Ermənistan Moldovaya arxadan zərbə endirib

16:48 / 02.09.2020

Bir neçə gün bundan əvvəl Transnistriyanın qondarma “paytaxtı” Tiraspolda növbəti təxribatçı tədbir – heç kəs tərəfindən tanınmamış “Dnestryanı Moldova Respublikası”nın 30 illiyi şərəfinə dəbdəbəli təntənələr təşkil edilib. Bu tədbirin bir sıra şübhəli (konkret halda isə məhz şübhəsiz) iştirakçıları arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Milli Məclisinin spikeri” Artur Tovmasyanın başçılığı ilə nümayəndə heyəti də iştirak edirdi. NewsRu.md saytında dərc edilmiş “Ermənistan Moldovaya arxadan zərbə endirib” sərlövhəli məqalə bu barədədir.

Həmin məqaləni təqdim edirik.

“Təyini-müqəddərat” və başqa gəlişigözəl sözlərlə zəif maskalanmış sərhədlərin güclə dəyişdirilməsi nə demək olduğunu Moldova ictimaiyyətinə izah etməyə yəqin ki, ehtiyac yoxdur. Hələ Transnistriyanı Moldovadan qoparmaq üçün göstərilən ilk cəhdlərdən əvvəl Ermənistan Azərbaycanın Qarabağ bölgəsinə iddia edirdi. 1992-1993-cü illərdə keçmiş SSRİ məkanındakı ölkələr mövcud sərhədlər daxilində tanındığı vaxt Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərək onun vətəndaşlarının orta hesabla hər 7 nəfərindən birini, toplam 1 milyon insanı qaçqına çevrilib.

Lakin bu gün söhbət başqa məsələ - Moldova dövlətinin əzəli maraqları barədədir.

İlk növbədə qeyd etməliyik ki, bu cür separatist qurumlar heç də vakuumda mövcud deyil. Qarabağ separatçılarından (əgər “işğalçı rejim” ifadəsi kiminsə qulağına xoş gəlmirsə onları belə də adlandırmaq olar) ibarət nümayəndə heyətlərinin Tiraspola səfər etmələri ilk dəfə deyil. Onların oraya hansı yollarla gedib çıxması da maraqlıdır. Bu faktı unudanlara xatırladaq ki, Transnistriyaya iki yolla getmək olar: ya Ukraynadan, ya da Moldova Respublikasının rəsmi sərhədindən keçməklə. Bizdə olan məlumata görə, Qarabağdan olan erməni separatçıların nümayəndə heyəti bu dəfə Ukrayna sərhədindən keçib. 2016-cı ildə isə, həmin nümayəndə heyəti Tiraspola Kişinyovdan gəlmiş və geri qayıdanda Ukraynadan keçmişdi.

Daha maraqlı məqam Tiraspoldan olan nümayəndələrin cavab səfərləridir. Onlar tanınmamış “DQR” ərazisinə dəfələrlə, özü də Yerevandan səfər ediblər.

İndi isə bir qədər “diplomatik bürokratiya”. Belə separatist qurumların hamısı “təyini-müqəddərat” barədə mühakimə yürütməyi və özlərini “müstəqil dövlətlər” kimi qələmə verməyi xoşlayırlar, əslində isə onlar yalnız işğalçı oyuncaq rejimlər kimi mövcuddur. Heç kəs üçün sirr deyil ki, qondarma Dağlıq Qarabağ Respublikasının arxasında Ermənistanın rəsmi hakimiyyət orqanları dayanır. Bir məqama diqqət yetirmək kifayətdir ki, ATƏT-in şəxsində dünya birliyi Qarabağda münaqişənin tərəfləri kimi Azərbaycanı və Ermənistanı müəyyən edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair danışıqlar rəsmi Yerevan ilə rəsmi Bakı arasında aparılır.

Artur Tovmasyan tipli personaların “müstəqilliyi”nə inanmaq heç cür mümkün deyil. Deməli, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Milli Məclisinin spikeri” Artur Tovmasyanın başçılığı ilə “DQR” nümayəndə heyətinin Transnistriyaya səfəri, əvvələn, beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddidir. İkincisi, bu, Ermənistan tərəfindən açıq-aşkar düşmənçilik addımı, daha dəqiq desək Moldovanın kürəyinə zərbədir. Bu fakt ən azı heyrət doğurur. Gəlin realist olaq: Ermənistan nümayəndə heyətinin Moldovanın qanuni hakimiyyət orqanlarının nəzarəti altında olmayan ərazilərə nümayişkaranə şəkildə səfər etməsi, Moldova hakimiyyət orqanlarının xəbəri olmadan başqa dövlətin sərhədindən keçərək Transnistriyaya gəlməsi Moldova Respublikasının sərhədlərinə və ərazi bütövlüyünə nümayişkaranə hörmətsizlikdir.

Yerevanda Moldova ilə Ermənistan arasında əməkdaşlıq və tərəfdaşlıqdan, bu iki ölkənin xalqları arasında dostluqdan dəm vurmağı xoşlayırlar, lakin Moldovanın arxasında açıq-aşkar ikili oyun oynanılır. Başqa sözlə desək, ikili standartlar siyasəti yürüdülür. Belə olmasaydı, Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindən olan separatçılar Tiraspola sadəcə gedib çıxa bilməzdi.

Bütün bunlar o deməkdir ki, Moldovanın rəsmi hakimiyyət orqanları Yerevanın bu cür hoqqabazlıqlarına artıq bu gün münasibət bildirməlidirlər. Daha dəqiq desək, bunu hələ dünən, özü də sərt ssenari üzrə etməli idilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM