Tarix elmləri doktoru, professor
Xocalı soyqırımı ermənilərin XX-ci əsrdə xalqımıza qarşı törətdiyi ən ağır bəşəri cinayətdir. Azərbaycanlılara qarşı erməni separatçı-şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə və hüquq müdafiə qurumlarına çatdırılması işi bundan sonra da davam etdirilməli, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu ağır hərbi cinayətə beynəlxalq miqyasda lazımi hüquqi-siyasi qiymət verilməsinə, onun törədilməsində iştirak edənlərin layiqli cəza almalarına nail olunmalıdır.
Xocalı faciəsi – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır və bu yaranın yeri bizi qiyamətəcən yandıracaq...
2020-ci ildə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində mənfur erməni quldur dəstələrini əzərək doğma Qarabağımızı işğaldan azad etdi, qəddar düşməndən qisasımızı lazımi səviyyədə aldı. Lakin, Xocalıda dünyaya göz açmış məsum körpələrin o müdhiş fevral gecəsində aləmi bürüyən fəryadı, günahsız anaların, bacıların, gəlinlərin ərşə yüksələn naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımızdan heç zaman getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizi yandıran göynərti kimi daim qalacaqdır...
Xocalı faciəsi həm də insanlığın ayıbı, bəşər övladının xəcalət doğuran müdhiş əməllərindən biridir, namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və ən namussuz təcavüz olayıdır. Bu qanlı ləkəni ermənilər heç zaman öz qatil əllərindən, ifşa olunmuş sifətlərindən, ləkələnmiş vicdanlarından yuya bilməyəcəklər... Çünki məhz onların millətindən olan qaniçən cəlladların XX yüzilin sonunda Xocalıda törətdikləri soyqırımı və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət aktlarından biridir.
Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç nə ilə fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı aktı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
XOCALI SOYQIRIMINI TƏŞKİL EDƏNLƏR VƏ ONLARIN ƏSAS HƏDƏFİ
Məlum olduğu kimi, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazisi kimi separatçı ermənilərin işğalçılıq planlarına ciddi mane olurdu. Bu işin başında dayanan yerli separatçıların rəhbərləri- R. Koçaryan, S. Sarkisyan və başqalarının, o cümlədən Ermənistanın siyasi və hərrbi rəhbərlərinin əsas məqsədi həm Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını ələ keçirmək idi. Həm də ümumiyyətlə, Dağlıq Qarabağda yaşayan yerli azərbaycanlıları qorxudaraq öz doğma el-obasından didərgin salmaq, azərbaycanlılar yaşayan kənd və qəsəbələri boşaltmaq idi.
Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımı zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi həm də özünün tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və tarixi yaşayış məskəni hesab olunurdu. Buradakı qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji və etnoqrafik nümunələri mövcud idi. Erməni quldur dəstələri törətdikləri vəhşiliklərin izini itirmək üçün Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir tarixi nümunələr olan həmin Xocalı abidələrini dağıdaraq, yerlə yeksan etmişlər.
XOCALIYA HÜCUMUN HAZIRLANMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ
Hələ faciədən əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış, Xocalı şəhəri faktiki olaraq tam mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, həmin günlərdə Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri tam kəsilmişdi və yeganə nəqliyyat vasitəsi kimi vertolyotdan istifadə olunurdu. Ancaq bir neçə ay idi ki, Xocalı ilə vertolyot əlaqəsi də kəsilmişdi. Bundan istifadə edən Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan yaşayış məntəqələrini işğal edirdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndləri ermənilər yandırdı, dağıtdı və talan etdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını tam mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək onu yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi.
XOCALI QURBANLARININ STATİSTİKASI
Xocalı soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, bir gecədə 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində:
- 8 ailə tamamilə məhv edilmişdir;
- 56 insan işgəncə ilə öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmayanlar idi);
- 1275 insan əsir götürülmüşdür;
- 1165 insan girovluqdan azad edilmişdir;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir xəbər yoxdur.
İstintaq materiallarından məlum olur ki, hərbi əməliyyatlara və həmin gecəki hücuma rəhbərlik edən, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixinin birgə təşkil etdikləri əməliyyatda 50-dən çox erməni zabiti və gizirləri də iştirak etmişlər.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş Ermənistanın keçmiş prezidentləri- R. Koçaryanın və S. Sarkisyanın, 366-cı alayın 2-ci batalyonunun komandiri mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri vəzifəsini tutmuşdur), 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokixinin və qeyrilərinin cinayət əməllərini sübuta yetirən materialların toplanması, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam edirilməli və bu işin gələcəkdə BMT-nin Haaqa Beynəlxalq Məhkəməyə çıxarılması işi təmin edilməlidir.
XOCALI SOYQIRIMI HƏQİQƏTLƏRİ DÜNYAYA TANIDILIR
Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra geniş araşdırılmış və dünya içtimaiyyətinə təqdim olunmağa başlanılmışdır. Soyqırımı faciəsi 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən öz siyasi-hüquqi qiymətini almış və rəsmi şəkildə dünyaya bəyan edilmişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquqi məsuliyyət baxımından təsbit etmiş və 26 fevral tarixinin "Xocalı soyqırımı günü" kimi qeyd olunması haqqında qərar vermişdir. Məhz 1993-2003-ü illərdə Heydər Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan edilmişdir. 2002-ci il fevralın 25-də Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına ünvanladığı müraciətdə bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini belə qiymətləndirmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu 2003-cü ildən sonrakı müddətdə də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində hökumətin fəaliyyəti ardıcıl formada davam etdirilmişdir. 2012-ci il yanvarın 17-də onun “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” imzaladığı xüsusi sərəncamında bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində hökumətin fəaliyyətinin gücləndirilməsi və davam etdirməsi vəzifəsi xüsusi qeyd edilmişdir.
Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər də xüsusi təqdirəlayiqdir. Fond keçən müddətdə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq məntəqəsində qeyd olunmuşdur. Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər hər il ayrı-ayrı ölkələrdə Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir.
2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini işğal etməsinin 16-cı ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından mövcud kampaniyaya start verilmişdir.
“Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. İslam Əməkdaşlıq Təşkilatının 2010-cu ildə Uqandanın paytaxtı Kampalada, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, 2012-ci ildə Cibutidə, 2013-cü il-də Misirin paytaxtı Qahirədə, 2014-cü ildə İranın paytaxtı Tehranda, 2015-ci ildə Küveytdə keçirilən sessiyalarında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
XOCALI SOYQIRIMINI TANITIM AKSİYALARI ÖZ BƏHRƏSİNİ VERİR
Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər son illərdə ciddi nəticələr verməkdədir. Soyqırımın ildönümləri dəfələrlə Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuş, dünyanın ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir.
Beləliklə, Azərbaycan dövləti 1993-2003-cü illərdə başda ümummilli lider Heydər Əliyev olmaqla, son 17 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası üçün bütün zəruri addımları atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resurslarından, o cümlədən diaspor qurumlarının imkanlarından istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir. Görülən işlərin və həyara keçirilən tədbirlərin nəticəsi olaraq,
hazırda:
• dünyanın 13 ölkəsi parlament səviyyəsində,
• ABŞ-ın 22 ştatı parlament səviyyəsində,
• İslam Əməkdaşlıq Təşkilatı və s. qurumlar Xocalı soyqırımını rəsmən tanımışdır.
• Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı:
• BMT Təhlükəsizik Şurasının 1993-cü il aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,
• ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında,
• BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində,
• AŞPA-nın (2005) qərarında,
• Avropa Parlamentinin (2010) qətnaməsində,
• Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017),
• Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018),
• Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında,
• İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII (İran, 1997) və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT Xarici İşlər Nazirləri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində,
• ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.
• Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir...
* * *
Lakin, bütün bunlara baxmayaraq, ikinci Qarabağ müharibəsi başlayana qədər Ermənistan dünya içtimaiyyətinin rəyinə və mövqeyinə heç bir məhəl qoymadan, beynəlxalq hüquq normalarını davamlı olaraq pozaraq Qarabağda işğalçılıq siyasətini davam etdirmiş və Cənubi Qafqaz ölkələri arasında dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törətmişdir. Həmçinin dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ problemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş və didərgin salınmış bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri ört-basdır edərək, unutdurmaq, diqqətdən kənarda saxlamaq istiqamətində davamlı fəaliyyət göstərmişdir.
Ermənistan dövləti və erməni diaspor təşkilatları hər dəfə bizim fəallaşdığımız Xocalı soyqırımının ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il Osmanlı hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırmışlar.
Bu reallığı nəzərə alaraq, Azərbaycan və türk diaspor təşkilatları da son illərdə öz çevikliyini və mütəşəkkilliyini artırmış, əlaqələndirilmiş şəkildə birgə fəaliyyət göstərmiş və işğalçıları dünya ictimaiyyəti qarşısında ifşa etmişlər. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələr hazırlanmış və həyata keçirilmişdir. Təəssüf ki, keçən illərdə bəzi ermənipərəst dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsassız qərarlar da qəbul ediblər. Hazırda həmin ölkələrdə bu istiqamətdə müəyyən tədbirlər görülür, onların vətəndaş cəmiyyətləri ilə işlər aparılır. Soydaşlarımız da görünür bu istiqamətdə yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda ictimai-siyasi dairələrə təqdim etməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir ki, “Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir”.
Azərbaycan xalqı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq bir dövrdə həyata keçirdiyi amansız, qəddar və xain etnik təmizləmə siyasətini, milli-etnik təcavüzü heç vaxt unutmamalıdır. Xocalı soyqırımı və digər bu kimi qanlı faciələri planlaşdıran və həyata keçirən azğın erməni cəlladları hökmən öz layiqli cəzalarını alacaq, bütün insanlıq, cəmi bəşər övladı tərəfindən belələri əbədi lənətlənəcəklər. Bu faciəni törədənlərə öz varisləri, onların qanlarını, genlərini daşıyan övladları, nəvə-nəticələri də lənət oxuyacaq. Biz buna Tanrının köməkliyi, millətimizin qeyrəti, əzmi və iradəsi sayəsində nail olacağıq!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM