Dünyada insanlar bir-biri ilə əlaqə saxlamasa, əməkdaşlıq etməsə, yaşamaq azından ağır olar. Tək yaşamaq, ətrafdan özünü ayırmaq kin, nifrət yaradar. Ünsiyyət olmazsa, paylaşma da olmaz. Əlaqələr bir çox hallarda çox güclü əməkdaşlığa çevrilir.
Əslində, dövlətlər də insanlara oxşayır. Onların da əbədi maraqları olduğu kimi, əbədi düşmənləri olmur. Dünyanın siyasi coğrafiyasına nəzər salsaq görərik ki, mövcud bütün dövlətlərin qonşusu və ya qonşuları ilə problemi var. Bəzən bu problem sonradan düşmənçilik səviyyəsinə qalxır. İnsanlar qonşuları pis olanda köç edə bilirlər. Ancaq dövlətlərin işi bu məsələdə çətin olur. Ona görə də gec-tez əməkdaşlıq edirlər. Bu əməkdaşlıq da əlaqələri möhkəmləndirir, təhlükəsizliyə təminat verir və s. Beynəlxalq hüquq da hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sistemidir. Bu baxımdan beynəlxalq hüquq da belə münasibətin qurulmasına təkan verir.
Bəzi hadisələr dünyanın, qonşuların bir-birinə münasibətinin dəyişməsinə səbəb olur. İkinci Dünya müharibəsindən sonra Avropada yeni əməkdaşlıqların yaranmasını buna örnək göstərmək olar. Avropa İttifaqının təməli 1951-ci il aprelin 18-də Paris müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin yaradılması ilə qoyulub. Bu hadisədən təxminən 10 il əvvəl faşist Almaniyası Fransanı işğal etmişdi. 1949-cu il aprelin 4-də Şimali Amerika və Avropadan 30 üzv ölkə NATO-nu qurdu. Bu birliyə 1957-ci ildə Almaniya (qərbi) da qoşuldu. Almaniya hər iki dünya müharibəsinin başlamasının mənbəyi olub. Bununla belə, Qərb dövlətləri onunla əməkdaşlıq etməklə bir sıra yan təsirlərin qarşısını ala biliblər. Davakar Almaniya indi dünyada sülhün, təhlükəsizliyin təminatçılarından biri olmağa çalışır. Avropa tarixçiləri, cəmiyyəti faşizmi və onun törətdiyi fəsadları unutmayıb. Günümüzdə bu qitədə baş qaldıran neofaşizmə də həmin dərslərdən nəticə çıxararaq münasibət bildirilir.
Cənubi Qafqazın da ermənilik adlı problemi var. Bu, Almaniyadakı faşizmin törəməsidir. Ondan ermənilərin xilas olmasına ehtiyac var. Bu etnos özünə qapıldıqca ermənilik xəstəlik kimi baş qaldırıb, regionda fəsadlar yaradacaq, yaxud yaradır. Son yüz ildə bölgədə baş verənlərə diqqət edilsə, mənzərə hər kəs üçün aydın görünər. Sovetlər dağılandan sonra ermənilərin Azərbaycanda törətdiklərini unutmaq mümkün deyil. Onlar etdiklərinin cavabını aldılar. Son hadisələr erməniliyin əsiri olan bu etnosun təmsilçilərinə bir daha başa saldı ki, gec-tez qovulacağından qonşunun torpağına göz dikmək, onu zəbt etmək olmaz. Qonşularla hörmətlə davranmaq lazımdır. Bu dövlətlərin vətəndaşları heç yerə köçməyəcək. Qonşuluq mümkün qədər daimidir. Bu adi prinsipləri başa salmaq üçün Ermənistanı regional əməkdaşlığa da cəlb etmək olar. Qeyd edək ki, bu il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanan bəyanatın 9-cu maddəsində bildirilib: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir''.
Deməli, Ermənistan regional münaqişələr yaratmaqdansa, onun regional əməkdaşlığa cəlb edilməsi prosesi başlaya bilər. Bu münasibət Naxçıvan dəhlizi vasitəsilə yaranar. Şərti olaraq bu dəhlizi "Əməkdaşlıq yolu'' adlandıraq. Həmin ərazidən Tehran-Moskva qatarı hərəkət edib. Ermənistanın apardığı pozuculuq fəaliyyəti səbəbindən həmin yol 1991-ci ildən bağlanıb. Naxçıvan blokadaya alınıb. Bu yoldan bir sıra mühüm hadisələrdə istifadə olunub. ABŞ Prezidenti Teodor Ruzvelt, Böyük Britaniyanın baş naziri Uiston Çörçil və keçmiş SSRİ lideri İosif Stalin arasında 1943-cü ildə Tehranda görüş keçirilib. Sovet lideri həmin konfransa bu dəmir yolu ilə gedib. İndi vəziyyət dəyişib. Sovetlər yoxdur. Bölgə dövlətləri öz müstəqilliyini bərpa edib. Yeni maraqlar və əməkdaşlıq formaları yaranıb. Bu dəhlizdən kim necə istifadə edə bilər? Ondan ilk növbədə Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İran yararlanar. Rusiyadan olan turistlər Moskvadan İstanbuladək dəmiryolu və ya avtomobil yolu ilə birbaşa hərəkət edə bilər. Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi təmin olunar. Rusiya ilə Ermənistan arasında bu yol vasitəsilə əlaqə yaranar. İran quru yolla Rusiya və Avropaya çıxışı üçün əlverişli şərait əldə edər. Bu yolun region dövlətlərinə faydasını təsdiqləyən nümunələrin sayını artırmaq da olar. "Əməkdaşlıq yolu''ndan regiondankənar dövlətlər də faydalana bilər. Bu, ilk növbədə Ermənistanla əlaqə saxlamaq istəyən Orta Asiya dövlətlərinə sərfəli olar. İranla Gürcüstan arasında əlaqənin qurulmasına da bu yol töhfəsini verər. Artıq dünyada baş verənlər sübut edib ki, bütün münaqişələr başa çatandan sonra əməkdaşlıqlar başlayır. Bu münasibət qurulmayan yerlərdə münaqişənin yenidən başlayacağı ehtimalı və təhlükəsi həmişə qalır. Çünki əməkdaşlıq və qarşılıqlı səmərə tərəfləri iddialardan çəkindirə bilir.
Beləliklə, Ermənistanın qonşu dövlətlərə qarşı iddiasından əl çəkməsi bölgədə əməkdaşlığa yeni yollar açar. 30 ilə yaxındır ki, ermənilərin Azərbaycana qarşı fəaliyyəti, onun torpaqlarını işğal etməsindən daha çox Ermənistan ziyan çəkir. "Əməkdaşlıq yolu” erməniləri, Ermənistanı ələbaxımlıqdan da xilas edər. Odur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə region dövlətlərinə və beynəlxalq ictimaiyyətə yeni layihə təqdim etdi: "Regional əməkdaşlıq, regional münaqişələrdən faydalıdır''. Bundan bölgədəki maraqların hamısına pay çatar.
Sədrəddin İsmayılov
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM