Azərbaycan Respublikasının Əməkdar müəllimi
Mirzə müəllim, mənim unudulmaz müəllimlərimdəndir. Əsas iş yeri Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu idi. Bacarıqlı dil mütəxəssisi kimi bizə saat hesabı ilə Azərbaycan dili tarixindən dərs deyirdi. Mühazirələri elə maraqlı keçirdi ki, tələbələrin böyük əksəriyyəti yuxarı kurslarda dil ixtisası seçiminə üstünlük verməyi qərqra almışdı. Mühazirələrinin seminarlarını onun gənc aspirantları Əvəz Sadıqov və Şaməddin Xəlilov aparırdı. Biz bu iki gənc elm araşdırıcılarını da həmişə maraqla dinləyir, onların hər gün Mirzə müəllimdən dərs aldıqlarına həsəd aparırdıq. Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Astaranın o vaxt şəhər, yoxsa qəsəbə olduğunu deyə bilmirəm, amma bircə onu deyə bilərəm ki, tanınmış məkan olub, bir sıra sakinlərinin adı tarixin səhifələrinə düşüb.
Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktəbdə oxuyub. Deməli, 10 yaşından görkəmli Azərbaycan şairi M.Ə.Sabiri (1862-1911) tanıyıb. Məktəbə M.Ə.Sabirin adı nə vaxt verilib, bax onu müəyyənləşdirə bilmədim. Hər halda 28 yaşında elmlər namizədi olan Astaralı Mirzə Rəhimov Sabiri də, onun müəllimi Seyid Əzim Şirvanini (1835-1888)də, onların hər ikisinin müəllimi olan Nizami Gəncəvini də (XII əsr), Məhəmməd Füzulini (XVI əsr) də yaxşı tanıyıb.
Mirzə Rəhimov Azərbaycan Dövlət Universitetinin filolofiya məktəbinin məzunudur. Şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib, Moskvada aspirantura təhsili alıb. Elmi yaradıcılığa Azərbaycan dilinin tarixinə müraciətlə başlayıb: "Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazlı abidələrində felin indiki və gələcək zamanlarının ifadə formaları" mövzusunda maraqlı elmi iş yazıb. O da maraqlıdır ki elmi mövzunun təsdiqi zamanı nə üçün felin keçmiş zamanını digər zamanlardan ayırıblar? Bunu 2014-cü ilin dekabrında Mirzə müəllim haqqında ilk dəfə iri həcmli yazlı hazırlayanda telefonla müəllimimdən soruşmaq istədim, ancaq nədənsə ehtiyat etdim. İstədim ki, Mirzə müəllimin digər aspirantlarından soruşum, buna da ehtiyat etdim, sürpriz hazırlamaq istəyim bu sorğuya üstün gəldi.
Mirzə müəllimin həm namizıədlik, həm də doktorluq dissertasiyaları ədəbiyyatla ilgilidir. Burada Həsənoğlu da var, " Dastani-Əhməd Hərami " də, Xətayi də, Füzuli də,Vidadi də, Vaqif də.
Məncə, bütün dövrlərdə ədəbiyyata dil baxımından baxılmalıdır, zorla hər bir bədii əsərdə ideya axtarmaq düzgün deyil. Əslində, ideya müəllifinin özü ideyasız,cəmiyyətə ziyanlı adam ola bilər. "Dastai-Əhməd Hərami " poemasının (məsnəvisinin) qəhrəmanı həramidir, quldurdur, yolkəsəndir, deməli, dələduzun biridir, bəlkə də lap yekəsidir, amma Əhməd ağıllı müsahibdir, bağlı qapıları aça bilir, hətta ağlı və kamalı ilə ətrafındakılardan çox-çox fərqlənən sultanın belə saqqızını oğurlaya bilir:
Bağdad sultanı yeganə qızı Güləndamı ona ərə verməyə özü elçi düşür...
Mirzə müəllim hər bir dil faktını mənalandıra bilir, ədəbiyyatı dilin quluna çevirməyi bacarırdı. Onun istifadə etdiyi dil nümunələrinin əksəriyyəti şeirdir,nəzmdir,nizamlı misralardır.
Biz hələ " Kitabi-Dədə Qorqud "un janrını müəyyənləşdirə bilməmişik. Nəsrdir bu, bilmirik, nəzmdir bu, yenə də bilmirik.Amma vəziyyətdən çıxa bilirik:
"Dədə Qorqud "un dili qafiyəli nəsrdir. Onda bəs bu şeirlərin janrı,biçimi nədir? Bax bunu bilmirik, bəlkə də heç vaxt bilməyəcəyik.
Mirzə müəllm "Dədə Qorqud"dan nümunə gətirir:"Baban dedi, keyikləri qovsun gətirsün,oğlumun at səgirdişin,qılınc çalışın, ox atışın görəyim,sevinəyim, qıvanayım,güvənəyim".
Bax bu, dildir-Azərbaycan dilidir. Qoy başqa türk qardaşlarımız öz babalarının qoşduqlarını tapsın. Dədə Qorquddan gətirilən bu sözləri hər bir azərbaycanlı başa düşür,anlayır,qavrayır. Özbək,qazax,qırğız, tatar bunları çətin ki qavrasın.
Mirzə müəllim ən çox Nəsimidən misal gətirir:
" Qulağ tutgil sənə edim hekayət ;
Dədimin dərmanı sənsən, çarə kimdən istəyim?;
Güzgüsü ari degildir, çarə qılsın başınə;
Nəsiminin kəlamından eşidin;
Surəti,hüsni-camalı cümlə zibadır anın,
Hüsnünə qurban olayım belin sər ta pasinə"...Mən Azərbaycan SSR Elmlər Akademyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına qəbul olunanda Mirzə müəllim İnstitutun direktor müavini idi.Mirzə müəllim mənim elmi rəhbərim oldu.
Elmi mövzumun adı "Ziya" ("Ziyayi-Qafqasiyyə") (1879-1884) qəzetinin dili" idi.
İlk tapşırığı Nəsiminin 1926-cı ildə Bakıda nəşr olunan kitabından istifadə etmək şərti ilə "Nəsiminin dilində sözlərin məna qrupları" mövzusunda referat hazırlamaq tapşırığı oldu. Referatın bu mənbədən istifadəsi əski yazımızı-ərəbdilli əlifbamızı yaxşı öyrənmək məqsədi daşıyırmış. Mirzə müəllimin tapşırığı ilə onun şərqşünas dostu -Əlyazmalar İnstitutunun ovaxrkı direktoru nəsimişünas dilçi alim Cahangir Qəhrəmanovdan (1927-1995) Nəsiminin 1926-cı nəşrini aldım. Kitabxana qaydasına görə pasportumu cibimdən çıxaranda Cahangir müəllim mənə tərs-tərs baxıb,başını yellədi. Sonralar məlum oldu ki, onların hər ikisi- Cahangir müəllim də,Mirzə müəllim də SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında bir vaxtlarda oxuyublarmış.
Mirzə müəllim mənə kitablarla işləməyi öyrətdi. Mənə bir torba kartoçka ( qeydlər üçün qalın vərəq ) verdi, bədii əsərlərdən, qəzet və jurnallardan materrial toplamağın yolunu,üsulunu öyrətdi.
1975-ci ildə Mirzə müəllim iş yerini dəyişdi;Akademiydan yuxarıda yerləşən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə təyinat aldı. Bu qərarla görə Mirzə müəllimin tədqiqat sahəsi də dəyişildi, Azərbaycan dilinin tarixçisi tələbə vaxtı universitetdə aldığı ixtisas üzrə-fars dilinin tədrisi ilə məşğul olmaa başladı.O vaxtın yeganə universiteti də Mirzə müəllim üçün doğma idi.O,Akademiyada işləyəndə də burada - o vaxtkı ADU-da saat hesabı böyük maraq və həvəslə dərs deyirdi.
Mirzə müəllim universitetdə bizə dil tarixcisi olsa da,dərslərində müqayisəli qrammatika məsələlərindən ustalıqla istifadə edir,yeri düşdükcə həm ərəb,həm ingilis,hən də fars dillərindən maraqlı nümunələr gətirirdi.Onun bu xüsusiyyətləri savadlı aspirantları olan Şaməddinə də,, Sevilə də, , Əvəzə də keçmişdi.
Mirzə müəllimin hər dərsi öyrədici idi, mövzular Azərbaycan dilinə vurğunluqla tədrs edilirdi.
Mən ADU-da oxuyanda zaçotlarda iki müəllimdən "iki" almışam.Bu ikilərin səbəbkarlarından biri biri Azərbaycan dili tədrisinin metodikası kafedrasının dosenti Kənan Mikayılov, digəri isə dil tarixi mütəxəssisi,professor Mirzə Rəhimov idi.Hər iki texniki səhv ucbatından yaranmışdı.
Kənan müəllimin bu "iki"si hələ də mənə aydın deyil. Dekana şikayətdən sonra Kənan müəllim bu "iki"ni mənə nəyə görə verdiyini özü də başa düşmədi.
Mirzə müəllimin "iki"si isə dekanlığın əməkdaşı Paplı xanımın texniki səhvi imiş.
Mirzə müəllim tələbələrini yaxşı tanıyırdı.Mən kəsiri düzəltməkdən ötrü bir tələbə dostumla-səhv etmirəmsə,Ələkbər Əliyevlə Mirzə müəllimin əsas iş yerinə- Nəsimi adına Dilçilik İnstitutuna gedəndə Mirzə müəllim bu "iki"yə təəccübləndi, heç nə soruşmadan halalca məqbulumu yazdı və bizi təbəssümlə yola saldı.
Mirzə müəllimi ensiklopedik nəşrlərdə şərqşünas alim kimi tanıdırlar. Bu, onun son 40 ildəki elmi və elmi pedaqoji fəaliyyəti ilə ilgilidir.Mirzə müəllimin elmi tədqiqat sahəsini də fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, fars dilinin leksikologiyası, fars dialektologiyası, fars dilinin tarixi morfologiyası adı ilə tanıdırlar. Bəli, bunlar faktdır. Bu da faktdır ki, onun 1965-ci ildə Bakıda çap olunmuş "Azərbaycan dilində fel ( 2013-cü ildən "fel" sözü yeni orfoqrafiya lüğətinə görə "feil" şəklində yazılır-N.N.) şəkillərinin formalaşması tarixi "monoqrafiyası dünya türkologiyasının ən sanballı nümunələrindəndir. Bu, birnəfəsə oxunan elmi əsərlərdəndir.268 səhifəlik monoqrafiyada çapdan sonra aşkar olunan 4 səhv də düzəldilmiş və bu düzəliş oxucuya hörmət əlaməti kimi kitabın son qabığının içərisinə yapışdırılmışdır. (səh.42,102,233,266). Bəlkə də,bu düzəliş indiki müəlliflərə qəribə gələcəkdir.Amma bu,Türkiyədə təhsil almış şair və dramaturq Hüseyn Caviudin 1913-cü ildə "Keçmiş günlər" kitabındakı bir neçə texniki səhvə gərə etirafının nümunəsi idi:adi texniki səhv də elmi əsərə nözsandır.
Stolüstü kitablarla yanaşı, mənim stolüstü jurnallarım da var. (Yəqin ki iş stolumun səliqəsini hiss edirsiniz). Bunlardan biri "Sovetskaya türkologiya" jurnalıdır.Mən bu jurnalın ilk nömrələrini oxuyanda zavodda tokar işləyirdim.Universitetdə qiyabi oxuyurdum. Jurnalın 1972-ci ildəki 2-ci nömrəsi Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk "(Türk dilləri lüğətinin divanı) əsərinin 900 illik tarixinə həsr olunmuşdur. Nömrədəki yazılar 7-9 oktyabr 1971-ci ildə Fərqanədə keçirilmiş Ümumittifaq Türkologiya Konfransında səslənən materiallarıdır. Bu nömrədə Mirzə Rəhimovun "Дивану лугат--ит -тюрк" Махмуда Кашкари и древнетюркские элементы в диалектах и говорах Азербайджанского языка" məqaləsi elmi meyarlarına, dilçilik təfəkkürünə görə ən dəyərli yazılardan biridir. Məqalədə dil faktlarının elmi müqayisəsi göstərir ki, Kaşğarinin əsəri təkcə bir türk dilinə aid deyil.
M.Rəhimovun proqram xarakterli bu məqaləsi,məncə, pedaqoji təmayüllü bütün ali məktəblərdə öyrənilməlidir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Mirzə Şıxəli oğlu Rəhimova Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir.
O vaxt M.Rəhimovun 80 yaşının tamamına bir neçə ay qalırdı.
Mən o vaxt bu münasibətlə telefonla Mirzə müəllimi təbrik etmişdim. Mirzə müəllim təbrikimə çox sevindi . Mən qocaman alimin sevincini telefon dəstəyində aydın-açıq hiss eirdim.
Mirzə müəllim 2015-ci ilin oktyabr ayında dünyasını dəyişmişdir.
Azərbaycan - 86 yaşlı professor oğlu Mirzə Rəhimovla hörmət və ehtiramla vidalaşdı.
Allah sənə rəhmət eləsin,Mirzə müəllim...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM