Tarix yazan şanlı ordumuzun zəfəri yaxındır

18:06 / 07.10.2020

 

Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusunun layiqli cavabı xalqımızda fərəh və qürur hissləri doğurdu. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq, Azərbaycanın şanlı bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.


Əsrlər boyu öz əsassız torpaq iddiaları ilə bütün regiona təhdid olan Ermənistanın siyasi rəhbərliyi danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə Qarabağı Ermənistanın ərazisi hesab etməklə bütün danışıqlara zərbə vurmuş, Azərbaycana başqa çıxış yolu qoymamışdır. Azərbaycan düşmənə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməklə sübut etdi ki, bu gün heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz, bizə şərt qoya bilməz. Bütün dünya birliyi bilir və bilməlidir ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, Biz haqq mübarizəsi aparır və öz torpaqlarımızın azad edilməsi uğrunda vuruşuruq. Ermənistan isə hərb qaydalarına əməl etmir, mülki əhalini atəşə tutur, ağır artilleriya və raketlərdən cəbhə boyu yaşayış məntəqlərinə hücumlar təşkil etməklə provakasiya yolu ilə üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyir. Bu da Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir ki, həmsədr ölkələr və beynəlxalq qurumlar bu məsələyə öz münasibətlərini mütləq qaydada bildirməlidirlər.


Bölgədə sülhün və sabitliyin təmin olunmasına daim öz töhfəsini verən Azərbaycan münaqişənin nizamlanması istiqamətində bundan sonra illərlə gözləmək niyyətində olmadığını açıq şəkildə ifadə etmişdir. Bu illər ərzində BMT-nin işğalçıların torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsini, Beynəxalq hüququn prinsiplərini, mülki əhalini hədəf almaqla Cenevrə Konvensiyasının tələblərini pozan təcavüzkar Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar işğalçı siyasət yürütdüyünə görə ona qarşı təzyiqlər artırılmalı, sanksiyalar tətbiq edilməli, bu siyasətə son qoyulması üçün qəti addımlar atılmalı və işğalçı dövlət beynəlxalq birliyin iradəsinə tabe etdirilməli idi. Lakin təəssüf ki beynəlxalq təşkilatlar uzun illər ərzində bu istiqamətdə zəruri heç bir tədbir həyata keçirə bilmədilər, əksinə münaqişənin həllini uzatmaqla regionda təhlükə mənbəyinə çevrilən Ermənistanın riyakar və təxribatçı siyasətinə göz yumdular. Otuz ilə yaxındır ki, bu qətnamələrə məhəl qoyulmur. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salır.


Beynəlxalq təşkilatların diplomatiya yolu ilə edə bilmədiklərini bu gün Azərbaycanın müzəffər ordusu əks-hücumla, düşmənə sarsıdıcı zərbələr vurmaqla həyata keçirir, şərəf və ləyaqətə döyüşür, üçrəngli müqəddəs bayrağı azad edilmiş torpaqlarda ucaltmaqla düşmənə və onun havadarlarına göz dağı verir.


Fərəhləndirici haldır ki, bu gün istər Ordumuzda, istərsə də cəmiyyətimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi mövcuddur. Azərbaycanın yaşından asılı olmayaraq minlərlə vətəndaşı könüllü cəbhədə vuruşmaq üçün səfərbərliyə cəlb olunduğu halda, erməni əsgərləri qolu zəncirli halda, könülsüz və məcburən döyüşə qatılır. Budur Azərbaycan xalqının vətənpərvərliyi və məğrurluğu.


Qeyd ediləsi vacib məqamlardan biri də budur ki, Azərbaycanda bu gün mövcud olan dövlət-ordu-xalq birliyi zəfərimizin əldə olunmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın müstəqillik tarixində artıq neçənci dəfədir ki, müxtəlif fərqli məqsədi və məramı olan siyasi partiyalar siyasi mədəniyyət nümunəsi və həmrəylik göstərirlər.


Bu gün bütün cəmiyyətimiz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, müqəddəs torpaqlarımızı işğaldan azad etmək missiyasında öz üzərilərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hazırdırlar. İşğal altında olan torpaqlarımızın geri qaytarılması ilə bağlı dövlətimizin başçısının qətiyyətli və dönməz mövqeyi xalqımızda böyük inam yaratmış, ordumuzun şücaəti ilə zəfərimizin tezliklə əldə olunacağı artıq zərurətə çevrilmişdir. Əminik ki, Qələbəmiz davamlı olacaq və xalqımız itirilən torpaqlarına çox yaxında qovuşacaqdır. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!


Rəşad Cabarov,
BDU HİK-nin sədri, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM