Milli birlik və siyasi həmrəylik – Qələbəyə aparan yol

08:49 / 08.10.2020

Bu gün Azərbaycan xalqının zəngin və qədim tarixinin ən şərəfli səhifəsi yazılır.

Döyüşlə yazılır... Fəxarət və yüksək qürur hissi ilə yazılır...

Ordumuzun erməni işğalçılarının hərbi təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı davam etməkdədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu, bu gün döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşmış Azərbaycan Ordusu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uzun illər işğala məruz qalmış bir çox yaşayış məntəqələrini, strateji əhəmiyyətli yüksəklikləri azad edib, bu ərazilərdə üçrəngli bayrağımızı dalğalandırıb. Son günlər cəbhə xəttindən gələn xoş xəbərlər hər birimizi qürurlandırır, doğma torpaqlarımızın tamamilə işğaldan azad olunacağına inamımızı artırır.

Növbəti təxribatı törətməklə müxtəlif növ silahlardan, ağır artilleriyadan mövqelərimizi, şəhərlərimizi, kəndlərimizi atəşə tutan Ermənistan öz dövlət siyasətinin yalnız faşizmə və terrora bağlı olduğunu bir daha nümayiş etdirdi. Dinc əhaliyə qarşı bu cür qəddarlıq ancaq faşist xislətli dövlətə məxsus ola bilər.

Güclü, qüdrətli, döyüş ruhlu Ordumuzun keçirdiyi uğurlu əks-əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itirərək geri oturdulub. Azərbaycan Ordusu günbəgün mənfur düşmən üzərində Böyük Qələbəyə yaxınlaşır.

Ordumuzun döyüş hazırlığı səviyyəsi yüksək, maddi-texniki bazası möhkəmdir. Şəxsi heyət müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığına malikdir. Amma Ordumuzun qüdrətini artıran ən başlıca amil onun xalqla olan birliyidir. Məhz sarsılmaz xalq-ordu-dövlət birliyi Azərbaycanın düşmən üzərində qələbəsini təmin edəcəkdir.

Xalqımızın milli birliyi, cəmiyyətimizdə hökm sürən milli həmrəylik, xalqla iqtidarın birliyi ölkənin siyasi həyatına da öz müsbət təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı Azərbaycanda siyasi həmrəyliyin bariz nümunəsidir. Yalnız Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Bu anti-milli ünsürlər açıq aşkar nümayiş etdirdilər ki, onlar milli məsələlərdə həmrəylik göstərə bilmir, “beşinci kalon”un tapşırıqlarını yerinə yetirərək düşmən dəyirmanına su tökməklə vətənə və dövlətçiliyə xəyanət yolunu tutublar. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını üzə çıxarmış oldu.

Ölkə siyasətçilərini birləşdirən mənfur qonşumuzun işğalçı siyasətinə qəti etiraz və xalqımızın haqq, ədalət tələbidir. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınamış, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulamışlar. Birgə bəyanatda beynəlxalq hüququn aliliyinin bərqərar olunması tələb olunur, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığı vurğulanır, dövlət başçısının işğal olunmuş ərazilərdə status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğu barədə fikri dəstəklənir.

Azərbaycan dövlətinin ədalətli və məsuliyyətli mövqeyi ölkə Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikri ilə ifadə olunmuşdur. Savaş Azərbaycan ərazisində, Ermənistanın işğal etdiyi torpaqlarda gedir. Savaş bu torpaqların işğaldan azad edilməsi, Azərbaycanın dövlət sərhədlərinin bərpa olunması, bölgədə sülhün və əmin-amanlığın bərqərar olması uğrunda gedir. Azərbaycan sülhü hərtərəfli dəstəkləyən, beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətdir. 30 ilə yaxın müddətdə atəşkəsi qoruyub saxlamaq, BMT qətnamələrinin icrasını gözləmək... Məgər bu bu cür yaşam tərzi xalqımızın və dövlətimizin sülhsevərliyindən xəbər vermirmi? Amma Ermənistan sülhü və beynəlxalq hüququ rədd edən dövlətdir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar dövlət siyasəti faşizm ideologiyasına əsaslanan Ermənistanın terrorla yoğrulmuş xislətinin göstəricisi deyilmi? Çox təəssüf ki, cavabı müsbət olan bu suallara güc dövlətləri və beynəlxalq təşkilatlar cavab tapa bilmir. Daha doğrusu, mövcud reallıqla bağlı bu ritorik sualları cavablandırmaq istəmir.

Qonşu ərazisinə göz dikən, onu amansızlıqla işğal edən, dinc əhalini qətlə yetirən Ermənistanın təxribatlarına susmaqla, onun işğalçılıq siyasətinə göz yummaqla dünya siyasətinə təsir göstərmək iqtitarında olan nüfuzlu  təşkilatlar beynəlxalq riyakalığa və ikili standartlara imza atmış olurlar. Xüsusilə Minsk Qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti 30 ildir davam edən işğala qarşı heç bir ciddi tədbirlərin görülməməsi regionda sülhün təmin olunmasına ciddi maneə yaratmış, münaqişənin həllinin uzanmasına rəvac vermişdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi illərdir ki təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmirsə, işğalçı ölkə öz adı ilə çağırılmırsa, beynəlxalq hüquq işləmirsə, şablon bəyanatların verilməsinin bizim üçün artıq heç bir əhəmiyyəti qalmamışdır. Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanlar nəhayət öz məsuliyyətlərini başa düşməlidir. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar. Yalnız ondan sonra atəşkəs rejiminin bərpasından söhbət gedə bilər. Bu Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu barədə dəfələrlə beynəlxalq platformalarda, nüfuzlu xarici media qurumlarına müsahibələrində öz qəti fikrini bildirmiş, Ermənistan rəhbərliyinin çirkin və terrorçu siyasətinin mahiyyətini konkret faktlara ifşa etmişdir.

 4 oktyabr tarixində cənab Prezidentin Xalqa müraciəti iə bağlı tarixi çıxışı hər bir azərbaycanlıda qürur hissi oyatmaqla yanaşı, cəmiyyətimizdə qələbə əzmini daha da genişləndirdi. Şanlı ordumuzun Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad edilməsi münasibətilə xalqa təbriklərini çatdıran Ali Baş Komandan eyni zamanda Ermənistan və onun havadarlarına hərbi və siyasi dərs verdi. ATƏT-in Minsk Qrupunun faydasız fəaliyyətinə, bəzi beynəlxalq təşkilatların münaqişə ilə bağlı ədalətsiz mövqeyinə, Avropa İttifaqının laqeyd və ikili münasibətinə, Paşinyanın sərsəm açıqlamalarına, qondarma rejimin Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz fəaliyyətinə xüsusi toxunan Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsinin sarsılmaz olduğunu, təcavüzlə heç bir zaman barışmayacağımızı, Azərbaycanın tarixi ərazilərində ikinci Erməni dövlətinin yaranmasına imkan verməyəcəyimizi açıq şəkildə xalqımıza bəyan etdi.

Bu gün Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda savaş gedir. Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadırlar. Bu, ölkəmizdə milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Birlik, həmrəylik və yekdillik Azərbaycanın Qələbəsini təmin edəcək, Cənubi Qafqaz regionunda sülhü və əmin-amanlığı bərqərar edəcəkdir.

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

Ramin Səmədov, BDU-nun Humanitar məsələlər  və gənclər siyasəti şöbəsinin müdiri


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM