Şuşanın dağları: tədqiqatçı sorağında

12:31 / 02.03.2021


Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciətində dediyi bu məşhur ifadələr son 30 ildə eşitdiyimiz ən xoş xəbər kimi hələ uzun müddət qulaqlarımızda səslənəcəkdir. Bu gün bütün şuşalılar, qarabağlılar kimi hər bir azərbaycanlının, o cümlədən mənim də ürəyim o yerləri görmək, tədqiq etmək üçün çırpınır, amma hələ bir qədər də səbrimizi basmalıyıq.

Şuşanı heç görməmişəm, onu kitablardan, filmlərdən, bir də mahnılardan tanıyıram. Xoşuma gələn belə mahnılardan biri unudulmaz sənətkarımız Xan Şuşinskinin ecazkar ifasında "Şuşanın dağları"dır. Maraqlıdır ki, bu mahnının sözlərini də elə sevimli Xalq artistimiz özü bəstələmişdi. Düzdür, mahnını başqa müğənnilərimiz də oxuyub, indi də oxuyurlar, amma hər halda, Xan əminin avazı tamam başqa aləmdir. Onun ürəyəyatımlı, ruha sığal çəkən səs tembrlərində sanki peşəkar rəssamın Şuşa tablosu təsvir edilir və gözümüz önündə Şuşanın təbiəti, ötən günləri, etnoqrafiyası canlanır. Sadə sözlərdən ibarət bu mətndə bir araşdırmaçı, hətta üçrəngli, aylı-ulduzlu bayrağımıza işarələrin olduğunu bildirmişdi. Deyə bilmərəm, ola bilər, amma məni bir geoloq kimi maraqlandıran bu mahnıdakı "başı dumanlı dağlar"dır.

Nədir, hansılardı bu dağlar, onları tanıyırıqmı? 28 ildir Şuşadan didərgin düşmüş şuşalılar yəqin ki, həsrətini çəkdikləri o dağları yaxşı tanıyırlar, amma bu azdır, gərək hamımız dağlarımızı, meşələrimizi, çaylarımızı, bir sözlə, vətənimizi, onun coğrafiyasını yaxşı tanıyaq. Tanıyaq ki, sevə bilək. Azərbaycan elminin görkəmli simalarından biri, mərhum professor Xudu Məmmədov demişdi: "Uşaqlara vətəni sevdirməyə çalışmayın. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər". Əslən qarabağlı olan, vətənin hər qarışını canından da artıq sevən dəyərli alimimizi elə Qarabağ savaşının ilk şəhidlərindən hesab etmək olar, onun narahat ürəyi hadisələrin ədalətsiz gedişinə dözmədi, 1988-ci ildə dayandı.

Şuşa rayonu bütövlükdə, hündürlüyü dəniz səviyyəsindən 1000-2700 m arasında dəyişən dağlıq bir ərazidə, Kiçik Qafqazın Qarabağ silsiləsinin mərkəzi hissəsində yerləşir. Qarqarçay, onun qolları Xəlfəli və Zarıslı çayları öz başlanğıclarını məhz bu silsilənin dağlarından götürür. Silsilənin ən hündür zirvələri - Böyük Kirs (2725 m), Kiçik Kirs (2346 m), Sarıbaba (2295 m), Şiştəpə (2283 m), Uzunyal (1989 m), Qızıldaş (1952 m) və s. dağlardır ki, Şuşa şəhərini üç tərəfdən - cənub, qərb və şimaldan əhatə edərək şəhərdə məxsusi bir ab-hava, mülayim-isti, quru dağ-iqlim şəraiti formalaşdırır. Bu dağların yamaclarında tərkibi bir şəfa mənbəyi olan Turşsu, İsa bulağı kimi çoxlu bulaqlar qaynayır, onların bəzilərindən Şuşanın su təminatında istifadə edilmişdir. Bu gün də fəaliyyət göstərən məşhur Xanqızı bulağını hələ 1876-cı ildə Xurşudbanu Natəvan Kirs dağından öz vəsaiti hesabına çəkdirmişdi.

Şuşada havanın temperaturunun gün ərzində, xüsusilə payız, yaz mövsümlərində kəskin dəyişməsi buralarda tez-tez duman əmələ gəlməsi ilə nəticələnir. Yay və qış fəsillərində isə havanın əsasən tərtəmiz, şəffaf olması diqqət çəkir. Ətraf meşələrdən və alp çəmənliklərindən qalxan oksigenlə zəngin hava və təmiz bulaq sularının bolluğu hələ sovetlər dönəmində Şuşanı sanatoriya-kurort şəhəri kimi məşhur etmişdi. Üstəlik, şəhərin özünəməxsus arxitekturası, mədəni və dini tarixi abidələri şəhəri görmək istəyənlərin marağını daha da artırırdı. Amma şəhərə turizm marağının ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi, onun hündür sıldırım sal qayalar üstündə, azacıq meylli, nisbətən düzəngah ərazidə salınmasıdır. Bəs, dağlar arasında hər tərəfdən uçurum dərələrlə əhatələnmiş, öz hərbi-strateji mövqeyinə görə təbii qala olan bu relyef forması necə yaranmışdır?

Şuşa şəhərinin tarixi zəngin olsa da, o qədər qədim deyil, mənbələrdə onun əsasının 1752-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulduğu bildirilir. Amma Şuşa dağlarının geoloji inkişaf tarixi çox qədimdir, Mezozoy erasının Orta, Üst Yura və qismən də Təbaşir dövrlərini əhatə edir. Sadə dillə desək, dağları təşkil edən süxurlar vulkan püskürmələri və dənizdə çöküntü toplanması nəticəsində 168 milyon il bundan əvvəl, təxminən 100 milyon il ərzində əmələ gəlmişdir. Şuşa şəhəri yerləşən maili plato dəniz səviyyəsindən  1300-1557 m hündürlükdə yerləşir və 300-400 metrlik sıldırım qayalarla dairəvi şəkildə əhatələnmişdir. Bu qayaları təşkil edən süxurlar Titon yaşlıdır, yəni 140-150 milyon il əvvəl dəniz dibində əmələ gəlmiş qalın əhəngdaşı laylarından ibarətdir. Amma zaman öz işini görmüş, sonrakı geoloji və tektonik proseslər nəticəsində bu süxur layları dəniz dibindən çıxaraq yavaş-yavaş yüksəlmiş və yüksəldikcə də çaylar vasitəsilə eroziyaya məruz qalaraq dərin dərələr yaranmış və nəticədə ərazidə bu gün gördüyümüz relyef formalaşmışdır.

Bəli, Şuşanın, Qarabağın dağları milyon illərlə ölçülən çox uzun bir geoloji dövrdə əmələ gəlmiş və bu günümüzə qədər dayanıb durmuşlar. Onların daxilində, milyon illərin arxasında gizlənmiş hələ bilmədiyimiz neçə-neçə sirlər yatır, bizim borcumuz onları tədqiq etmək, araşdırıb faydalı xüsusiyyətlərini tapmaq və xalqımızın istifadəsinə verməkdən ibarətdir. Artıq Şuşanın, Qarabağın bərpası, yeni konsepsiya əsasında yenidən qurulması işlərinə start verilmişdir. Bu işlərin daha sürətlə və nisbətən az məsrəflə yerinə yetirilməsi üçün mövcud yerli mineral-xammal ehtiyatlarını yenidən dəyərləndirmək və digərlərini aşkar edib istifadə etmək üçün o ərazilər, o dağlar yenidən daha müasir üsullarla tədqiq edilməlidir. İllərdir ki, elmi tədqiqatlardan uzaq düşmüş Qarabağ torpağı kompleks şəkildə, istər tarixi-arxeoloji cəhətdən, istərsə də geoloji, coğrafi, ekoloji  və s. cəhətdən yeni elmi araşdırmalar meydanına çevrilməlidir.

Müzəffər Ordumuzun Ali Baş Komandanı və o sıldırım, sərt qayaları dırmaşaraq Şuşanı düşmənlərdən azad etmiş rəşadətli əsgərlərimizin misilsiz şücaəti sayəsində indi Şuşa bizimdir, Qarabağ bizimdir və biz 28 ildir ki, məcburən ayrı düşdüyümüz Şuşa dağlarını görməyi və məhrum qaldığımız tədqiqatlarımızı davam etdirməyi səbirsizliklə gözləyirik.//http://www.science.gov.az/

Rəşid FƏTƏLİYEV, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM