Azərbaycan Respublikasının Əməkdar müəllimi
2012-ci ildə TQDK-nın 20 illiyi münasibətilə bir neçə əməkdaşın cərgəsində mən də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.M.Abbaszadənin imzaladığı Fəxri Fərmanına layiq görüldüm.
Mənə 20 illik zəhmətin göstəricisi olan mükəmməl TEST toplusundn başqa, 20 rəqəminin sıfırının içində "1992-2012" tarixi rəqəmləri yazılmış "Milli müstəqilliyimizin yetirməsi" adlı ağır çəkili, sanballı-272 səhifəlik bir kitab da bağışladılar. Kitabı öz dəsti-xətti ilə tanınan "Şərq Qərb nəşriyyatı" çap etmişdir. Tirajı göstərilmir. Kitabın ərsəyə gətirilməsi isə təvazökarcasına bir cümlə ilə ifadə olunmuşdur:
"Kitab
TƏLƏBƏ QƏBULU üzrə DÖVLƏT KOMİSSİYASI
tərəfindən hazırlanmışdır".
Azərbaycanın təhsil sistemində test üsulu ilə tələbə qəbulu türk təhsil ənənələrindən faydalanan hadisədir. Bu üsulun tarixi Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 74 nömrəli Fərmanının verilməsindən başlanır.TQDK-nın ilk Əsasnaməsi 27 oktyabr 1992-ci ildə ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir.
Yəqin ki, TQDK-nın xələfi olan DİM-də Tələbə Qəbulu üzrə Dövlət komissiyasının 25 illik bayramı da yaxın günlərdə təntənə ilə keçiriləcək,bu dövlət qurumunun tarixi daha geniş şəkildə ölkə səviyyəsində qeyd olunacaqdır.
TQDK-nın tarixini işıqllandıran bu kitabin yeni, daha mükəmməl nəşri də yubiley ərəfəsində gözlənilənlərin cərgəsindədir.Yaxşı olardı ki, bu nəşrə daha məsuliyyətlə yanaşılsın.TQDK-nın tarixinə aid Fərman və Sərəncamlar oxuculara tam şəkildə çatdırılsn,TQDK-nın aparıcı sahələrindən biri kimi elmi-metodiki seminarların tarixi, mükəmməl test bankının yaradılmasında elmi-metodiki fəallıq və mübarizlik əzmi göstərənlərin xidmətləri unudulmasın.
Qısa bir arayış-ricət
1994-cü ilin sonunda TQDK-da ilk elmi-metodiki seminarlar yaradılanda mən Araz Ekologiya Liseyində direktor müavini və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdim.Direktor-kimya elmləri namizədi Elxan Əmirbəyov idi. Kollektivimizdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, bir neçə tədris institutunun əməkdaşları saat hesabı ilə dərs deyirdilər.Onların çoxu bir müddətdən sonra Ekologiya Liseyinə daimi vəzifəyə qəbul olundular.
TQDK- hamımızın inam və güvənc yeri idi. Azərbaycanın təhsil sistemində yenilik kimi qarşılanan Ekologiya Liseyinin elmi dərəcəli və elmə həvəskar müəllimləri TQDK-nın bütün elmi -metodiki tədbirlərində fəal iştirak etməyə başladılar.
Təsadüfi deyil ki,TQDK-nın ilk fənn komissiyalarında Ekologiya Liseyinin 4 müəllimi seminar rəhbəri təyin olundu.Kimya elmləri namizədi Elxan Əmirbəyov -fizika, kimya elmləri namizədi Vəli Əiyev-kimya, biolpgiya elmləri namizədi Tariyel Heybətov -biologiya, mən - Nazim Nəsrəddinov -Azərbaycan dili və ədəbiyyatı elmi-metodiki seminarlarına rəhbərlik etməyə başladıq.10-dan artıq müəllimimiz fənlər üzrə ekspert kimi məsuliyyətli vəzifəyə cəlb olundu.Başqa sözlə, Araz Ekologiya Liseyi TQDK-nın baza təcrübə məktəbi kimi tanındı.
Məzkur-haqqında söz açılan təhsil ocağının müəllimləri uzun illər boyu TQDK-da və indi DİM-də elmi-metodiki fəaliyyətlərini uğurla davam etdirirlər.Onlar ölkədə TQDK-nın Qəbul imtahanı proqramlarının, elmi-metodiki məqalələrin,bir çox tədris vəsaitinin, test toplularının müəllifləri kimi tanınırlar.
Söz ardı
Hər bir yubiley illər ərzində görülən işlərin təntənəli hesabatıdır.
Mən istərdim ki,Azərbaycan təhsilində uğurlu hadisə olan ali və orta ixtisas məktəblərinə test üsulu ilə qəbul tarixi, bu yolda və bu istiqamətdə görülən işlər gələcək nəslə layiqincə çatdırılsın,deyilən sözlər faktların dili ilə səsləndirilsin, bu işdə kiçik bir səhv tarixə kölgə salmasın. Bu məqsədlə yubiley tədbirlərinin
hazırlanması işinə işin içində olan mütəxəssislərin bir qrupunun dəvət edilməsi,onların elmi-metodiki qüvvə bacarıqlarından səmərəli istifadə olunması məqsədəuyğun sayılır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM