Hollivuddakı əfsanəvi sevgi, xəyanət və intihar

11:26 / 23.12.2013

 Hollivudun almaz kimi bərq vuran parlaq həyatının içində unudulmaz eşq hekayələri hər zaman olub və indi də yaşanmaqdadır.  XX əsrin əvvəllərindən kino sahəsinin sürətli inkişafı bu həyatı daha gözəgəlimli və cəlbedici hala gətirdi. Dünyanın hər yerindən aktyor və aktrisalar "arı pətəyə yığışan kimi" Hollivuda can atmağa başladılar. Belə yerdə deyərlər... "Ehh Hollivud, Hollivud... Nələr gördün, nələr yaşadın, kim bilir..." Bilinənlər və göz qabağında olanlar, hər kəsi maraqdan çatladan eşq hekayələri vardı, əlbəttə. Sevgiləri ilə çoxlarına misal olan belə cütlüklər sırasında Natali Vud və Robert Vaqnerin xüsusi yeri olduğunu vurğulamasaq, ədalətsizlik etmiş olarıq...

 

Gənclər görüşdülər, sevdilər və evləndilər. Onlar ən ideal cütlük idilər. Tək ailədə yox, həm də filmlərdə. On il ayrılıqdan sonra onlar yenidən bir-birini dəlicəsinə sevməyə başladılar. Bu dəfə birliklərinin həmişəlik olmasına söz verdilər. Amma həyat onlara ağır günlər vəd edirdi...

 

Robert Vaqner 1930-cu il fevralın 10-da Miçiqan ştatının Detroyd şəhərində sənayeçi ailəsində doğulub. 1937-ci ildə Vaqnerin ailəsi Los-Ancelosa gedir. Onların evinin yaxınlığında şəhərin məşhur klubu "Bel Air" yerləşirdi.  Adətən bura qolf oynamaq, əylənmək üçün gəlirdilər. Klubun daimi müştəriləri demək olar ki, tanınmış, elit təbəqənin adamları olurdu. Hətta onlar öyünürdülər ki, bizim klubun ulduzları göydəki ulduzlardan çoxdur. Elə Robertin də bəxti burda gətirir. O, məşhur aktyor Klark Geyblın məsləhəti ilə "Xoşbəxt illər" filminə dəvət alır. Başlanğıc Roberti Hollivudun ulduzuna çevirmək üçün yetərli təkan idi.

 

Lakin bu filmlər hələ uğurun göstəricisi deyildi. Müharibə mövzusunda çəkilmiş filmlərdə bir neçə rolda oynayan Robert arzuladığı  obrazı canlandırmağı gözləyirdi. 1952-ci il deyəsən elə onun həsrətlə gözlədiyi il idi. Çünki, "Ürəyimdəki mahnı ilə" filmi aktyora böyük uğur gətirməklə yanaşı, böyük pərəstişkar ordusu qazandırdı.  Hətta onun heyranları 250 min nəfərlik  fan-klub yaradaraq hər ay "Vaqnerin dünyası" adlı bülletenlər buraxmağa başladılar. Onun yanında tez-tez gənc qızlar görünürdü. Aktrisa Debbi Reynoldsla münasibəti deyəsən daha ciddi idi. Ancaq bu birlik hər kəsin düşündüyü kimi uzun ömürlü olmadı.

 

Natali Vud 1938-ci il 20 iyulunda San- Fransiskoda rus əsilli ailədə doğulub. İlk epizodik rola çəkiləndə Natalinin cəmi dörd yaşı vardı. Filmin rejissoru balaca qızcığazın oyununu necə bəyənirsə, onu ikinci filmə dəvət edir. Çəkiliş məkanı Hollivud olmalı idi. Ancaq atasını razı salmaq o qədər də asan olmadı. Anası onu dilə tutaraq onsuz da Natalinin bu rolda oynamaq şansının az olduğunu dedi: "Əzizim, bu Hollivudu görmək  üçün sadəcə bəhanədir. Getsək yaxşıdır..." Ancaq valideyninin ağlına gəlməzdi ki, bu bəhanə onların həyatını tamamilə dəyişəcək...

Demək olar ki, Natalinin bəxtinə böyük və məşhur aktyorların qızı rolunda çəkilmək düşürdü. Təbii ki, bu da aktrisaya həm peşəkar təcrübə qazanmaq, həm də tanınmaq imkanı yaradırdı. Böyüdükcə daha da gözəlləşən aktrisanı görməmək mümkün deyildi. Bu neçə illər ərzində onun əsas köməkçisi anası idi.

 

İlk öpüşdüyü aktyor Ceyms Din oldu...

 

Natali özünü televiziyada sınmaq qərarına gəldi. Üstəlik Ronald Reyqanın rəhbərlik etdiyi teatrda rollar oynamağa başladı. O, artıq yetkin xanım idi. Rejissorların fikrincə Natali bir az da açıq-saçıq səhnələrə çəkilmək yaşına çatmışdı. Beləcə, ekranda  ilk öpüşü  Ceyms Dinlə baş tutdu.  Onlar 1955-ci ildə "İdealsız üsyançı" filmində yenidən bir araya gəldilər. Ancaq filmdəki rolu valideyninə qarşı çıxan dəlisov, üsyankar qız obrazı idi. Ailəsi Natalinin bu roldan imtina etməsini tələb edirdi. Lakin o, qəti şəkildə narazılığını bildirərək anasını hətta lazım gəlsə evdən qaçacağı ilə qorxutdu. Elə həmin il "Oskar" mükafatına layiq görülən Natali gələcək  böyük rollar üçün ümidverici aktrisaya çevrildi. O, həm də qadın kimi kişilərin xəyallarının gözəlçəsinə çevrildi....

 

Robert Vaqner və Natali Vud cütlüyü ilk dəfə "Dağlar" filminin premyerasında tanış oldular. Aktyor vaxt itirmək, Natalini əlindən qaçırmaq istəmirdi. Premyeradan cəmi bir neçə ay keçəndən sonra cütlük artıq sevgi münasibətlərinin olduğunu gizlətmirdi. 1957-ci ilin dekabrında Robert Nataliyə evlilik təklif etdi. Toy mərasimi Arizona ştatında yalnız yaxınların əhatəsində baş tutdu. Beləcə, onlar qarşıdan gələn yeni ili evli cütlük kimi qarşıladılar. Dövrün məşhur jurnalisti Hedda Hopper onların evliliyi barədə yazırdı: "Natali və Robertin üzündəki xoşbəxtlik o qədər parlaqdır ki, sanki projektorun yanında dayanmısan..."

 

Yeni evlilər bal ayını Katalina adasında, Robertin "Mənim ledim" adlı yaxtasında keçirirlər. Onların ağlına da gəlməzdi ki, 20 il sonra sevimli cütlüyün həyatını məhv edəcək hadisə məhz bu sularda baş verəcək....

 

Ofisiant qızla sevişən Bitti...

 

Natali və Robertin kino sahəsində uğurları demək olar ki, eyni axarla davam edirdi. Aktrisa boş vaxtlarında ərinin çəkilişlərinə də qatılırdı. Hətta "Müharibə və sevgi" filmində aktrisa Şerri Nordla sevgi səhnələri lentə alınanda Natali "göstərişlərini" verməkdən çəkinmirdi. Çəkilişlərin birində Nord hövsələdən çıxaraq  çəkilişi dayandırır. Əsəbi halda: "Narahat olma, Natali. Evimdə özümünkü də var".

 

Natali Vudun 1961-ci ildə çəkildiyi "Otluqdakı əzəmət" filmindən sonra  tərəfdaşı, hələ heç kəs tərəfindən tanınmayan aktyor Uorron Bitti ilə eşq dedi-qoduları ayaq tutub yeriməyə başlayır. Təbii ki, bu şayiələr özünü doğruldanda Robert üçüncü olmağı həzm edə bilməzdi. Ona görə də hamı tərəfindən gözlənilən ayrılıq baş verir. Robert bu ayrılığın depressiyasını  bir müddət canından çıxara bilmir.  Natali və Bitti artıq aşkar şəkildə hər yerdə görünməyə başlayırlar.  Lakin bu  sevgi macərası Bittin "Çasen" restoranında bağlı qapı arxasında ofisiant qızla sevişdiyi vaxt Natalinin ora gəlməsi ilə bitir.

 

Natali peşman olmuşdu. Ancaq bu peşmançılığını Robertə necə izah edəcək, bunu bilmirdi. Həmin ərəfədə Stiv Makkuinlə birgə oynadığı, həyatı ilə səsləşən "Yad adamla sevgi" filminə çəkilir.

Depressiyadan çıxmağa çalışan Robert  "Fox" kinostudiyası ilə çoxdan imzaladığı müqaviləyə görə Romaya "Altonanın məhkumları" filminə çəkilməyə yollanır. Yöndaşı dövrünün məşhur aktrisası Sofi Loren idi. Filmin çəkilişlərindən sonra Robert yenidən Hollivuda qayıdır. Burda bir neçə filmdə rol alır. 

 

Bu müddətdə Robert keçmiş aktrisa Merion Marşall, Natali isə prodüser Riçard Qreqsonla eşq yaşayırdı. Hətta Natali Riçardla ailə qurur və onların Nataşa adlı qızı doğulur. Ancaq tale  Natali və Robertin yenidən bir araya gətirmək uğurunda çarpışırdı, sanki. Belə də olur. Onların hər ikisinin həyatında eyni vaxta ayrılıq baş verir. Beləcə, Natali və Robert sevgi münasibətlərinə qaldıqları yerdən davam etməyə, bir də ayrılığın yaşanmayacağına söz verirlər.

 

Robert sevincini gizlədə bilmirdi"Xoşbəxtəm ki, biz yenidən birlikdəyik. Bu mənim həyatımın ən gözəl hadisəsidir."

 

Natali də: "Mən düşünürəm ki, bu taleyin özüdür. Biz bu neçə ildən sonra təsadüfən gecə ziyafətində qarşılaşdıq. Ağlımıza da gətirməzdik ki, yenidən birlikdə ola bilərik. Axı, bizim yollarımız tamamilə ayrılmışdı..."

 

Onların ikinci toyu yığcam mərasim formasında baş tutdu. İki ildən sonra cütlüyün qızı dünyaya gəlir. Beləcə, Natali və Robert yenidən birlikdə ailə xoşbəxtliyinə qovuşdular.

 

Aktrisa həyatında olduğu kimi yaradıcılığında da əvvəlki uğurları geri qaytarmağı arzulayırdı. 1983-cü ildə aktyor Xristofer Uokenlə birgə yaradıcılığının və həyatının sonuncu  "Beyin hücumu" adlı fantastik filminə çəkilir. Bu aktyorun adı bir də Natali ilə çəkiləcəkdi. Ancaq aktrisanın sirli və faciəli ölüm günündə...

 

29 noyabr 1981-ci il... Natali və Robert ilk evliliklərinin bal ayını keçirdikləri Katalina adasına istirahətə yollanırlar. Ancaq bu dəfə onlarla birgə Xristofer Uoken də vardı. Gecə Uolken və Robert dəniz kənarında yerləşən restoranda şam yeməyinə gedirlər. Onlar yaxtaya gələndə içkili idilər. Yaxtada da içməyə davam edirlər. Natali yatmağa gedir. Səhər yuxudan oyananda Natalini yaxtada görməyib təəccüblənirlər. Günorta saatlarında balıqçılar Natalinin meyitini tapırlar.

 

Təbii ki, bu, onların söylədiyi versiya idi. Bu hadisədən sonra çalxalanan Hollivud mətbuatı müxtəlif "ölüm hekayələri" uydurmağa başladı. Hətta Uolkenlə Natalinin gizli eşq yaşadığını, bu münasibətdən Robertin xəbəri olduğunu yazanlar oldu. Çətin vəziyyətdə qalan Natalinin intihar etdiyini, təsadüfən ayağının sürüşdüyünü deyənlər də tapıldı. Ancaq hamını düşündürən bir sual da vardı.  Əgər doğurdan da Natalinin ayağı sürüşmüşdüsə, o, köməyə adam çağırmalı, heç olmasa boğulana qədər qışqırmalı idi. Bəs necə oldu ki, onun səsini eşidən olmamışdı? Bütün bu suallar hələ də cavabını tapmayıb...

 

Natalinin anım günüdə Robert sevimlisi haqda deyirdi: "Natali əsrarəngiz qadın idi. O, həm kino, həm də bizim üçün hər şey etdi..."

/kulis.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM