Aİ-nin qəbul etdiyi ciddi hüquqi prinsipləri nəzərə alaraq hazırlanıb. Bu, hansısa deputatın öz fikrinin və ya mövqeyinin ifadəsi deyil. Bütövlükdə ATƏT-in gözlədiyi hüquqi çərçivədə və prinsiplər kontekstində hazırlanmış sənəddir. Belə bir sənədi pulla almaq hansı anlamı verir?
Yəni məsələ ATƏT-in özünün qəbul etdiyi prinsiplərin tam gözlənməsi ilə hazırlanıbsa, Azərbaycan kimə nə verə bilər? Ümumiyyətlə, Azərbaycanın belə bir addıma ehtiyacı yoxdur. Ancaq yuxarıda D.Tuskun dedikləri ilə qəbul edilən sənədin məzmununun tam üst-üstə düşməsi erməni primitiv böhtanının iç üzünü bir daha açır. Onu da vurğulayaq ki, D.Tusk adətən ermənipərəst mövqe tutur. Onu kim pulla alıb?
Bütün bunlar iki aspektdə maraqlı nəticələr çıxarmağa əsas verir. Birincisi, ATƏT münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə alternativ görmür. Bu səbəbdən həmsədrlər nə qədər passiv olsalar da, gec və ya tez münaqişə məhz beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək. İkincisi, artıq beynəlxalq təşkilatlar erməni yalanlarını əsas götürmürlər. Onlar ədalətli mövqe tutmağa çalışırlar. Hələlik bu istiqamətdə hər şeyin normal olduğunu demək çətindir. Lakin ATƏT Parlament Assambleyasının iyul ayının əvvəllərində qəbul etdiyi növbəti qətnamə göstərir ki, yanaşmalarda praqmatiklik və ədalətə doğru xeyli dəyişiklik mövcuddur.
Buradan məsələnin geosiyasi çaları da aydın olur. Belə hiss edilir ki, Avropa İttifaqı qlobal geosiyasi mübarizədə uğur qazanmaq üçün fəaliyyət taktikasını dəyişməyin lazım gəldiyini anlayıb. Xüsusilə xarici siyasətdə ikili standartların ona zərər verdiyini dərk edir. O cümlədən islamofobiyanın yaratdığı riskləri görməyə çalışır. Əgər bu doğrudan da belədirsə, onda Aİ-nin geosiyasi nüfuzunun daha da artacağını proqnozlaşdırmaq olar. Bu, maraqlı bir nəticə olardı. Ən əsası isə dünyada Avropa ədalətin və hüququn məkanı olaraq qəbul edilərdi.
Əlbəttə, bir sənədə əsaslanaraq qəti qənaət əldə etmək çətindir. Bundan başqa, Avropada ermənilərə dəstək verən qərəzli dairələrin mövcudluğu da sirr deyil. Ancaq Azərbaycanın ərazi bütövlüyünə hörmətin zəruriliyinin vurğulanması və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli lazımlığının ayrıca qeyd edilməsi yaxşı haldır. Gec və ya tez haqq öz yerini tutacaq!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM