Rəsmi İrəvan növbəti təxribatçı addımını atdı. Bu dəfə "strateji" adlandırdığı kağız parçası ilə dünyanı aldatmaq işinə girişdi. Milli təhlükəsizliklə bağlı sənədlərdə gözlənilən normalar çoxdan məlumdur. Çünki normal ölkə öz təhlükəsizliyini lokal və keçici maraqlarla deyil, fundamental, obyektiv, müasir dünyanın şərtlərinə uyğun dərin əsaslandırılmış və dövlətin strateji məqsədlərinə real olaraq xidmət edən sistemli, məntiqli yanaşma prizmasından təqdim etməlidir. Ermənistan rəhbərliyinin "sənəd"i isə başdan-ayağa indiki iqtidarın məhdud siyasi baxışlarının, proseslərə qərəzli münasibətinin zəif və ziddiyyətli məntiqlə izahına cəhddən başqa bir şey deyildir. Nikol Paşinyanın yazdığı ön söz isə orta səviyyəli qəzet məqaləsi belə deyil. Əslində, Ermənistan sənəd hazırlamayıb. Növbəti dəfə belə ciddi işlərlə məşğul olmaq iqtidarında olmadığını nümayiş etdirib. "Sənəd"də Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Türkiyə ilə bağlı fikirlər də yer aldığından, bütövlükdə onun geosiyasi kontekstdə təhlilinə baş vururuq. Bununla rəsmi İrəvanın bədnam niyyətlərini bir daha dünyaya açıqlamaq imkanı yaranır. Həmin "sənəd"in başqa heç bir dəyəri yoxdur.
"Poetik strateji sənəd": nifrət və yalana köklənmiş yanaşma
Ermənistan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa cəhd göstərir. Rəsmi İrəvan milli təhlükəsizlik strategiyası haqqında "sənəd" hazırladığını bəyan edib və onu hətta "xalqın mühakiməsi"nə çıxarıb. Əslində isə "sənəd" real məzmununa görə nə konsepsiyadır, nə də strategiya. O, daha çox erməni şovinist, natamamlıq kompleksli siyasi şüurunun iniltilərindən ibarətdir. Açıq hiss olunur ki, Ermənistan dövlət kimi çox zəifdir, heç formalaşmayıb və orada rəsmi dairələrdə təhlükəsizlik strategiyasının nə olduğunu bilən yoxdur. "Yeni sənəd"də yer alan tezislərin məzmununa nəzər saldıqda, bunu aydın görmək olur.
Hər şeydən öncə, "sənəd"də öz əksini tapan ideyalara dövlətin təhlükəsizliyi prizmasından baxaq. Burada ön sözdə "Ermənistan dövlətçiliyi"nin tarixinə uydurulmuş, faktlarsız uzun-uzadı "nəzər" salınır. Hətta Babilin yer üzündən silinməsi "erməni qələbəsi" kimi nəzərdən keçirilir. Fikir aydındır: indi də kimlər Ermənistana qarşıdırsa, yer üzündən silinəcək! Deməli, lap qədimdən erməni ideyasının "erməniçiliyində" öz xalqına sevgi yox, başqasına nifrət mərkəzi yer tutub. Erməni siyasi-ideoloji şüuru konstruktiv deyil, yaratmağı, dünya ilə bütünləşmiş şəkildə yanaşı yaşamağı anlamır. Əsas məqsəd başqasının bədbəxtliyi üzərində özünə xoşbəxtlik axtarmaqdan ibarətdir. Bunun nəticəsidir ki, min il ermənilərin öz dövləti olmadı, indi qondarılan isə formalaşmayıb. Babilin yer üzündən silinməsi bunun yanında yüngül bədbəxtçilikdir.
Ön sözdən də açıq hiss olunur ki, indiki erməni rəhbərliyi, ümumiyyətlə, dünya mədəniyyətinə, ermənilərə aid olmayan hər şeyə ya nifrət edir, ya da yuxarıdan aşağı baxır. Belə görünür ki, bütün dünya Ermənistanın təhlükəsizliyini təmin etməklə məşğul olmalıdır. Bunun üçün erməni mədəniyyətini hamının qorumalı olduğu halda, ermənilərin başqalarının mədəniyyətlərini mənimsəmək və ya dağıtmaq haqqı var. Ermənilər alçaq müharibə belə aparsa, bu, "azadlıq mübarizəsi" kimi qeyd-şərtsiz qəbul edilməlidir. Lakin onların təcavüzkarlığının qarşısını kimsə almaq istəsə, bu, artıq ya "soyqırımı", ya da dünya mədəniyyətinə "təhlükə"dir. Bu səbəbdəndir ki, N.Paşinyan utanmadan deyir ki, "etnik cəhətdən ermənilərlə azərbaycanlılar uyğunsuzdurlar"! Dünya tarixində irqçilik, şovinizm və ultramillətçiliyin başqa belə nümunəsi yoxdur. Ermənistana havadarlıq edənlər, görəsən, heç utandılarmı?
Əslində, N.Paşinyan başqa məzmunda ön söz yaza bilməzdi. Çünki, birincisi, çox savadsız məxluqdur. İkincisi, bir neçə il öncə, "soyqırımı bizi xəstə edib", "dünyaya düz baxa bilmirik" kimi fikirlər yazan bir mövcudat indi "məxməri sıçrayışla" bunun tam əksini deyir. Görünür, Rusiyada fəaliyyət göstərən başqa bir erməni şovinistin "nənəsinin üzünə tüpürməsindən" ehtiyat edir. Hər bir halda ön sözdən tam aydın olur ki, Ermənistanın "milli təhlükəsizlik strategiyası" adlanan "sənəd"i zibil qutusundan başqa bir yerə layiq deyil.
"Sənəd"in konkret müddəaları da bu qənaəti təsdiq edir. Bu bağlılıqda öncə onu deyək ki, ermənilər buraya şeir də salıblar. Həmin şeir də başqasının ölümünə sevinc hissi ilə doludur. Yuxarıda vurğuladığımız kimi, babillərin məhv edilməsinə qisasçı yanaşan birinin şeirini strateji adlandırdıqları "sənəd"ə daxil edirlərsə, deməli, keçmişdən gələn nifrət və qisasçılığın əsiridirlər. Reallıqda ermənilər gələcəyə deyil, keçmişlərindəki psixoloji qüsurlara, natamamlıqlara köklənirlər. Bu isə dövlətçiliyə fayda vermədiyi kimi, müasir tarixi mərhələdə baş verən müxtəlif prosesləri obyektiv qiymətləndirməyə də ciddi əngəl olacaq. Deməli, yaxın perspektivdə də Ermənistanın müstəqil dövlət kimi formalaşması imkanı minimumdur. Bu isə regionda qeyri-müəyyənliklərin, risklərin və təhdidlərin qalması ehtimalından xəbər verir. Yəni, əslində, həmin "sənəd" təhlükəsizlik deyil, təhlükəlilik və risklər sənədidir.
Bu məqam ondan qaynaqlanır ki, rəsmi İrəvan hələ də uzunmüddətli təhlükəsizliyi təmin edə biləcək faktorları, dəyərləri, ideoloji elementləri, sosial-siyasi trendləri müəyyən edə bilməyib. Konkret olaraq, "məxməri inqilab" adlanan və real məzmunu, məqsədi və meydana gəlmə üsulu erməni cəmiyyətində deyil, xaricdə müəyyən edilən hadisənin "strateji sənəd"də izahı bu baxımdan təsadüfi görünmür. Bu onu göstərir ki, Ermənistan siyasi şüuru və cəmiyyətin ümumi kreativlik potensialı böhran vəziyyətindədir. Erməni cəmiyyəti dövlətçilik baxımından layiqli olan dəyərlər yarada bilmir. İstənilən dövlətin tarixində bir fraqment olan hansısa inqilabi (hələ onun ermənilər üçün inqilab olduğu da məlum deyil) hadisəni uzunmüddətli "proqram xarakterli sənəd"ə salırlarsa, deməli, söhbət naşılardan və nə edəcəklərini dəqiq bilməyənlərdən gedir.
Hər bir inqilab gerçəklikdə konkret tarixi-siyasi, geosiyasi, hərbi, geoiqtisadi və sair şərtlərin müəyyən təsir konfiqurasiyasının nəticəsidir və həmin "tarixi an"da kəskinləşmiş ziddiyyətlərin həlli üsuludur. Bu lokal hadisəni strateji səviyyəyə qaldırıb, onu "əbədiləşdirmək" cəhdi xırda siyasi-ideoloji hesabların əsiri olmaqdan qaynaqlanır. N.Paşinyan bu prinsipial məsələdə də ağızdolusu danışdığı erməni xalqına yalan satır, hiylə gəlir, onun taleyini öz şəxsi marağına "bağlamağa" çalışır. O, hiss edir ki, bir siyasətçi və baş nazir kimi iflasa gedir və bunu cəmiyyət duyur. Xilas yolunu başqa hiylələrlə yanaşı, "strateji sənəd"də görür. Lakin hakimiyyət dəyişəndə, Ermənistanın milli təhlükəsizlik strategiyası da dəyişəcək. Bu isə nə millilikdir, nə də strategiya – naşı siyasətçinin adi və qaba söz oyunudur!
Qonşularla münasibətlərin "strategiyası": işğal, işğal, işğal...
Bunlar "strateji" sənəddə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin "izahı"nın gülünclüyü və bəsitliyi yanında toya gedəsidir. Əlbəttə, Azərbaycan və Türkiyə ittiham edilir, onların "təcavüzkarlığı açılır", "soyqırımı" nağılına geniş yer verilir. Dağlıq Qarabağdakı terrorçu rejimin necə və hansı məqsədlə yaradıldığı haqqında, təbii ki, kəlmə də yoxdur. Orada lap qədimdən guya ermənilər yaşayıblar və Ermənistanla Dağlıq Qarabağdan aborigen azərbaycanlılar deportasiya olunmayıblar və s. Bir sözlə, Ermənistan havadarlarının ciddi yardımı ilə Azərbaycan torpaqlarını işğal etməyibmiş və lap qədimdən "Arsax xalqı" varmış.
2016-cı il Aprel döyüşləri və bu il Tovuz istiqamətində olan erməni hərbi təxribatı eyni məntiqlə təqdim edilir. Görünür, hər iki hadisədə erməni ordusunun aldığı ağır zərbələri reanimasiya etməyin başqa üsulunu tapa bilməyiblər.
Bu kimi nağılları küçələrdə erməni şovinistlərinə danışa bilərlər, ideoloji müstəvidə haradasa deyə bilərlər, hətta siyasi danışıqlarda belə "improvizələr" edə bilərlər, lakin normal dövlət üçün strateji əhəmiyyət kəsb edən bir sənədə bu kimi yalanları salmaq böyük gülünclükdür. Aydın görünür ki, burada siyasi qərəz və tarixi təhrif olunmuş şəkildə təqdim etmək meyli vardır. Ona görə ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş 7 rayon beynəlxalq birlik tərəfindən tarixi, rəsmi, siyasi və geosiyasi baxımdan Azərbaycan ərazisi kimi tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində isə konkret olaraq göstərilib ki, işğalçı Ermənistan silahlı qüvvələri (əslində havadarların hərbi gücü) Azərbaycanın zəbt edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar. Məsələnin hərbi yolla həll edilməsinin arzulanmaması isə daha insan qanı tökülməməsinin istənilməsidir. Bu adi, aydın və sadə həqiqəti danıb, "strateji" adlandırdıqları bir "sənəd"ə öz xülyalarını daxil edirlərsə, onlar tam xəstə adamlardır. Əlbəttə, bu "sənəd" nə reallaşa bilər, nə də uzun müddət qala bilər. Çox keçməz ki, ermənilərin özləri onu kənara qoyarlar.
Bunların fonunda "sənəd"də xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edirlər. Erməni siyasiləri, ümumiyyətlə, bu məsələdə o dərəcədə birtərəfli və səviyyəsiz mülahizələr irəli sürürlər ki, adi gözlə belə onu görmək mümkündür. Birincisi, çox asanlıqla sübut edilir ki, Dağlıq Qarabağda yalnız ermənilər yaşamayıblar və həm də onlar buraya Rusiya imperiyası tərəfindən köçürülmədirlər. İkincisi, əgər ermənilər Dağlıq Qarabağdan və ətraf rayonlardan 100 minlərlə azərbaycanlını deportasiya ediblərsə, hansı haqla öz müqəddəratını təyinetmə prinsipindən danışa bilərlər? Öz yurdlarından qovulmuş insanlar öz müqəddəratlarını necə təyin etməlidirlər? Bəlkə onların buna hüquqları çatmır? Üçüncüsü, ermənilər bir dəfə öz müqəddəratlarını Azərbaycan əraziləri hesabına təyin ediblər. Növbəti dəfə buna hüquqlarının olmadığı tam aydındır. Dördüncüsü, erməni məntiqinə görə, azərbaycanlılar Göyçədə, Zəngəzurda, İrəvanda öz müqəddəratlarını təyin etməlidirlər.
Əlbəttə, başqa məqamlardan da danışmaq olar. Ancaq aydındır ki, erməni siyasiləri bu məsələdə də tam riyakar və yalançı mövqedədirlər. Onu rəsmi sənəddə təsbit etmək onların siyasi şüurunun ciddi qüsurundan xəbər verir. Bundan başqa, Ermənistan rəhbərliyi faktiki olaraq beynəlxalq sənədlərdə və ATƏT-in Minsk qrupunun müəyyən etdiyi meyarların ifadə olunduğu sənədlərdə yer almış tezislərə qarşı çıxış edirlər. Onların hər birində sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmini ilk sırada qeyd olunur. Məsələn, Avropa İttifaqının bu il qəbul edilən sənədlərində xüsusi vurğulanıb ki, "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təmini prioritetdir. Belə çıxır ki, Ermənistan beynəlxalq səviyyədə qəbul edilən rəsmi sənədləri saymır, hüquq normalarını çeynəyir və təcavüzkarlığına davam edir. İrəvan işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə açıqca ört-basdır etməyə çalışır. Bu şərtlərlə onun beynəlxalq təşkilatlarda üzvlüyü məsələsi nə dərəcədə doğrudur? Və həmişə humanizmdən dəm vuran böyük dövlətlər bu cür açıq-aşkar qanun pozuntusuna niyə səslərini çıxarmırlar? Burada geosiyasi mənası olan iki məsələni vurğulamaq lazımdır.
Həmsədrlərin şıltaq çocuğu: ATƏT-n Minsk qrupu yenə susur...
Onlardan biri Ermənistanın birbaşa Minsk qrupu çərçivəsində aparılan danışıqları həmin "sənəd"lə sabotaj etməsi ilə bağlıdır. Bu da öz növbəsində həmsədrlərin ciddi tədbir görməsini zəruri edir. Əks halda, danışıqlar ya imitasiya müstəvisinə keçməlidir, ya da dayandırılmalıdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, rəsmi Bakı danışıqlarda imitasiyanı qətiyyətlə rədd edir. Deməli, ya ermənilərin başına ağıl qoymalıdırlar, ya da Azərbaycan Ordusu hərbi əməliyyatlar keçirməlidir.
İkinci məqam sənəddə Ermənistanın başqa dövlətin əraziləri ilə bağlı şərhləri öz strateji məqsədləri kontekstində verməsi ilə əlaqəlidir. Bu, birbaşa təcavüz və beynəlxalq qanunları tapdalamaq deməkdir. Hətta Azərbaycanın mərkəzində yerləşən Gəncəni öz bildikləri kimi adlandırıb, oraya iddianı ortaya qoymağa çalışmaları, Naxçıvan haqqında iddialı fikirlər işlətmələri göstərir ki, Ermənistan hələ sülh və barışdan çox uzaqdır. Onun dərsi verilməlidir. Başqa yol qalmır.
Əslində, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv, aqressiv və orta əsr məntiqi ilə özünün milli təhlükəsizliyinə yanaşacağı gözlənilən idi. Çünki N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müəyyən olunmuş formatını ağılsız və əsassız qaydada dəyişmək cəhdləri çox məqamlardan xəbər verir.
Hazırkı Ermənistan rəhbərliyi "Qarabağ Ermənistandır və nöqtə" və ya "yeni torpaqlar naminə yeni müharibə" kimi bəyanatlar verməklə göstərirlər ki, öz işğalçı davranışlarından imtina etmək fikrində deyillər. Hətta illərdir formalaşmış baza prinsipləri belə məsuliyyətsizcəsinə dəyişmək həyasızlığından belə qalmırlar. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq deyir ki, artıq oturuşmuş danışıqlar formatının dəyişdirilməsi mümkün deyildir. Buna rəğmən, rəsmi İrəvanın inadkarlığını nə ilə izah etmək olar? Rəsmi İrəvan daha da qabağa gedərək strateji adlandırdığı bir "sənəd"ə öz sərsəm tezislərini daxil etməkdən çəkinmir. Geosiyasi baxımdan maraqlı məqamlardan biri bundan ibarətdir.
Hamıya aydındır ki, dövlət olaraq öz gücünə Ermənistanın bu cür davranmasına heç bir əsas yoxdur. Ermənistan dünyanın ən zəif dövləti gücünə sahib olan ölkələrdəndir. Deməli, rəsmi İrəvanın şıltaqlığı xaricdən olan dəstəkdən qaynaqlanır. Buraya ilk növbədə erməni diasporu daxildir. Erməni diasporunu da təsirli edən böyük havadar dövlətlərin öz geosiyasi maraqlarına uyğun müəyyən ölkələrdən daha güclülərə qarşı istifadə etmək niyyətidir.
Ermənistanı, sirr deyil ki, ABŞ, Avropa, Latın Amerikasının bir sıra ölkələri və Rusiya açıq dəstəkləyir və havadarlıq edirlər. İran isə dolayısı ilə bir sıra hallarda gizli olaraq İrəvana kömək edir. Bu o deməkdir ki, Ermənistanın hazırkı rəhbərliyinin özünü barışmaz və təxribatçı aparmasının başlıca səbəbi, ona kənardan olan dəstəklə bağlıdır. Konkret olaraq, N.Paşinyana "Soros fondu" da ciddi yardım edir. Dünya KİV-ləri yazır ki, indi Ermənistanda hakimiyyətdə olanlar "Sorosun uşaqlarıdırlar".
Məsuliyyət hissi: beynəlxalq təşkilatlar və vasitəçilər nə düşünürlər?
Belə çıxır ki, rəsmi İrəvanın təhlükəsizliklə bağlı öz "strateji sənədində" qondarma bir qurumun qeyd-şərtsiz və sərhədsiz olaraq öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb etməsi və hətta terrorçu yığınını "azad ölkə" qismində tanıdığını bildirməsi təsadüfi deyil. Bu halda geosiyasi qapalı dairə alınır: münaqişəni həll etməli olan qüvvələr real olaraq təcavüzkara dəstək verirlər və bununla da faktiki olaraq işğalı qanuniləşdirməyə çalışırlar. Bu qapalı dairənin qısa məzmunu da rəsmi İrəvanın təhlükəsizliklə ilgili "strateji sənədi"ndə öz ifadəsini tapır.
Bunlar onu göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı ümumi sözlərdən imtina edib, Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıq etməli və sonrakı addımda ona qarşı konkret addımlar atmalıdır. Xüsusilə "sənəd"də "danışıqların əsas məqsədinin müharibənin nəticələrinin qorunub saxlanması olmalıdır" kimi militarist bir fikrin yer almasına Minsk qrupu dərhal reaksiya verməlidir. Çünki bu, ilk növbədə, Ermənistanın işğalçılığına haqq qazandırmağa cəhddir. Halbuki bütün beynəlxalq sənədlərdə münaqişənin həlli Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə sıx bağlı təqdim edilir.
Minsk qrupunun özünün də müəyyən etdiyi prinsiplərdə danışıqların məqsədinin müharibənin nəticələrini qorumaqla bağlı olması haqqında zərrə qədər də fikir yoxdur və ola da bilməz. Əslində, bu barədə rəsmi saydığı "sənəd"də konkret müddəa yazmaqla Ermənistan özünün işğalçı mahiyyətini və məqsədinin bu işğalın nəticələrinə hüquqi don geyindirməkdən ibarət olduğunu nümayiş etdirmiş olur. Çünki müharibə vasitəsilə qonşu dövlətin ərazilərini ələ keçirməkdən dəm vurursa, deməli, işğalçıdır. Digər tərəfdən, əgər vasitəçilər də əvvəlcədən nəticənin münaqişənin həllinin ədalətli olması deyil, erməni tərəfinin maraqlarının təmin edilməsindən ibarət olduğunu düşünürsə, onda hansı real vasitəçilikdən danışmaq olar? Bu o deməkdir ki, ermənilər həmsədrlərin ədalətli deyil, ermənipərəst olduqlarına əmindirlər.
Avtomatik olaraq Minsk qrupunun səmərəsiz və hətta zərərli fəaliyyət göstərdiyi qənaəti alınır. Bunu həmsədrlər təkzib etməyə borcludurlar. Yoxsa yenə də "xarici işlər nazirləri görüşəcək" kimi sözlərlə baş aldatmaqdan bir nəticə hasil olmayacaq. Azərbaycanda rus mədəniyyəti və dilinin vəziyyətindən razı qaldıqlarını tez-tez dilə gətirən Rusiya rəhbərliyi də şübhəsiz ki, bu vəziyyəti anlayır. Bu dünyada sonsuz heç nə yoxdur...
Nəhayət, "sənəd"də Ermənistan rəhbərliyinin demokratiya və insan haqlarından dəm vurması ironiyadan başqa bir hiss yaratmır. Lakin bu da təsadüfi deyil. İnsan haqları ilə "məşğul" olan beynəlxalq təşkilatlar erməni radikal şovinistlərinə, terrorçu xislətli siyasilərinə əməlli-başlı meydan veriblər. Onlar yalan hesabatları və müsəlman ölkələrinə qarşı qərəzli mövqeləri ilə Paşinyan kimilərinin demokratik obrazını formalaşdırmağa çalışırlar.
"Soros fondu"nun da bu sahədə təcrübəsi az deyil. Məhz bu səbəbdəndir ki, uzun illərdir milyonlarla insanı öz yurdundan vəhşicəsinə deportasiya edən, çoxlu sayda qadın, qoca və uşağı əsir saxlayıb, onların ləyaqətlərini alçaldaraq təhqir edən, dinc sakinlərin həyatına qəsd edən, çox alçaq üsullarla informasiya savaşı aparan Ermənistan siyasi və hərbi dairələri hələ də "demokratdır"lar və insan haqlarından utanmadan danışa bilirlər.
Lakin başqa bir həqiqət də var. Tarix belə şeyləri bağışlamır və ört-basdır etmir. Azərbaycan müstəqil dövlət kimi sürətlə güclənir. İndi onun real dövləti gücü Ermənistandan qat-qat yüksəkdir. Bu proses davam edəcək. Və erməni təcavüzkarları, terrorçuları, radikalları ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Onda dünyanın böyük dövlətləri, siyasətçiləri, hüquq müdafiəçiləri, insan haqlarından dəm vuranlar hansı vəhşilərə arxa olduqlarına çox utanacaqlar (əgər üzləri varsa!). O gün mütləq gəlməlidir. Əks halda, dünyada mərhəmət, humanizm və ədalətin heç bir əhəmiyyəti qalmayacaq!
Kamal Adıgözəlov
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM