Avropanın qaz bazarı Xəzər dənizinin resursu sayəsində daha da böyüyəcək

16:11 / 16.10.2020

Avropa qaz bazarına yeni mənbədən enerji tədarük ediləcək. BP ilə tərəfdaşları Azərbaycandan Avropanın cənubuna qədər uzanan qaz kəmərinin tikintisinin başa çatdığını elan edib.

Layihəni həyata keçirən konsorsium oktyabrın 13-də bəyan edib ki, ümumi uzunluğu 878 kilometr olan TAP kəmərinin tikintisi 4 il 6 ay davam etmiş işlərdən sonra demək olar ki, başa çatdırılıb. Konsorsiuma daxil olan tərəfdaşlar maliyyə əməliyyatına hazırlıq görür. Yeri gəlmişkən, "S&P Global Platts''ın rəhbəri Ceyms Hakstepin sözlərinə görə, bu kəmərin işə düşməsilə Avropa qaz şəbəkəsində yüklənmə daha da artır: "Hazırda qitənin qaz şəbəkəsi mayeləşdirilmiş qazın tədarükünü həyata keçirməyə və böyük miqdarda qaz nəqlinin öhdəsindən gəlməyə çalışır''.

"S&P Global Platts” enerji sənayesinin təhlili ilə məşğuldur. Qeyd edək ki, TAP kəməri vasitəsilə İtaliyaya illik 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz nəql ediləcək. Bununla da sadalanan ölkələrin Rusiyadan və Şimal dənizindən tədarük etdikləri qazın həcmi azalacaq.

"TAP Cənubi Avropa ölkələrinə qaz nəqlində əsas amilə çevrilir'', – deyə Hakstep bildirib: "Bu, əslində, Şimal-Qərbi Avropaya qaz tədarükünə dolayı yolla təsir göstərəcək. Beləliklə, bir müddət sonra qitənin cənubunda yerləşən ölkələr əvvəlki mənbələrdən daha az enerji resursu tədarük edəcəklər''.

TAP kəmərinin tikintisinin başa çatması Avropa İttifaqı (Aİ) üçün mühüm əhəmiyyət kəsb edir. Aİ uzun illərdir enerji mənbələrini şaxələndirməyə, bununla da Rusiyadan asılılığı azaltmağa çalışırdı.

Bu arada, Almaniya Rusiyanın həyata keçirdiyi mübahisəli "Şimal axını-2'' qaz kəmərini dəstəkləyir. Bu kəmər Baltik dənizi vasitəsilə qitəyə qədər uzanacaq.

TAP isə "Cənub Qaz Dəhlizi''nin bir hissəsidir. Bu layihə vasitəsilə Rusiyaya alternativ olan enerji mənbələrindən qaz tədarük olunacaq. Azərbaycan və Xəzər dənizi hövzəsinin enerji resursu İtaliyaya məhz TAP kəməri vasitəsilə nəql ediləcək. Odur ki, layihəni istər İtaliya, istərsə də Türkiyə dəstəkləyir.

Yeri gəlmişkən, bu gün Avropanın qaz tədarükün təxminən üçdə biri Rusiyanın payına düşür. TAP-la birgə həyata keçirilən bir neçə layihə qitənin Rusiya qazından asılılığının azaldılmasına istiqamətlənib. Digər layihələrə misal kimi, "Baltik kəməri'' (Norveçdən Polşaya qədər uzanan qaz kəməri) və Avropanın sahil bölgələrində tikilən yeni mayeləşdirilmiş qaz terminallarını göstərmək olar.

Bir sözlə, Avropa qaz şəbəkəsini şaxələndirmək niyyətindədir. Sadalanan layihələr də buna hesablanıb. "S&P Global Platts''ın ötən ay dərc etdiyi hesabatında qeyd edilir ki, "bütün bu layihələri Rusiyaya qarşı "vahid cəbhə'' kimi qiymətləndirmək olar''.

Qeyd edək ki, TAP layihəsində BP, SOCAR, İtaliyanın qaz nəqli ilə məşğul olan "Snam SpA'' şirkəti, Belçikanın "Fluxys'' və İspaniyanın "Enagas SA'' şirkətləri əməkdaşlıq edir.

Yeri gəlmişkən, "Bloomberg Intelligence"in təhlilçisi Elçin Məmmədovun sözlərinə görə, yeni tədarükünün bazara təsirini əslində, qaz nəqlinin həcmi artırıldıqdan sonra görmək mümkün olacaq: "Bu, kəmərin işə düşməsindən təxminən 6 ay sonra anlaşılacaq. Amma proses daha da uzana bilər. Çünki bu gün Avropa bazarına böyük miqdarda qaz tədarükü Azərbaycanın enerji resursuna təlabatı bir az azaldır”.

"Hər halda, TAP Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək, qaz mənbələrinin şaxələndirilməsinə kömək edəcək'', – deyə Məmmədov vurğulayıb.

Bu arada, son iki ildə qış fəslinin ötən illərlə müqayisədə isti keçməsi və koronavirus pandemiyası üzündən Avropanın qaz ehtiyatı artıb. Bundan başqa, Avropada bu gün qazın qiyməti son 10 ilin orta illik göstəricisindən aşağıdır. Niderlandın enerji şirkəti olan "Eneco”nun baş qaz treyderi Ahmed Hammudanın sözlərinə görə, Azərbaycandan qaz tədarükü daha çox Cənubi Avropa ölkələrinə təsir göstərəcək. Onun fikrincə, nəticədə Avropanın cənubuna nəql edilən mayeləşdirilmiş qazın və Rusiya təbii qazının həcmi azalacaq: "Bu, Niderlandla İtaliya şirkətləri arasında bağlanan müqavilələrdəki uçurumu da azaldacaq. Biz bunu "PSV" ilə "TTF" şirkətləri arasında əlaqələrdə müşahidə edirik. Artıq onlar son 5 ildəki qədər ödəmələr həyata keçirməyəcək''.

Venessa Dezem

Bloomberg


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM