Ermənistanda siyasi gərginlik davam edir. Reallıq ondan ibarətdir ki, müharibədəki məğlubiyyət baş nazir Nikol Paşinyanın siyasi reytinqini xeyli aşağı salıb. Bununla belə ölkə vətəndaşları müxalifətə də etimad göstərmirlər.
Xalqın dəstəyini ala bilməyən müxalifət istəyinə nail olmaq üçün yollar axtarır. Son günlərdə keçmiş hərbi xunta xeyli fəallaşıb və R.Koçaryan açıq şəkildə hakimiyyət iddiasını ortaya qoyub. Bu məqsədlə o, digər müxalifət təmsilçiləri ilə görüşərək onlardan dəstək almağa çalışır.
Ermənistan mətbuatı yazır ki, Robert Koçaryandan sonra ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da hakimiyyət iddiasındadır. Şuşa şəhərində Azərbaycan Ordusunun qarşısından qaçan Seyran Ohanyan bəyan edib ki, seçkilərdə iştirak etməyə hazırdır. O, bildirib ki, seçkilərdə iştirak etmək qərarı versə də, prosesə hansı siyasi partiya daxilində qatılacağını hələlik müəyyən etməyib: ''Hər bir insan konstitusiya hüququna uyğun olaraq seçkilərdə iştirak edə bilər. Mən də Ermənistan vətəndaşı kimi seçkiyə qatılacağam. Ancaq bunun hansı qüvvə və formada olacağına özüm qərar verəcəyəm''.
Ermənistanın müxalifət liderləri R.Koçaryanın Moskvadan qayıtmasından sonra onunla yenidən görüş keçirməyi planlaşdırırlar. Qeyd edilir ki, 8 fevrala qədər R.Koçaryan Moskvada səfərdə olacaq və daha sonra Ermənistana qayıdacaq. Müxalifət liderlərinin keçirilən son iclasında konkret planların Koçaryanın qayıdışından sonra müzakirə edilməsi qərara alınıb.
Bu arada siyasi yazar Tevos Arşakyanın "Armenianreport'' portalında dərc edilən məqaləsi də xüsusi diqqət çəkir. O qeyd edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib. "Görüşdə tərəflər Ermənistandakı daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə də bölgədəki yeni geosiyasi reallıqları müzakirə etdilər. Həqiqətən qəribə bir məlumatdır, deyilmi, əziz oxucular?'' – deyə o sual edib. Arşakyan ardınca daha ironik suallara keçib: ''Görəsən bu gün Serj Sarkisyan kimdir ki, Ermənistandakı daxili siyasi vəziyyət onunla müzakirə edilir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət elədiyi bir siyasi meyitdir. Onun baş nazir və ya prezident vəzifəsini tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün heç bir leqal şansı yoxdur''.
Tevos Arşakyan bildirib ki, keçmiş hərbi xunta heç vaxt xalqdan dəstək ala bilməyəcək.
Ermənistanda hakimiyyətlə kilsə qarşıdurmasının da getdikcə dərinləşməsi müşahidə olunur. Bu hal Ermənistan katolikosu II Qareginin siyasi proseslərdə müxalifətin yanında yer almasından sonra yenidən aktuallaşıb. Katolikosun sözlərinə görə, Ermənistan heç vaxt belə ağır duruma düşməyib.
Bütün bunların fonunda hakimiyyət kilsə rəhbərliyini dəyişdirmək planlarını yenidən işə salıb. Paşinyanın ailəsinə aid ''Aykakan Jamanak'' belə bir yazı ilə çıxış edib ki, Paşinyan Koçaryanı dəstəkləyənləri bağışlamayacaq. Bu xüsusda Paşinyan hüquq mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edərək, kilsəsinin rahiblərini cinayətə cəlb etmək üçün hər cür səy göstərmələrini tapşırıb. Bundan başqa, hakimiyyət nəzarəti altında olan media vasitələrinə ləkələyici faktlar əsasında kilsəyə qarşı hücuma keçmək tapşırığı verib.
Ermənistanın ''İravnuk'' qəzeti siyasi gərginlikdən bəhs edərək yazır ki, bu durumda ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: ''Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən dramın növbəti devalvasiyasının şahidi olacağıq. Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə alətinin tətbiqi imkanları da xeyli məhdudlaşıb''.
Görünən odur ki, Ermənistandakı böhranlar bir sfera ilə məhdudlaşmayaraq cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu vəziyyətdən çıxış yolu isə ümumiyyətlə görünmür.
Elçin Cəfərov
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM