Beynəlxalq qurumların hesablamalarına görə, Ermənistanda iqtisadi artım tempinin cari ildə neqativ zonada olacağı, ortamüddətli dövrdə isə aşağı olaraq qalacağı proqnozlaşdırılır. Belə ki, “Fitch Ratings”in cari ilin oktyabr ayında verdiyi proqnozlara əsasən, bu ölkədə iqtisadi artım tempinin cari ildə 6,2 faiz, növbəti ildə isə 3,2 faiz təşkil edəcəyi gözlənilir. Buna səbəb kimi COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi və Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması göstərilir. Ortamüddətli dövrdə isə Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi artım tempinin 2019-cu ilə nəzərən daha aşağı səviyyədə olacağını proqnozlaşdırıb və bunu iqtisadi artımın öz potensial səviyyəsinə yaxınlaşması ilə izah edib.
Strategiya.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.
Ermənistanda iqtisadiyyatda yaradılan əlavə dəyərin ən böyük hissəsi indi iflic olan sənayenin payına düşür. Sәnaye mәhsulunun təxminən üçdəikisi emal sənayesində, üçdəbiri isə mәdәnçıxarma və digər sektorlarda istehsal olunub. Emal sənayesində məhsuldarlığı aşağı olan sahələr, o cümlədən qida mәhsullarının istehsalı, içki istehsalı, tütün mәmulatlarının istehsalı, metal istehsalı daha çox paya malikdir. İqtisadiyyatın digər əhəmiyyətli bir hissəsini kənd təsərrüfatı təşkil edir. Belə ki, 2018-ci ilin sonuna kənd təsərrüfatı məşğulluqda 33 faiz, ÜDM-də təxminən 15 faiz paya malik olub.
Ümumi daxili məhsulun xərc komponentlərini təhlil etdikdə iqtisadi artımın hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının istehlak xərcləri olduğunu görə bilərik. 2019-cu ildə qeydə alınmış 7,6 faizlik iqtisadi artıma istehlak xərcləri 10,8 faiz bəndi, o cümlədən ev təsərrüfatlarının istehlak xərcləri 9,3 faiz bəndi, investisiyalar 3,1 faiz bəndi, xalis ixrac 0,1 faiz bəndi töhfə verib.
İstehlak xərclərinin əsas maliyyələşmə mənbələrindən biri xarici ölkələrdən göndərilən pul baratlarıdır ki, bu məbləğ də azalır. 2019-cu ildə xaricdən daxil olmuş pul baratlarının ÜDM-də xüsusi çəkisi 10,9 faiz təşkil edib ki, bu da iqtisadiyyatın xarici faktorlardan asılılığını göstərir.
Son 5 ildə Ermənistanda idxalın ixracı üstələməsi nəticəsində xalis ixrac iqtisadi artıma müsbət töhfə verə bilməyib. İxracın məhsullar üzrə strukturunda mineral maddələr, qiymətli metallar və daşlar, habelə digər metallar cəmi ixracda təxminən 50 faiz paya malikdir ki, bu da iqtisadiyyatın əmtəə qiymətlərindəki dəyişikliklərə həssas olduğunu deməyə əsas verir. Onu da qeyd edək ki, son 10 ildə ixracın məhsullar üzrə strukturunda əhəmiyyətli dəyişiklik baş verməyib.
2001-2008-ci illərdə iqtisadi artımın hərəkətverici qüvvəsini əsas kapitala yönəldilmiş vəsaitlər təşkil edib. Belə ki, həmin dövrdə xaricdən daxil olan pul baratlarının artımı tikinti bumuna səbəb olub. 2009-cu ildə daşınmaz əmlak bazarında köpüyün partlaması nəticəsində investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların iqtisadiyyatda rolu azalmağa başlayıb. Belə ki, birbaşa xarici investisiyalar son 10 ildə azalan dinamikaya malik olub və ÜDM-də xüsusi çəkisi 2009-cu illə müqayisədə 6,9 faiz bəndi azalaraq 2019-cu ildə 1,9 faizə enib. Halbuki, bu göstərici ötən il Moldovada 5 faiz, Gürcüstanda 7,2 faiz, Albaniyada 7,9 faiz, Estoniyada 9,4 faiz təşkil edib. Birbaşa xarici investisiyaların son illərdəki strukturuna diqqət yetirdikdə xarici vəsaitlərin yarıdan çoxunun dağ mədən sənayesinə və enerji sektoruna yönəldiyini görə bilərik.
Ermənistanda ixracı və investisiyaları artırmaq və bununla da dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq üçün bir sıra məsələlər, o cümlədən institutlar, rəqabət, demoqrafiya və infrastruktur ilə bağlı problemlər həllini tapmalıdır.
Məlum olduğu kimi, infrastruktur ixraca və ölkənin birbaşa xarici investisiyalar üçün cəlbediciliyinə təsir göstərən başlıca amillərdəndir. Qeyd edək ki, Ermənistanda cəmi yükdaşımaların həcminin 84 faizi, sərnişindaşımalarının isə 88 faizi avtomobil yollarının payına düşür. Avtomobil yollarının keyfiyyətinə görə 2019-cu ildə dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda Ermənistan 141 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Avtomobil yollarının keyfiyyətinin aşağı olmasının başlıca səbəbi dövlət büdcəsindən yolların tikintisi və saxlanması üçün kifayət qədər vəsaitin ayrılmamasıdır. Belə ki, 2016-cı ildə avtomobil yollarının saxlanmasına yönəldilən xərclərin ÜDM-ə nisbəti 0,14 faiz (12 milyon avro) təşkil edib ki, bu da Ermənistanın İnkişaf Strategiyasında nəzərdə tutulan hədəf göstəricisindən (ÜDM-in 0,25 faizi) aşağıdır.
Ölkədə demoqrafik və sosial-iqtisadi vəziyyətlə əlaqədar əməkqabiliyyətli əhalinin sayında azalma müşahidə olunur. Belə ki, gənclər arasında işsizlik səviyyəsi yüksək olduğundan əməkqabiliyyətli əhali ölkəni birdəfəlik tərk edir. 2018-ci ilin sonuna gənclər arasında işsizlik kişilərdə 31 faiz, qadınlarda isə 46 faiz olub. Əmək qabiliyyətli əhalinin sayına mənfi təsir göstərən digər bir amil 1990-cı ilin əvvəllərindən 2000-ci ilədək yeni doğulan uşaqların sayında qeydə alınan azalmadır. Ümumilikdə Avropa Yenidənqurma və İnkişaf Bankına əsasən, 2008-2017-ci illəri əhatə edən dekadada əməkqabiliyyətli əhali 14,5 faiz azalıb.
Məxməri inqilabdan sonra Ermənistanda korrupsiya ilə mübarizə sahəsində bir sıra tədbirlər, o cümlədən korrupsiya və vergidənyayınma ilə bağlı təhqiqatların başlanılması, bəzi keçmiş dövlət məmurlarının həbs edilməsi həyata keçirilib. Bununla belə, Ermənistanın Qlobal Rəqabətlilik Hesabatında korrupsiya göstəricisi üzrə mövqeyində (141 ölkə arasında 91-ci yer) yaxşılaşma baş verməyib. Dünya Bankı tərəfindən dövlət idarəetməsi sahəsində 2019-cu il üzrə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən Ermənistan region ölkələrindən geri qalır.
Dövlət idarəetməsində qeyd olunan problemlərin nəticəsi olaraq siyasətçilərin bizneslə əlaqəsinin yaranması, habelə daxil bazarın həcminin kiçik olması, ölkənin quru sərhədlərinin əhəmiyyətli hissəsinin bağlı olması iqtisadiyyatda rəqabəti məhdudlaşdırsa da, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş ilkin uğurlar rəqabətin güclənməsinə təkan verib. Belə ki, idxalda qeyri-rəsmi inhisarçılığın və gömrük orqanlarında korrupsiyanın azaldılması ilə bağlı görülmüş işlərin nəticəsində ərzaq məhsullarının idxalı ilə məşğul olan şirkətlərin sayında artım baş verib.
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM