Bu yazı 1953-cü ilin bu günündə-7 avqustda doğulan “20 Yanvar” və Qarabağ qazisi Ələkbər Talıbovun əziz xatirəsinə ithaf olunur.
Vətən dediyimiz varlıq üzərində azad yaşadığımız, əcdadlarımızın bizə əmanət qoyub getdiyi, qəhrəmanların od nəfəsi, şəhidlərimizin qanı ilə yoğrulan torpaqdır. Tarixən bu torpaqda doğulmuş, bu torpaqda boya-başa çatmış xalqımız qəhrəman övladları, qəhrəman oğlulları hesabına öz varlığını, öz mövcudluğunu qoruyub saxlamışdır. Heç də uzaq olmayan tariximizdə bu müqəddəs torpağı canı-dildən sevən, canı, qanı bahasına düşmənlərdən qoruyan və bunu özünə müqəddəs borc hesab edən oğlullarımız olub. Elə bu kiçik yazıda haqqında söhbət açacağımız Ələkbər Talıbov da belə igid oğullarımızdan biridir. Heç də hamının yaxından tanımadığı bu qəhrəman “Yuddan, torpaqdan pay olmaz” deyimini müqəddəs varlıq kimi qəbul edərək, Azərbaycan adlı bəşər incisinə pay kimi baxanlara meydan oxuyan Vətən övladlarından olub. Bəs kimdir, tanıdığımız və tanımadığımız Ələkbər Talıbov?
Ələkbər Hacı Məhəmmədli oğlu Talıbov 1953 cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.1971-1973 cü illərdə Kamcatkada hərbi dəniz donanmasında xidmət etmişdir. Hərbi xidmətində sonra Bakı Balıqçılıq Texnikumunun “Gəmi sürücülüyü” şöbəsini bitirib və H.Z.Tağıyev adına Bankə Balıq kombinatda balıqçı gəmisində kapitan işləməyə başlamışdır. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb O, Azərbaycanın azadlığı uğrunda daim əlindən gələni əsirgəməişdir. Hər zaman xalqının keşiyində durmuşdur.
Müasirləri onu Azərbaycanın azadlığı uğrunda ən qatı mübarizlərindən biri adlandırılar.Ələkbər Talıbov 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatına qoşulub və qısa zamanda azadlıq hərəkatının fəal iştirakçısına çevrilib. 1990-cı il 25–26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfərin yaralandığı, ümumlikdə 30 nəfərin zərər gördüyü qanlı hadisələrdə özünü rus-erməni cəlladlarının qarşısına verərək yaralananlardan biri də məhz Ələkbər Məmmədəli oğlu Talıbov olub.1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış 12 nəfərə şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə isə Ələkbər Talıbov bu ada layiq görülüb.
Ancaq onun Vətən, millət sevgisi bununla bitməyib. O həmçinin, 1993-cü ildə Qarabağ uğurunda gedən müharibənin ən qızğın nöqtələrində döyüş yolu keçib. Onun üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərib. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər odlu-alovlu yerlərdən keçib. Xüsusən, Ağdam rayonunun Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzuli rayonunun Aşağı və Yuxarı Veysəlli kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib. Ələkbər Talıbov bir müddət də Çəmənli kəndində Orucov qardaşlarının tank diviziyasında döyüşçü kimi xidmət edib.
Sözün əsl mənasında gələcək nəsillərə örnək olan, şanlı həyat yolu keçmiş Ələkbər Talıbov Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında göstərdiyi yüksək vətənpərvərliyə və xidmətlərə görə müxtəlif təltif və mükafatlara layiq görülüb.O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilib. 2000-ci ildə qanlı “20Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülüb.
Çox böyük təəssüf ki, azadlıq fədaisi,böyük vətənpərvər, Azərbaycan xalqına qarşı törədilmiş döyüşlərin canlı iştirakçısı olan iki qanlı tarxin Qazisi Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də qəflətən vəfat etdi. Yaşasaydı bu gün 67 yaşı olacaqdı. Sözün əsl mənasında xalq qəhrəmanı olan TÜRK OĞLU Ələkbər Talıbovun vaxtsız ölümü ailəsini və onu tanıyanları dərindən sarsıtdı…Ancaq bu sarsıntıların içərisində onun ailəsinin yüzilliklərə sığmayan bir qürur mənbəyi var…Axı QƏHRƏMANLAR və ŞƏHİDLƏR heç vaxt ölmür…
Müqəddəs 7 rəqəmi altında, Şir bürücündə doğulan və torpağı, milləti, dövlətçiliyi uğurunda Şir kimi savaşan BÖYÜK TÜRK OĞLU, BÖYÜK QƏHRƏMAN, səni sevənlərin sənsiz keçirdiyi “ilk” doğum günün mübarək!
Müəllif: İnqilab Şirinbəyli
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM