Tarix elmləri doktoru, professor
Fransa Senatı dünən özünün həqiqi sifərini göstərərək, qondarma “Arsax” rejimini- Dağlıq Qarabağın "dövlət müstəqilliyi"ni tanıdı. Qərar tövsiyə xarakterlidir və Fransa hökümətinə tövsiyyə olunur ki, “Dağlıq Qarabağın dövlət müstəqilliyini tanısın!
Senatın mövcud qərarında həm də "Azərbaycan və Türkiyənin hakimyyət dairələrinin muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".
Açıq yalan və uydurma ittihamlar üzərində qurulmuş bu sənəd həm də Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu əksər ərazilərdən öz qoşunları dərhal çıxarmağa" çağırır!
Senat Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın"...
Hüquqşünasların fikrinə görə bu Qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur, lakin bu tipli yanaşmaların dünyadakı analoji münaqişələrə və gələcək sülhyaratma proseslərinə mənfi təsiri də qaçılmazdır.
Fransızlar belə bir absurd qərar qəbul etməklə, Azərbaycan dövləti ilə özünün bütün xoşməramlı və qarşılıqlı-faydalı əməkdaşlıq sərhədlərini yandırdı, Fransa siyasətinin və siyasətçilərinin gerçək sifətini ortaya qoydu.
Mütəxəssislər hesab edir ki, əslində Fransa Senatına nə Dağlıq Qarabağda yaşayan ermənilər, nə də ki, Qarabağ münaqişəsində kimin qalib, yaxud məğlub olması o qədər də maraqlı deyil. Bu kəsim üçün əsas olan öz ölkəsinin bölgədəki hərbi-geosiyasi və geoiqtisadi maraq dairəsidir.
O da həqiqətdir ki, Fransanın Xarici işlər nazirliyi ölkəsini təmsil edən senarorların tələm-tələsik belə bir kəskin və subyektiv qərar verməsindən dərhal narahat oldu və dünən açıqladığı bəyanatda XİN rəsmisi “Senatın Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanımasının nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə hər hansı bir fayda verməyəcəyini” xüsusi vurğuladı. Görünür, Fransanın baş diplomatiya idarəsi ölkəsinin prezidenti Makronun bir az əvvəl erməniləri açıq dəstəkləməsinim ardından, indi də Senat üzvlərinin erməni diasporuna yarınmaq və ən başlıcası, Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamaq təşəbbüsünə qoşularaq belə bir absurd qərar qəbul etməsinin hələ dünyada çox-çox ciddi nəticələrə yol açacağının fərqindədir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin gedişində qazandığı rəşadətli qələbə və sıraladığı zəfərlər, görünür ağır daş olub, hələ neçə-neçə erməni himayədarlarının başına düşəcəkdir. Məncə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcək və yəqin ki, qardaş Türkiyənin nümunəsi ilə Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirmək lazım gələcəkdir!
Bir də BMT TŞ-nın və ATƏT-in Minsk Qrupunun üzvü olan və beynəlxalq sülhyaratma prosesində “tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürmüş Fransa adlı ölkənin Makron kimi Prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, ardından da bu ölkənin Senatının belə bir ədalətsiz və absurd qərar qəbul etməsi yəqin ki, dünyada gələcəkdə neçə-neçə Dağlıq Qarabağ tipli separatçı hərəkatlara və milli-etnik müharibələrə rəvac verəcək. Belə qərəzli qərarlar heç zaman izsiz ötüşmür və dünyada mövcud olan kövrək sülhü və dövlətlərarası nizamı pozur, xalqlar arasında nifaq salır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM