Enerji və nəqliyyat layihələrinin regionda qlobal təhlükəsizliyə təsiri

14:17 / 15.03.2021

 

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya bir daha göstərmiş oldu. Əldə olunan zəfər ölkəmizi artıq qarşıdurma yox, əməkdaşlıq məkanına çevirdi. Tarixən starteji əhəmiyyətli xətlərin keçdiyi Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaranmağa başladı. Yeni layihələrin formalaşması öz təsdiqini 2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti İ.Əliyev, Rusiya Prezidenti V.Putin və Ermənistan Baş Naziri N.Paşinyan tərəfindən imzalanmış üçlü bəyanatda əksini tapdı. Həmin bəyanatın 9-cu maddəsinə əsasən: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilir”.

Bəyanatdan göründüyü kimi, Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhliz Azərbaycan və regionun digər ölkələri üçün, o cümlədən regional nəqliyyat layihələri üçün əlverişli şərait yaradacaq. Bu dəhlizin əhəmiyyətinə gəldikdə, Azərbaycanı Naxçıvanla birləşdirən quru nəqliyyatı imkanı yaranır, Azərbaycan İran və Gürcüstan yollarına alternativ olaraq, Türkiyəyə birbaşa çıxış əldə edir. Müqayisə üçün, Naxçıvan dəhlizindən keçəcək yol Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən 340 km daha qısa olacaq. Bu da öz növbəsində nəqliyyat məsafəsini və xərcləri azaltmaqla yanaşı, Türkiyə-Azərbaycan arasında turzmi canlandıracaq, ikitərəfli və çoxtərəfli ticarət əlaqələrinin inkişafına zəmin yaradacaq.

Qurulacaq yeni infrastruktur və dəmir yol xətləri Rusiya tərəfindən də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Rusiyadan gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Emənistan və Türkiyəyə gedən xətlərə birləşdiriləcək.

Belə bir tranzit dəhlizin yaranması İranın iqtisadi maraqlarına da fayda verəcək. Regionda mövcud olacaq sabitlik İranın Cənubi Qafqazda reallaşacaq yeni layihələrdə iştirakını təmin edəcək.

Türkiyə Prezidenti R.T.Ərdoğanın da qeyd etdiyi kimi, əgər Ermənistan yeni formalaşacaq 6 ölkədən ibarət platformada (Azərbaycan, Ermənistan, İran, Gürcüstan, Rusiya və Türkiyə dövlətləri nəzərdə tutulur) iştirakı qəbul edərsə, regionda yaranmış yeni reallıqda özünə faydalı bir yer tuta bilər.Bununla da Ermənistan bütün regional fürsətlərdən yararlanmqala yanaşı, iqtisadi sabitliyə qovuşar  və Qərbdən asılılığı azala bilər.

Enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə, şübhəsiz ki, Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola sahibdir. Uzun illərdir ölkəmiz Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. TANAP layihəsinin uğurla reallaşması buna nümunə ola bilər. Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı, qardaşlıq və dostluq fəaliyyətləri bu strateji layihəni uğurla həyata keçirməkdədir. Heç kimə sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəqli Azərbaycan və Türkiyə arasında mövcud olan əməkdaşlığın, faydalı iş əmsalının, iqtisadi inkişaf dinamikasının göstəricisidir. Azərbaycanın enerji strategiyası regionda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə münasibətlərinin daha da inkişaf etdirməsinə müsbət təsir göstərir. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Qeyd etmək lazımdır ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 3,8 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran, Qətər, ABŞ, Səudiyyə Ərəbistanından sonra altıncı yeri tutur. Türkmənistan Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanı əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Ümumiyyətlə, belə dəhlizlərin yaranması və enerji layihələrinin həyata keçirilməsində əsas məqsəd ölkələrin öz iqtisadi risklərini, xüsusilə lojistika, nəqliyyat məsələlərində risklərini minimuma endirməkdir. Bütün əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr Azərbaycanın regionda sabitliyə indekslənmiş siyasətinə, enerji və nəqliyyat layihələrinin regionda qlobal təhlükəsizliyə öz töhfəsini verir.

Hüseyn Hüseynli

Tarix üzrə fəlsəfə doktoru,

BDU-nun Tarix fakültəsinin müəllimi

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM